23.05.2013

Sərhədin o tayındakı təhlükə

Rəsmi Bakının Tehran və Moskavaya ardıcıl elçilər göndərməsi həm də seçkilərlə bağlıdır

Mayın 21-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfər edərək Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. S. Lavrov bildirib ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və iki ölkənin birgə planlaşdırdığı tədbirlər müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycan XİN rəhbərinin səfəri həssas bir dönəmdə gerçəkləşdirilib. Məsələ ondadır ki, bir sıra müşahidəçilərə görə, iki ölkə arasında münasibətlərdə soyuqluq var və seçkilərə gedən Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətləri düzəltməyə çalışır. Yayılan məlumatlara görə, bugünlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iki ölkə regional əməkdaşlıq forumunda iştirak etmək üçün Rusiyaya səfər edəcəyi və rəsmi şəxslərlə görüşəcəyi gözlənilir.

22.05.2013

Rafet El Romanın kəşf etdiyi azərbaycanlı qız


Ezo Genc kimi tanınan azərbaycanlı qız Rafet El Romanla səhnəyə çıxıb.
Gün.Az xəbər verir ki, "Müzik Benim" layihəsində iştirak edən azərbaycanlı qız müğənninin diqqətini çəkib. Hazırda onlar “Kalbine Sürgün” adlı mahnıya duet oxuyublar.
Qeyd edək ki, Ezo ilə Rafet El Romanın tanışlığı 3 ildi davam edir.
Ezo Genc adlı azərbaycanlı qızın “Twitter” hesabına yerləşdirdiyi fotoları bə videoları təqdim edirik.

Dalbadal siqnala basıram özümü

Ramin Cahangirzadə

Səni gicəlirəm
Gecəyə düşüb
Yolumu azıram
Çaş baş vurub
Çala çuxura düşən maşın kimi
Atılıb düşürəm
Qızdırıram
Xəfələnirəm
Tüstüləyirəm
Səni özümdə itirirəm
Səni çaşıram
əlimi siqnalın üstünə qoyub
dal ba dal siqnala basıram özümü
çəkilmirəm özümdən
baslayıram özümü

Könül Səid: «Şair öz bildiyini yazacaq»

2«Yaşadıqlarım dar qəfəsdədir, açıb azadlığa buraxa bilmirəm…»

«Ədəbi mühitdə bir-birini sevməyən, amma hər gün öpüşüb-görüşən o qədər «yazar» var ki…»

Gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Könül Səid ilə müsahibə

- Könül Səidin necə həyat hekayəsi var? Uşaqlığı, yaşadıqları, gəzdikləri, gördükləri…
- Artıq oturuşmur yaradıcılığa, imzaya sahib olan orta və yaşlı nəsil yazıçının, eyni zamanda gənc, yenicə bu ədəbi mühitə qədəmlərini atan yazarların belə öz həyat tarixçəsi, keçmişi var.

Sevda Sultanova: "Yüz il sonraya ehtiyac yoxdur..."

Ədəbiyyat və kino sahəsində intellektual biliyə, dərin mülahizələrə sahib olan istadedlı yazar Sevda Sultanova ilə müsahibə

- Sevda, özünü oxuculara necə təqdim edərdin? Yazıçı, jurnalist, yoxsa kino tənqdiçisi kimi...
- Dünyada çox məşhur kino tənqidçisi var ki, onlarla müqayisədə mənim biliklərim, analizlərim kölgədə qalır. Bu mənada kino tənqidçisi deyiləm. Sadəcə jurnalist, yazar.

- Adını xatırlamıram, məşhur yazıçılardan birinin belə bir fikri vardı ki, "film çəkilən zaman yazıçı filmdəki çarxın bir dişindən ibarət olur". Bu fikrə münasibətin necədir? Filmdə mətn, ssenari nə dərəcədə rol oynayır?

21.05.2013

Yatmağa həvəsim yoxdu qəbirdə

Vasif Zöhraboğlu

Yatmağa həvəsim yoxdu qəbirdə
Dünya da küsdürdü özündən məni,
Yox daha, ürəyim heç kəsi sevməz.
Allahın sevdiyi kasıb bendeni,
Allahın qarnı tox bendesi sevməz.
Baxdıgın aynada özünü tanı,
Səni bu aynadan qoparan da var.
Allahdan havayı aldıgı canı,
Allaha minnətlə qaytaran da var.
İnsanın ayagı torpagdadırsa,
Torpağın bətnində kiriyər belə.
Şamın kəraməti yanmağdadırsa,
Şam da öz dibinə əriyər belə.
Aldanma dünyanın hər daş-qaşına,
Şeytanın ev yıxan min bir şəri var.

Xəyanət

Elşad Can Şamil

Bu gecə yenə toxunub sənsizliyin acısı
Canıma ağrı salıbdı, otaqda tək qalmağım
Təsəvvür edim deyə, səni bu an yanımda
Bu yeganə çıxışdı, içib sərxoş olmağım…
Iki badə qoymuşam, gələcəksən bilirəm.
Özümü inandırıram, inandıqca sevinirəm.
Hər keçən günün sonu sənsizliklə qalanda
Yalnızlıqla barışıram, özüm-özümlə deyinirəm.
Hər gecə sənsizliyi içirəm qədəh-qədəh
Sənsizlik sərxoş edir, dad verməyir sevgilim.
Məst oluram dodağıma toxunduqca hər damlan
Varlığına, sağlığına nələr söyləməz dilim.

Nirvana

Gülnarə Rəfiq

Bütün istəklərin bitdiyi an

Pəncərədən içəri süzülən nazik işıq zolaqları otağın səliqəsizliyini vurğulasa da görkəmini pozmurdu. Bir qədər əvvəl, bu işıq zolağı içəriyə tam soxulmamışdan burda sevişən iki nəfər üçün otaq həmişəki kimi idi, nə gözəl, nə də çirkin. Elə bil Allah buranı elə sevişmək üçün yaratmışdı. Lazım olan hər bir əşyası, divanı, təmiş döşəkağısı, daimi suyu, hətta işığı içəri buraxmaq istəməsən dartıb çəkiləsi qalın pərdəsi də vardı. Amma onlar heç vaxt pərdəni çəkməzdi, çünki işıq selinin altında sevişməyin ləzzətini bilirdilər. Bu işıq seli yayda yox, qışda xüsusilə gözəl olurdu. İsitməsə də adamın ürəyinə yayılırdı. Otaqda sakitlikdən qulaq çəkilirdi.

İntihar

Ramin Cahangirzadə

Sabah,
Yağmurlar şəhərində
Günəş kəndiri ilə
Özünü asacaq buludlardan
Bir adam
Şəhərə hay düşəcək…!
Kənd pıçıldaşacaq…!
Qara buludlar
Pıçaq çəkəcəklər
Oyanacaqlar çiçəklər
Saçlarını yolacaq yağmurlar
Sabah göy üzündə
Bir adam göyərəcək
Sabah damdan-dama damacaq
Bu adam…

Türkiyə Suriya proseslərinin əsirinə çevrilib

Qonşu ölkədə müharibənin uzanması Ankaranın durumunu günü gündən pisləşdirir, hökumət isə çıxış yolları tapa bilmir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfəri regional siyasət və əsas da Suriya mövzusu ilə bağlı xüsusi önəm daşıyırdı. Çünki indi faktiki olaraq Türkiyə Suriya məsələsində əsas aktyor kimi çıxış edir. Bu səbəbdən də Türkiyə baş nazirinin ABŞ-a səfəri Suriya məsələsi ilə bağlı qərarların verilməsi baxımından diqqət çəkirdi. Mayın 16-da Vaşinqtonda Ağ evdə Ərdoğanla prezident Obama arasında görüş keçirilib. Türkiyə hökumət başçısı ABŞ-da ən yüksək səviyyədə qarşılanıb.

Məmməd Qədir - Böyüməz

Ucalar ana alqışı,
Anadan qarğış böyüməz.
Qatılmasa göz yaşları
Sel kəsər, yağış böyüməz.

Yük yoxdursa köçümüzdə,
Dünya bizim ölçümüzdə.
Bahar gülsə içimizdə,
Çölümüzdə qış böyüməz.

Heç güvənmə yad daşına
Yaddaş dönər baş daşına
Ağac əkərlər başına
Amma bir qarış böyüməz.


20.05.2013

Əli Əmirov. Pıçıldaş mənimlə çiçək dilində!


Sən heç bilirsənmi mənim nəyimsən?
Köksümə sığınıb eşit, deyim: "Sən...
Sən mənim ətirli ağ çiçəyimsən!"
Qoxlayım, oxşayım, solma əlimdə,
Pıçıldaş mənimlə çiçək dilində!

Elə pıçıldaşaq, bilən olmasın,
Bu dəli sevdaya gülən olmasın,
Sevgidən bizim tək ölən olmasın,
Çiçək aləmində, çiçək selində!
Pıçıldaş mənimlə çiçək dilində!

Çiçəklər gör necə pıçıldaşırlar!
Əsirlər, coşurlar, qucaqlaşırlar,
Sevib bir-birinə nəğmə qoşurlar!
Nə böyük sevda var çiçək çölündə!
Pıçıldaş mənimlə çiçək dilində!


Sabir Rüstəmxanlının doğum günü

Mayın 20-si Azərbaycanın ictimai - siyasi həyatında, ədəbi fikir tarixində xüsusi yeri olan Xalq yazıçısı, millət vəkili, Vətəndaş Həmrəyli Partiyasını sədri Sabir Rüstəmxanlının doğum günüdür.
Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilib. Bu sırada elmi işlə də məşğul olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını başa vurub. Dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnən S.Rüstəmxanlı bədii ədəbiyyatla erkən yaşlarından məşğul olmağa başlayıb. 1967-1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olub, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib.

Olduqca təsirli 9 ən qısa hekayə

1. Ceyn Orvis «Pəncərə» (Jane Orvis, Window)

Rita qəddarlıqla qətlə yetiriləndən sonra, Karter yalnız pəncərənin qarşısında oturur.
Nə televizor, nə mütaliə, nə yazışma onu maraqlandırmır. Onun həyatı pərdə arxasında gördükləridir. Onun üçün fərqi yoxdur yeməyi kim gətirir, hesabları kim ödəyir, o otağı tərk etmir. Onun həyatı – qaçışa çıxan idmançılar, fəsillərin dəyişməsi, ötən avtomobillər və Ritanın kabusundan ibarədir.
Karter başa düşür ki, qapalı qəfəsdə pəncərə olmur.

2. Larisa Kirklənd «Təklif» (Larissa Kirkland, Proposal)

Ulduzlu gecə. Ən münasib vaxt. Şam işığında axşam yeməyi. Rahat italyan restoranı. Balaca qara don. Möhtəşəm saçlar, parlaq gözlər, mirvari təbəssüm. Artıq iki ildir ki, birlikdəyik.

Qalib Şəfahət - Ay dərd çəkən


Bu dünyada,
Özün dəli olasan.
Hamını …
dəli görəsən.
Özünü ,
ağıllı biləsən.
Hər kəsin
dərdini çəkəsən.
Gücün özünə yetmiyə
yıxılıb özündən,
qədirsiz-qiymətsiz,
öləsən.
Bezib özünü dərddən
asıb intahar edən.
Bilinməyəsən
Kimsən, nəçisən,
Ay dərd çəkən…

Venesiya. Min kanalla əhatə olunmuş şəhər

“Eurovision-2013”ün qalib mahnısı plagiat imiş?


“Eurovision-2013” mahnı müsabiqəsinin qalibi olan Danimarka təmsilçisi Emmili de Forestin ifa etdiyi mahnının plagiat olduğu ortaya çıxıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Emmeli de Forestin ifa etdiyi “Only Teardrops” (“Sadəcə gözyaşları”) mahnısı plagiatdır.

Astara, Toradi kəndi (Ajdoxı hal)

19.05.2013

Mirbağır Bünyadov - Kölgə

Kölgə belə olmaq olmur
bu bədənlə
bu bölgədə
bu günəşdə.
bu ağacların altında
bu kölgədə.
necə də qiymətli olur
kölgə kimi yaşananlar
bu ölkədə...

İçmək belə olmur içmək
“insan üzlü mələklərlə”
seçmək belə olmur seçmək
sənə atılan daşları
daşa dönmüş ürəklərdən...

18.05.2013

Ramin Abbaszadə - İstərəm toxunam sukuta


Səssızcə boğuldum qaranlıqlarda
Yalnızlıqlar çəkdi sukuta məni
Nə gözəl unutdun sevqi ılqarın!
Keşkə xəyalinda unuda məni 

Gecədir gumanım kuçələrə var
Seylə kuçənin beynin yeyirəm
Ulduzlardan ılham alaraq gulum
Gözlərının şeirin yazıb deyirəm.

Təbriz polisi tək vəhşi gözlərin
Azad ürəyımın həbsxanasıdır
Ceyran gözləri tək qəmli gözlərın
Xəyallı dünyamın al anasıdır 


Günün fotosu

Ona de ki...

Günel Treu

Ona de ki xöşbəxtəm,
yalan danış adımdan.
De ki, əsər qalmayıb
sən gördüyün qadından.

De ki hec əskik olmur
üz-gözündən səadət.
Səni coxdan unudub,
“xoşbəxt” olub nəhayət...

Nolar ona demə ki,
onsuz dəli olmuşam.
Arzuları bəhrəsiz
yarıyolda qalmışam...


Aristotel

Aristotel (yunan. Ἀριστοτέλης) (b.e.ə.384 - b.e.ə.322) - qədim yunan filosofu.
Aristotel fəlsəfə, məntiq, psixologiya, fizika, biologiya, tarix, etika, estetika və siyasət kimi fundamental məsələləri də tədqiq etmişdir.
Aristotel şərq ölkələrində və həmçinin Azərbaycanda Ərəstun adı ilə də tanınır.
Staqiratda anadan olmuşdur (buna görə də ona çox zaman "Staqirit" deyirdilər).Məşhur filosof Platonun Akademiya sının tələbəsi olub. Makedoniyalı İsgəndərin tərbiyəçisi və Afinada Likey fəlsəfə məktəbinin təsisçisi olub. Bəzi əfsanələrə görə İsgəndərin ölümündə onun rolu var (Əfsanəyə görə İsgəndərin atası-Makedoniya çarı Fillip Aristotelin ailəsini o uşaq olarkən qırmışdır. Aristotel bununla İsgəndərdən ailəsinin intiqamını almışdır).
Hələ Platondan təhsil alarkən Aristotel onun varlıqlara münasibətində ideyaların ilkin olması nəzəriyyəsini tənqid edirdi.( Bununla əlaqədar Aristotelin dilindən belə bir deyim var-" Platon mənim dostumdur amma həqiqət daha vacibdir ").

Rəşad Ramazanova azadlıq tələb edək!

Ataxan Əbilov

Aslan bəy İsmayılovun bu gün keçirtdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdən sadəcə dəhşətə gəldim. O,  Rəşad Ramazanovdan danışmışdı. Kimdir Rəşad Ramazanov? İlk növbədə onun face profilini tapmağa cəhd etdim. Bunun üçün ölkə mətbuatında onun həbsilə bağlı xəbərləri müşayət edən şəklindən yararlanmaq istədim. Bir başa bu ad və soyadla face üzərindən həmin şəkillə bir profilə rast gəlmədim. Tək adını axtarışa verdim. Sifətindən mülayimlik sezilən, səmimi baxışlarıla diqqəti çəlb edən, üzündən nur tökülən bir gənc alim siması bilgisayarımın monitorunda canlandı. Bu o idi. Adı Rəşad qeyd olunsa da soy ad kimi face-də Heqiqet Ağaaddin ləqəbi yazılıb.

17.05.2013

Çox çətin bir taleyin sahibiyəm...

Qonağımız yazıçı-publisist, teleaparıcı Həmid Herisçidi

- Həmid bəy, yaradıcılığınız barədə nə deyərdiniz?
- Sərbəst nəsr, sərbəst şeir, sərbəst publisistika, sərbəst telelayihələrim... Bu sahədə xeyli çalışdım. Yaradıcılığım, razılaşın ki, çox orijinaldı. Bu növ əsərlərimin, xüsusən sərbəst nəsr janrında yaratdığım "Nekroloq" ("Damğa", "Dəli Kür), "Əli. Nino, Bakı" romanlarımın, şeirlərimin ədəbi prosesimizə güclü təsiri olsa da, nəticələrindən o qədər də razı deyiləm... Sonra çoxları mənim kimi yazmaq istədi. Epiqonçular yarandı. Sərbəst nəsr üslubumu yanlış anladılar deyəsən. Ordakı sərbəstlik özbaşınalıq deyil əslində.

Həqiqəti kor hesab etməyək

Qalib Şəfahət

Sayman Aruzun “100 il inqilab”romanı çap olunduqdan sonra türkçülüyün düşmənləri Azərbaycan yazarına qarşı dolayı yolla antitəbliğat  aparırlar


Son dövrlər Azərbaycanda ciddi ədəbiyyat sanki tənəzzül dövrünü yaşayır. Xüsusən də türklərin(söhbət azərbaycan türklərindən gedir,türk dünyasını da başa düşsələr hesab etsinlər yanılmayıblar)  taleh yüklü məsələlərini özündə əks etdirən ədəbiyyat bu xalqa gərək deyil.
Populist ədəbiyyat çox qabağa çıxıb. Xüsusən də yüngül ədəbiyyat, bəlkə də buna qeyri ciddi ədəbiyyat deyəcəklər.

Salam Sarvan - Amerika filmlərində

1. Nədənsə baş qəhraman həmişə şəhərin düz mərkəzində yaşayır.
2. Həm də onlar evdə tək yaşayırlar, ataları, anaları, babaları, nənələri gözə dəyməz.
3. Baş qəhramən yeməyi ancaq restoranda yeyər.
4. Baş qəhramanın həmişə mütləq bir tanışı var ki, bir sutka ərzində ona istənilən ölkəyə viza da açır, diplomatik pasport da düzəldir.
5. İstənilən parollu fayl baş qəhramana lazım oldubu vaxt qurtara-qurtarda mütləq açılır və bu prosesdə mışdan istifadə olunmur.
6. Baş qəhramana 3 metr məsafədən atəş açılsa da ona dəymir.

TALIŞLARIN ƏCDADI KİMDİR?

Elmi ədəbiyyatda bu suala indiyədək çoxlu və bir o qədər də müxtəlif cavablar verilmişdir.
Rus tədqiqatçılarından V.S. Leqkobıtov (1806-1860) talışları farsların bir hissəsi hesab etmişdir.
İ.İ. Şopen 1840-cı ildə çap etdirdiyi rəyində göstərmişdir ki, V.S. Leqkobıtovun talışları farsların bir hissəsi hesab etməsi elmi cəhətdən səhvdir. (Bax: Qəmərşah Cavadov. Talışlar. B., 2004, S.36)
Azərbaycan tarixçilərindən Aydın Balayevin də fikirincə, talışların əcdadı farslardır. (Bax: 1985-ci ildə Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar .B. 1986, S.115). Məşhur rus şərqşünası professor İ. Berezin Q. Klarpotun talışların əcdadının midiyalılar olması haqqındkı mülahizəsinə qarşı çıxmış, bu mülahizəni təsdiq edəcək qədər faktın olmadığını bildirmişdir. (Q.Cavadov. Talışlatr... S.38).

İslam Həsənov: "Teatr insan həyatının ayrılmaz bir hissəsidir, mənəvi kapitaldır"

Lənkəran teatrının bir əsrdən artıq tarixi var. XIX əsrin 50-ci illərində Lənkəranda A.S.Qribayedovun “Ağıldan bəla” pyesindən bir parça səhnəyə qoyulub. Lənkəran teatrının, necə deyərlər, rəsmi tarixi isə 1884-cü ildə M.V.Qoqolun “Evlənmə” komediyasının səhnəyə qoyulması ilə götürülür. Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənov deyir ki, ölkədə qaynar vaxtlar da olub, sistem dəyişikliyi də baş verib. Lakin Lənkəranda teatr həmişə yaşayıb. Onun sözlərinə görə, son 35 ildə teatrda 250-dən çox əsər səhnələşdirilib.
“73-cü ilə kimi teatr gah açılıb, gah bağlanıb, gah da xalq teatrı kimi fəaliyyət göstərib.

General olmaq istəyirdi, nadan gülləsinə tuş oldu

“Gecə saat 3-4 arası olardı. Mobil telefonuma zəng gəldi. Ötəri baxanda gördüm ki, Elşənin nömrəsidir. Telefonu açanda isə başqa səs eşitdim. Özünü “zampolit” kimi təqdim edən şəxs bildirdi ki, qohumunuz Elşən ağır yaralanıb, təcili Naxçıvana gəlmək lazımdır. Dərhal qardaşı Zahirə zəng vurdum, telefonu bağlı oldu. Sonra atası ilə danışdım. O da təcili Naxçıvana getdi. 19-u axşam 4-də ora uçub, elə həmin gün axşam 9-da Elşənin tabutu ilə Bakıya qayıtdılar”.
Bütün bunlar bu yaxınlarda güllələnən zabitimiz Elşən Məmmədovun yaxın qohumu Tural Bəşirovun dediklərindəndir.
Hadisəni isə aşağıdakı kimi təqdim etdilər:
- Naxçıvandakı hərbi hissələrin birində tağım komandiri vəzifəsində çalışan Elşən onun hissəsinə yeni əsgər gəldiyini aprelin 15-də görür. Aprelin 18-də isə onlar bir də üz-üzə gəlirlər. Atasının bildirdiyinə görə, əsgəri “şap-şapı"da, yaxası açıq, qısası, çox səliqəsiz vəziyyətdə görən Elşən əsəbiləşir və əsgərə bunları irad tutaraq bildirir ki, hərbçisən, şərəfsizlik etmə.

Buzeyir kəndləri

Buzeyir kəndi Lerik rayonu Zuvand bölgəsində külli miqdarda iri və xırda toponimlər - yer adları mövcuddur. Onlar özünəməxsusluğu ilə seçilir. Bu kəndin ərazisi, əsasən, 5 vahidlikdən ibarətdir.- “Nico”, “Çəkerə”, “Pedi-Hüləboğ”, “Mələton”, “Vişə”,
“Nico” sözü kənd əhalisinin dilində “quzey” deməkdir. “Nico”, yəni ərazisi quzey olan torpaq sahəsidir. Bu ərazi vahidliyi özündə 30-a yaxın toponimi birləşdirir. (Bu toponimlərin hamısının izahı “Buzeyir” adlı kitabda öz əksini tapır). Məsələn, “Qıtitəpə”- Çiçəkli təpə, “İskanəhoni” - Stəkana oxşar bulaq. “Çaxmaxəhal” - çaxmaqlı dağ, “Məlohal” - Molla dağı, “Qərovidə” - Qoturlu bulağın olduğu yer, “Məjüəhi” - Mərci yeri və sair.

Tbilisidə xalq parad keçirmək istəyən qeylərə divan tutdu



Gürcüstanın payatxtı Tbilisi şəhərində parad keçirmək istəyən homoseksuallara yerli əhali hücum edib. Homoseksuallara qarşı çıxan on minlərlə insan arasında aparıcı ictimai xadimlər və din xadimləri də yer alıb. Polis aksiyaya nəzarəti ruhanilərin kardonu yararaq iştirakçılara yaxınlaşmasından sonra itirib.

Azərbaycan Turizm İnstitutunda kreativlik: H.Əliyev-90 bayramı

Mayın 17-də Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti məclisi keçirilib.
Müxtəlif nəsil şair və yazıçıların, tələbələrin, jurnalistlərin, müəllimlərin iştirak etdiyi, Azərbaycan Turizm İnstitutunun tələbələri və gənc pedaqoqları ilə keçirilən tədbir kreativ formatda - kitab bayramı, təqdimat, poeziya məclisi və diskussia şəklində baş tutdu.

Sayman Aruz Qanturalıya cavab verdi

Sayman Aruz: "Qanturalı gəldi-gedər ədəbiyyatın nümayəndəsidir"

Modern.az-da Sayman Aruzun iki köşə yazarının ünvanına atmacasına Qan Turalıdan cavab gəldi. Amma onun “Sayman Aruzun bu iradaına cavab verməyə nə vaxtım, nə də həvəsim var, nə də səviyyəm o qədər aşağıdır ki, onunla ağız-ağıza verəm” replikası AYB rəsmisində qıcıq oyadıb:
“Onda belə çıxır ki, ədəbiyyat yalnız Qanturalı kimi adamlara pul,  qonarar verib nəsə yazdırmaq funksiyasıdır. Qanturalı ədəbiyyatı öz xeyrinə kullanır. Qanturalının  ədəbiyyatdan , azadlıqdan və səviyyədən danışmağa ən azından mənəvi haqqı çatmır.  

Artur

Günel Treu

Təzə təyin olunmuşdu iş yerinə, hələ özünü yad hiss edirdi. Universiteti yeni bitirməsi, heç bir təcrübəsinin olmaması sıxırdı onu. Hətta sinif jurnalını belə qaydasında yaza bilmirdi. Dəfələrlə jurnalda səhv etdiyinə görə danlanmışdı. Və hər dəfə də “axı bunu mənə siz öyrətməli idiz” demək istəsə də, deyə bilmirdi. Həm də elə bilirdi ki, nəsə soruşsa ona güləcəklər, irad tutacaqlar. Üstəlik də təyin olunduğu məktəbdə də hər şey yerli yerində və ədalətli deyildi.
Amma getdikcə təcrübə qazanırdı, ən əsası isə şagirdlər onu sevirdilər. Düzdü, hərdən hər şeydən bezib, çıxıb getmək, sənətindən tamam fərqli bir işdə işləmək istəyirdi, amma bacarmırdı. Bəlkə də uşaqlar onun dərsində daha sərbəst, daha məsum olduqları üçün onu sevirdilər. Axı əslində elə özü də uşaq idi, gülə-oynaya yenicə ayrılmışdı universitet partasından, hələ heç özünü müəllim də hesab etmirdi, canı müəllim danlağından təzə qurtulmuşdu.

16.05.2013

XIII Baki Kitab Bayramı: Gənc şair Peyman Oğayətin kitab təqdimatı...

Mayın 16-da Azərbaycan Yazıcılar Birliyinin Natəvan klubunda gənc və istedadlı şair Peyman Oğayətin "SEVGİ YAĞIŞI" kitabinin imza günü və təqdimat mərasimi keçirildi... 
Yeni Yazarlar və Sənətçilər Qurumu tədbirin keçirilməsnə təşkilati - informatik dəstək verdi... Poeziyasevər gəncləri və ədəbiyyat həvəskarlarını maraqlı məclisindən bir hissə...

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti tədbiri mayın 16-da, AYB-də keçirildi.

Mən sənsiz də bacararam

Rüfət Əhmədzadə

Mən sənsiz də bacararam, deyilmi? Üstündən araq içər, siqaret də çəkərəm.... Birtəhər unudaram. Ya da unutmasam da, eləcə şeirlərlə, kədərli nəğmələrlə yada salaram səni.
Ya da bu dərddən ürəyim elə dolar ki mənim, hər ay bir roman yazan yazıçılar da çəkər həsədimi... Hər əsər bir uğursa, itkidən nə bitər ki?
Heç araq içmərəm də... Siqaret də çəkmərəm. Qəfildən dəyişərək, sufi möminlər kimi... diz çökərəm səcdəyə, tək ilahi eşq ilə... Ovunaram, deyilmi? Mən sənsiz ölmərəm ki! Sadəcə son nəfəsdə bəlkə axtardım səni... Sevgiylə yaşadımsa, sevgisiz ölmərəm ki!
Mən sənsiz də bacararam, çətinmi? Yeni həyat, yeni eşq... Evli kişi olaram, bir az da keçər, ata... Mən sənsiz də dözərəm, həyatda dərd yenimi? Qıcımağa diş qalmasa da belə, qatlamağa dilimə nə gəlib ki? Qürursuz qalmasam da, hədəf yoxsa, susaram. Sənsiz savaşmaqda nə məna var ki?

Rənglər və səslər dünyası

Aslan  Quliyev

İllər öncəsi tanış olmuşuq. Yardımlıda yaşayan gözəl şair, gözəl insan, ən əsası da   bu balaca torpaqdan getməyə dəfələrlə imkanı, fürsəti olsa da, bu imkandan istifadə eləməyib bu torpağa, dağlara bağlanan, bu torpaqda yaşayıb yaradan Sakit İlkinin yaradıcılıq gecəsində. Tozlu, tutqun salondu,  tavanı elə alçaqdı, ayağa qalxanda başının tavana dəyəcəyini düşünürdün. Mən də çıxış elədim, Nəvai məclisi kamerasının yaddaşına köçürdürdü.   Rəssam olduğunu öyrəndim, amma əsərləri ilə tanış deyildim.
Sonralar virtual aləmdə əsərləri ilə də tanış oldum, dostlarımdan haqqında çoxlu xoş sözlər eşitdim və Nəvai ilə öz emalatxanasında görüşməyi qərara aldım. Zəngləşdik.

Qala divarları yaxınlığında dayanmış dəvə tacirləri. (Bakı, 1898)

Yazıçılar Birliyinin bufetində “ac həriflər”

Kənan Hacı

Günlər o günlər idi ki, Yazıçılar Birliyinin jurnallarının fəaliyyət göstərdiyi üst qatda xudmani bir bufet vardı və bu bufetdə Məleykə adlı bir qadın işləyirdi. Balaca, dar-düdək yerdə qazan yeməkləri, qutab-peraşki bişirib satırdı. Əli qələm tutan, güzarı Yazıçılar Birliyinə düşən böyüklü-kiçikli bütün yazarlar Məleykə xanımın yeməklərindən dadmış, qoltuqlarında gətirdikləri araqdan yüz-yüz vurub qoltuqlarında gətirdikləri ədəbi məhsulları jurnallara təhvil verib xoşbəxtcəsinə və bir az da məğrur-məğrur daş pillələrlə üzüaşağı enmişdilər.
İndi hanı o günlər?.. Türklər demiş, “nerede eski ramazanlar?..”
Mənim də boş-bekar vaxtlarımda bura yolum düşürdü və həmişə stol arxasında Səyavuş Məmmədzadə ilə Məmməd Orucu, ya da rəhmətlik Səyavuş Sərxanlını şahmat oynayan görürdüm.