“AST Telman” ın şirkəti üçün bazarlıq başlayıb
Baş nazirin sabiq I müavini iki məmur-oliqarxla sövdələşməyə girib; Telman İsmayılovun Rusiyadakı nəhəng biznes imperiyasını almaq istəyənlər var, amma...
Kamran ABBASBƏYLİ musavat.com
Baş nazirin sabiq I müavini iki məmur-oliqarxla sövdələşməyə girib; Telman İsmayılovun Rusiyadakı nəhəng biznes imperiyasını almaq istəyənlər var, amma...
Azərbaycan baş nazirinin sabiq I müavini, “AST” şirkətlər qrupunun vitse-prezidenti, hazırda Rusiyada yaşayan Abbas Abbasovun ötən həftə Bakıya gəlməsi barədə məlumat vermişdik. Artıq 5 ildir Moskvada yaşayan Abbasovun ölkəmizə səfərinin hamıya bəlli olan rəsmi səbəbi belə idi: o, mayın 16-da Qafqaz Müsəlmanları İdarəsində keçirilən Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransına qatılmışdı. İlk baxışda qəribə görünə bilər. Amma qeyd edək ki, bütün postsovet məkanında böyük nüfuz sahibi olan Abbasov MDB Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. O, tədbirə də bu statusda qatılıb və konfransda çıxış da edib.
1992-2006-cı illərdə Azərbaycanda baş nazirin I müavini kimi yüksək postda işləmiş A.Abbasovun səfərinin əsl səbəbi və Bakıda keçirdiyi məxfi görüşlər barədə ilginc məlumatlar almışıq. Bu məlumat qəzetimizə Abbasova yaxın çevrələrdən daxil olub. Onların verdiyi bilgiyə görə, Abbasov Bakıya həm də tamam ayrı məqsədlə, özü də həmin tədbirdən bir neçə gün öncə gəlib. Məqsədi də azərbaycanlı məmur-oliqarxlarla danışıqlar aparıb Moskvadakı nəhəng biznes imperiyasının taleyini həll etmək olub. Söhbət Rusiyada yaşayan yəhudi əsilli azərbaycanlı milyarder Telman İsmayılova (“AST Telman”) məxsus “AST” şirkətlər qrupunun Azərbaycanda kiməsə satılmasından, daha doğrusu, bu iri iqtisadi quruma müştəri axtarmaqdan gedir.
Öncə onu qeyd edək ki, A.Abbasovla T.İsmayılov yaxın dostdurlar. Abbasov Azərbaycanda görəvdən alınandan az sonra Moskvaya, dostunun yanına getdi. Heç bir ay keçmədi ki, ona bu şirkətlər qrupunda vitse-prezident postu verildi. İsmayılovla Abbasovun münasibətlərinin möhkəm olması, onların bir-birinə tam güvənməsi təzə xəbər deyil; münasibətlərin kökü uzağa gedir. Qaynağımız bildirir ki, hazırda Rusiyada elə də xoş günlər yaşamayan, hər tərəfdən vurulan, rıçaqları əlindən alınan, sıxışdırılan İsmayılov məhz bu etimadı əsas götürərək sadiq dostunu özünə vəkil edib və ona “biznes elçiliyi” etməyi tapşırıb. Abbasovun Bakı missiyası da bu tapşırıq əsasında baş tutub.
A.Abbasovun Bakıda apardığı danışıqlardan söz açmazdan əvvəl onu deyək ki, “AST Telman”ı şirkətini Azərbaycanda kiməsə satmağa məcbur edən səbəblər var. Həm xarici (Rusiya), həm də yerli mətbuat, o sıradan “Yeni Müsavat” bu haqda dəfələrlə yazıb. T.İsmayılov son bir neçə ildə Rusiyada ən çox vurulan maqnatdır. Baş nazir Vladimir Putinin komandası ilə heç cür yola getməyən azərbaycanlı milyarder Rusiyadakı mülklərini aşağı qiymətə satır. Bu təzyiqlərin axırının yaxşı olmayacağını anlayan İsmayılov Rusiyadakı biznes aktivlərindən və mülklərindən tam yaxa qurtarmaq qərarına gəlib. Rusiya mətbuatı iddia edir ki, milyarderin planlarında iki variant var: ya Rusiyada nəyi varsa hamısını satıb bu ölkə ilə üzülüşmək, ya da bir hissəsini oğlanlarına buraxmaq. Mətbuat yazır ki, T.İsmayılov ona məxsus olan “AST” şirkətlər qrupunun səhmləri ilə yanaşı, Rusiyadakı daşınmaz əmlakını da satışa çıxarıb. Bütün bunlar onun Rusiyadakı biznesinə ciddi təhlükə hiss etdiyini göstərir.
Xəbər verdiyimiz kimi, milyarder Moskvanın Skolkovo səmtindəki iki nəhəng villasını da satır. Hesablamalara görə, bu villaların qiyməti 200 milyon dollardır. T.İsmayılovun Rusiya hakimiyyəti tərəfindən yenidən sıxışdırıldığı, onun Soçidə olimpiya obyektlərinin tikintisindən kənarlaşdırıldığı da məlumdur; bu haqda da yazmışıq. Bu ilin yanvarında isə belə xəbər yayıldı ki, Moskvada hələ sovet dövründən bu şəhərin simvollarından sayılan əfsanəvi “Praqa” restoranının sahibi dəyişir. “Exo Moskvı” radiosunun yaydığı məlumata görə, T.İsmayılova məxsus olan restoran 2011-ci ilin yayından artıq “Praqa” yox, “Just Cavalli” adlanacaq. 2010-cu ilin sonunda məlum oldu ki, məşhur italiyalı dizayner Roberto Kavalli “Praqa” restoranını T.İsmayılovdan 450 milyon dollara alır. İndi isə azərbaycanlı maqnat Rusiyadakı digər “dişə dəyən” mal-mülkünü də satır.
Yada salaq ki, “AST Telman”ın ağır günləri bir neçə il əvvəl o, kapitalını Rusiyadan xaricə çıxarmağa start verəndən sonra başlayıb. Hələ o zaman öz biznesinin təhlükədə qalacağını düşünən maqnat pullarının bir hissəsini Türkiyəyə yönəldib orada 1,4 milyardlıq “Mardan Palace” adlı hotel tikdirdi. Bu da Rusiya siyasi hakimiyyətinin nəzərindən yayınmadı və onu daha da qəzəbləndirdi. İsmayılovun qara günlərinin başlanğıcı isə yaxın dostu olan keçmiş Moskva meri Yuri Lujkov ötən ilin sentyabrında vəzifədən çıxarılmasından hesablanır. Bundan sonra azərbaycanlı milyarder Rusiyadan, necə deyərlər, yır-yığış etməyə sadəcə məcbur qalıb. Buradaca qeyd edək ki, T.İsmayılovun Rusiyada yaşayan digər azərbaycanlı oliqarx Araz Ağalarovla (Azərbaycan prezidenti İlham Əliyevin qudası) da münasibətləri soyuqdur. Bu da onu Rusiyadan qaçıran amillərdən sayıla bilər.
Qaynağımız A.Abbasovun Bakı səfərinin məhz bu “köç”ü təşkil etməklə bağlı olduğunu deyir. Xəbərə görə, T.İsmayılovun öz şirkətini məhz Azərbaycanda bir oliqarxa satmaq istəməsinin sadə səbəbi var: bu qalmaqallı biznesə Rusiyada hansısa yerli iş adamının sahiblənəcəyi inandırıcı görünmür - İsmayılovla biznes sövdələşməsi Rusiya siyasi hakimiyyətini qıcıqlandırar. Amma Azərbaycan və Rusiya hakimiyyətləri arasındakı isti münasibətlər Bakıdan kiminsə bu biznesə problemsiz sahiblənmək imkanlarını təmin edir.
İddialara görə, Abbasov İsmayılovun şirkətini Bakıda iki yerli oliqarxa təklif edib. Onlardan biri nəqliyyat naziri Ziya Məmmədov, digəri isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Z.Məmmədovun T.İsmayılovla yaxın dostluqlarını, nazirin oğlu Anar Məmmədovun ciddi bizneslə məşğul olduğunu nəzərə alanda onların “AST imperiyası”nın alqı-satqısı məsələsində daha rahat və qısa müddətdə anlaşacağını düşünmək olardı. Amma Z.Məmmədovun A.Abbasova mənfi cavab verdiyi söylənir. İddialara görə, nəqliyyat naziri cavabını belə əsaslandırıb: “Özümü hədəfə çıxarmağa risk eləmirəm”.
K.Heydərova gəlincə isə A.Abbasovun ondan da mənfi cavab aldığı iddia olunur. Burada net səbəb var: “fövqəlnazir”i Rusiya ilə heç bir biznes kanalı bağlamır, onun bu şimal ölkəsində bir sentlik də biznesi yoxdur. O, üzünü daha çox Türkiyəyə, Avropaya çevirib. Beləliklə, A.Abbasovun “biznes elçiliyi” alınmayıb və o, Bakıdan əliboş dönüb.

Комментариев нет:
Отправить комментарий