17.05.2011

ABŞ-ı Rusiya və Çinlə müharibə gözləyir



image
Pol Kreyq Roberts Liviya və Suriya hadisələri barədə

Pol Kreyq Roberts - amerikalı iqtisadçı, “reyqanomika”nın banisidir. Şərəf legionu Ordeninin kavaleri, ABŞ maliyyə nazirinin sabiq müavinidir. Press TV kanalı ondan Liviya və Suriyadakı hadisələrlə bağlı müsahibə alıb. Müsahibə mətninin tərcüməsini oxucularımıza təqdim edirik. 

- Deyilənlərə görə, Vaşınqtona məsləhət görülür ki, Liviya üsyançılarını silahlandırsın. Necə düşünürsüz, bu, yaxşı fikirdimi?
- ABŞ onları artıq silahlandırmağa başlayıb. Liviya üsyanının unikallığı da bundadır. Bu, dinc üsyan deyil, paytaxtda baş verimir. Bu, ölkənin şərqindən başlayan silahlı üsyandır. Biz isə bilirik ki, hərbi əməliyyatlarda ABŞ-ın da əli var, deməli, üsyançıları ABŞ silahlandırır.
- Bu hərbi müdaxilə ilə Bəhreyndəki hadisələri müqayisə etmək olarmı?
- Biz Bəhreyn və ya Səudiyyə Ərəbistanı hökumətlərini devirmək istəmirik. Onlar etirazçılara qarşı zor tətbiq etsələr də, bizim oyuncaqlarımızdır. Bəhreyndə həm də bizim böyük hərbi dəniz bazamız var.
Biz Liviyada Qəzzafini, Suriyada isə Əsədi devirmək istəyirik, çünki Rusiya ilə Çini Aralıq dənizi regionundan qovmaq istəyirik. Çin Liviyanın şərqində energetika sahəsinə böyük sərmayelər yatırır və öz enerji tələbatlarını ödəmək üçün Anqola və Nigeriya ilə yanaşı Liviyaya da güvənir. Bununla ABŞ Çini enerji mənbələrindən məhrum etmək istəyir, necə ki, 30-cu illərdə Londonla birgə bunu edə bilmişdi.
Suriyada olan etirazlarda hansı maraqlar var? WikiLeaks saytı bildirir ki, aksiyaların arxasında amerikalılar durur. Biz bu işdə ona görə maraqlıyıq ki, rusların Suriyada hərbi dəniz bazası var. Bu isə, Rusiyanın Aralıq dənizində gücünü təmin edir. Beləliklə də görürsüz ki, Vaşınqtonun Liviyadakı hadisələrə müdaxilə etməsinin və Suriyada canfəşanlıq göstərməsinin səbəbi rus və çinlilərdən can qurtarmaqdır.
Lakin səudiyyəlilərin etirazçılarla davranması və ya Bəhreyndə nümayişçilərə qarşı zor barədə heç bir şey danışmırırq.
- Demək istəyirsiz ki, Liviyaya hücumun əsas məqsədi neft faktoru ilə bağlıdır?
- Məsələ yalnız neftdə deyil, həmçinin Çinin Afrikada ayaq açmasındadır. Çin öz enerji tələbatlarını ödəmək üçün burada tədarük görür. Bəlkə məlumatınız var, Beynəlxalq Valyuta Fondu bir hesabat hazırlayıb. Hesabatda deyilir ki, “Amerika əsri” bitib, beş il ərzində Çin iqtisadiyyatı Amerika iqtisadiyyatını ötəcək, onda da ABŞ dünyanın ikinci iqtisadiyyatı olacaq, birinci yox. Odur ki, Vaşınqton blok fəndinə əl atır – Çinin resurslara çıxışını bağlmaq və iqtisadi inkişafını əngəlləmək üçün hərbi və strateji üstünlüyündən istifadə edir.
Bu, CRİ-ın (Mərkəzi Kəşfiyyat İdarəsi) Liviyanın şərqindəki fəallığının başlıca səbəbidir. Sual yaranır, niyə digər ərəb ölkələrindən fərqli olaraq, burada üsyan paytaxtda başlamadı? Niyə etirazçılar silahlandılar?
- Necə düşünürsüz, Liviyanın diplomatik cəhətdən təcrid olunması hərbi müdaxilənin yeganə səbəbi idi? 
- Düşünmürəm ki, bu, əsas səbəb deyildi. Əsas səbəb Çinin Liviyadan qovulması idi. Hazırda da bu proses gedir. Hərbi kampaniyadan öncə burada 30 000 çinli var idisə, sonradan onların 29 000-i təxliyə edildi.
Bundan başqa, Qəzzafi ABŞ Hərbi Qüvvələrinin Afrikadakı Birləşmiş Komandanlığına qoşulmadığına görə cavab verir. Həmin komandanlıq 2008-ci ildən fəaliyyət göstərir və Afrikada təsirini genişləndirən Çinə ABŞ tərəfindən verilən cavab idi. ABŞ-ın cavabı hərbi cavab idi, ona görə Qəzzafi bu quruma qoşulmaqdan imtina etdi. O dedi ki, bu imperializm aktıdır, bütün qitəni ələ almaq cəhdidir.
Üçüncü səbəb, Qəzzafi Liviyada oturaraq Aralıq dənizi sahillərinin mühüm hissəsinə nəzarət edir. Suriyada da eyni vəziyyətdir.
Fikrimcə, sadəcə bu iki ölkə Amerika hegemonluğu qarşısında bir maneədir. Amerikalılar qətiyyən isməzdilər ki, Rusiyanın güclü donanması Aralıq dənizində bazalara malik olsun. Həmçinin istəmirlər ki, Çin Afrikanın enerji resurslarını daşısın.
Tunis və Misir üsyanları Vaşınqtonu qəfildən sarsıtdı, lakin ABŞ tez anladı ki, ərəb üsyanları donu altında açıq konfrontasiyaya girmdən Rusiya və Çini qovmaq olar. Beləliklə də, Liviya və Suriya etirazları əvvəlcədən hazırlanmış ssenari idi.
Biz əminliklə bilirik ki, CRİ müəyyən müddət Liviyanın şərqində münaqişə ocağı yaradırdı. Bu hamıya məlum bir faktdır. WikiLeaks-də teleqramların dərc olunması isə sübut edir ki, Suriyadakı iğtişaşlarda amerikalıların əli var.
Misirdə, Bəhreyndə, Tunisdə və ya Səudiyyə Ərəbistanındakı çaxnaşmaları biz törətməmişik. Yəqin ki, Yəməndəki etirazlara görə də biz cavabdehik, çünki burada pilotsuz təyyarələrdən istifadə edib tayfaların ərazilərinə hücum edirik.
Beləliklə də, fərq ondadır ki, Suriya ilə Liviya hadisələrində amerikalı izi var – nümayişlər təşkil edilir, pul paylanılıər və s. Söz və ya pulla alınan narazı insanları həmişə tapmaq olur.
- İndi isə pilotsuz təyyarələrdən Liviyada istifadə edirlər. Onları haradan idarə edirlər? Texniki baxımdan onlar İtaliyadan uça bilməzlər, bunun üçün yanacaq çatmaz. 
- Bilmirəm, bəlkə Amerikanın hərbi gəmilərindən. Deyəsən, pilotsuz təyyarə barədə son məlumatı hərbi donanma zabiti vermişdi.
Bir şey əlavə etmək istərdim. Güman ki, ən böyük risk Çinlə bağlıdır. Özüdə bu məsələyə etinasız yanaşırlar. Çin şirkətləri qeyd olunan hərbi müdaxilə nəticəsində yüz milyonlarla dollar itirirlər. Çinin Liviyada 50 nəhəng sərmayesi var, onlar hamısı unitaza axıdılır. Və Çin bu müdaxiləni özünə qarşı yönəlmiş akt olduğunu aydın görür. Onlar xəyallara qapanmayıblar, onlar New York Times və Washington Post oxumurlar deyə, xəbərlərdə gedən zir-zibilə inanmırlar. Onlar yalnız Amerikanın Çinə qarşı yönəlmiş hərəkətlərini görürlər.
- Siz bildirirsiz ki, ABŞ Çini çölə atıb onun sərmayelərini özünküləri ilə əvəz etmək istəyir?
- Tamamilə düzdür. Həm də fikirləşirəm ki, ruslar Suriya hadisələrinin onlara qarşı yönəldiyini anlamağa başlayırlar.
Mahiyyət etibarı ilə biz iki nəhəng ölkə ilə münaqişəyə giririk. Çinlə ona görə ki, onun iqtisadiyyatı ABŞ iqtisadiyyatından yaxşıdır, çünki Çində iş yerləri var. Və Rusiya ilə ona görə ki, məhdudiyyətsiz nüvə arsenalına malikdir. Biz çox güclü ölkələri, özüdə ehtiyatsız üsullarla sıxışdırırıq. Özümüzü diqqətsiz və təhlükəli aparırıq.
Rusiya ilə Çin anlayanda ki, amerikalılarla rasional davranmaq olmur, amerikalılar onları fəth edib onlara xələl yetirmək niyyətindədir, istənilən eskalasiya baş verə bilər. Bu real təhlükədir, bizi böyük müharibə gözləyə bilər.
- İtaliya Liviya neftinə böyük ümidlər bəsləyir. İtaliyanın NATO üzvü olaraq Liviyadakı rolundan nə deyə bilərsiz?
- Bu, Liviyaya hərbi müdaxilənin digər unikal məqamıdır. Niyə NATO Afrikada müharibə edir? Şimali Atlantika Alyansı Qərbi Avropanı sovet təhlükəsindən qorumaq üçün yaranmışdı. SSRİ 20 ildir ki, mövcud deyil. Pentaqonun yardımı ilə alyans köməkçi qüvvəyə çevirilib, indi də Afrikadakı işğalçı müharibəyə qoşulub. Bu müharibə işğal xarakterlidir, hücum müharibəsidir.
Beləliklə də, bu qeyri-adi haldır. Niyə bu hal baş verir? Biz NATO-nu Misirdə, Tunisdə istifadə etmədik, və əmin olun ki, Səudiyyə və Bəhreyndə də istifadə etməyəcəyik. NATO-nun Afrikada müharibə aparması qəribədir. Buna izah tapmaq lazımdır.

Tərcümə etdi Ayxan                                   salaminfo.az

Комментариев нет:

Отправить комментарий