Azərbaycan oxucusu bugünkü romanların böyük əksəriyyətində özünü və mühitini özü-özlüyündə gördüyündən artıq görə bilmir. Bu qədər informasiya yağışı altında bədii, poetik söz sanki cazibə qüvvəsini itirib, gücsüzləşib, sadəcə gerçəkliyin xəbərçisi, informatiki ola bilir. Bu da olur publisistikanın bayrağı altına girmək.
Nə qədər ki, siyasi, sosial, ictimai, mədəni-estetik, publisistik düşüncə və baxış bədii təfəkkür dəyirmanında üyüdülüb ədəbiyyatın malına çevrilmir və onun tərkibində ünsürləşmir, ədəbi istehsal (gündə on roman çap olunsa da) hamıya tanış, köhnə və məlumdan məlum görünəcək.
Obyektin (dünyanın) subyektdə (Aqşində) bu qədər mənfi inikası, əksi, assosasiyası bəlkə də onun oxucusuna çatdırmaq istədiyi – «dünya çox iyrənc və eybəcərdir, hər şey qaradan-qaradır» – təlqini təkcə obyektin simasını sual altda qoymur, həm də subyektin ruhi-mənəvi baxışına diqqəti yönəldir. Aqressiya, depresiya, sarsıntı və hiddət kimi fərdi yaşantılar sirayətedici təzyiqlə ictimaiyyətə-oxucuya ünvanlanırsa müəllif ədəbi məqamı tərk etmiş olur, oxucu çox halda özünü, cəmiyyətini, dünyasını təkzib olunmuş şəkildə görür, real gördüyü bircə Aqşin olur. Müəllif bu yaşa kimi həyatda iyrəndiyi bütün görüntüləri bir yerə yığıb təsvir etməklə ödü ağıza gətirəcək və beyinə, düşüncə və ideyalara qurd sala biləcək, «Türk şairi Can Yucelin misralarında deyildiyi kimi «Nə kadar kötü kokarsak o kadar iyi» (Aqşin) – arzusunu reallaşdıracaq qədər «müqəddəs» bir missiyanı üzərinə götürmüş olur.
Niyə xaotik, tərs-tərs, baş-ayaq eksperimentlər, «kötü kokuma»lar, çaş-başlıqlar, «bəlkə milçək bal arısından, siçovul bülbüldən, şər xeyirdən, zülmət işıqdan yaxşıdır» ideyasını nəzəri cəhətdən silahlandıran «qara qatıq fəlsəfəsi»ni mahiyyəti müəyyənləşməyən «izmlər» qiyafəsində müdafiə etmək, dəstəkləmək zorundayıq? Bu əsrin növbəti on ili bu «fəlsəfə»nin sübutuna, ondan sonra gələn on ili isə yəqin ki, inikarına həsr olunacaq, vaxt itkisi müqabilində yenə axsaya-axsaya böyük ədəbiyyat kölgəsi axtaracayıq…
Aqşin Yenisey istedadlı şairdir (bu barədə 8-9 il öncə «Azərbaycan» jurnalında yazmışdım), analitik təfəkkürü olan, ictimai-siyasi hadisələrə açıq gözlə baxan, düşüncə tərzinə görə haqqında bəzən «müdrik cavan» — deyə düşündüyüm, ədəbi zövqü və bir çox fəlsəfi ideyaları ilə hesablaşılacaq söz, sənət adamıdır. «Göləqarğısancan» romanını əlimə alanda «məlum Aqşin»dən ya yuxarıda, ya da lap aşağıda – dərinlərdə olan bir «fovqəl Aqşin» tapıb çıxaracağımı düşünürdüm. Mən bu axtarışa ümid, inam və fədakarlıq qarışıq rəğbətimlə çıxmışdım. Aqşin məni əliboş qaytardı.
Orda çox şey vardı: təriflənəsi, misal çəkiləsi, yadda saxlanılası, kədərləniləsi, doyunca gülünəsi və s. Ancaq bunlar axtardıgımız və əlbəttə, ən əsası Aqşin potensialının, Aqşin çəkisinin müqabilində deyildi… Məlum ənənvi nəsr nəzəriyyəsi meyarlarına və ya naməlum postmodern nəsr nəzəriyyəsinin olmayan meyarlarına əsaslanaraq deyə bilərəm ki, müəllif əsərində oxucunu «kəməndə salan» ilk komponentlərdən birini – məzmunu bədiilik sferasında işləyə bilməyib. Məzmun sistemli, məntiqi əlaqələrlə bağlanan hadisələrsizlik üzündən ahəngdar, normal bədii mühit yarada bilmir. Təqdim olunan əhvalat, macəra, mülahizə, mübahisə mənzərələri ANS «kriminal»ları, «Azadlıq» məqalələri, erotika filmləri, «dəyirmi masa» söhbətləri, elmi-ateizm mühazirələri, «fəlsəfi-estetik görüşlər» məqalələri, ədəbiyyatın Hamlet, Kefli İsgəndər monoloqları, Danabaş kəndi hadisələri və onlarca müxtəlif sahələrin materiallarından əsərdə tələb olunan situasiyanın bir araya gələn, qaynayıb-qarışan sırf bədii materialına çevrilmir. «Deyirlər», «eşitmişdim ki», «haradasa oxumuşdum», «danışırdılar ki» — xəbər, informasiya pərakəndəliyi ilə söylənilənlər öz-özlüyündə maraqlı və mənalı ola bilər. Lakin «Göləqarğısancan» əsərində bütün bunlar, çox zaman epizod, fraqment təəssüratı yaradır.
Zamanın və mühitin roman mətninə köçürülən onlarla reallıqları ictimai, siyasi, sosial effektliliyi ilə günümüzün publisistikasında onsuz da əks olunur. Ancaq bunlardan biri – roman qəhrəmanına çevrilən, obrazlaşan Leş Əli reallığı nə ictimai-siyasi, nə də sosial-mədəni problemlərin fəsadı, nəticəsi kimi bədiiləşə bilmir. Leş Əli ata-anasının, genetikasının, uzaqbaşı kəndinin iyrənc doğuşu kimi əsaslandırılır.
Leş Əlinin cadugər, ətrafındakıları daima söyən, əlindəki çubuqla hədələyən, beyni qurumuş, gözləri kor olmuş, nəcis içində çabalayan («Onun uzun, sirli, vahiməli ömründən yalnız evin divarında kömək üçün dartınan qurumuş nəcisli əl izləri qaldı» s.53) nənəsi, bacıoğlunu yoldan çıxardan əxlaqsız xalası, hirsli sovet kəndlisi olan, qızlarına gələn elçiləri söyüb qapıdan qovan atası, kəbini xoruza kəsilən pinti anası, tüpürcəkləri ilə fəxr edən seyidləri, yetkinlik çağlarında heyvanlarla heyvani əlaqədə olan cavanları (Burada Ə.Əylislinin «Ətirşah Masan» adlı əsəri yada düşür) Əvvəllər xanəndəlik edən mollaları və s. olan kəndi var. Leş Əlinin sələfləri də xələfləri də (məsələn, qozbel oğlu da özü kimi kolbasa sexlərinə leş daşımaqla məşğuldur) zaydır. Onu itə dəyişən sevgilisi, pinti, bədnəzər, eybəcər və kənddə şər qüvvə kimi qəbul edilən arvadı, sınıq-salxaq volqası, əxlaqsız və ləyaqətsiz dostları, müvəqqəti (kirayədə) də olsa, daimi də olsa yaşadığı uçuq-sökük, xarabavari evləri, deyingən və sərxoş ev sahibləri var. Çörəyi də ən iyrənc fəaliyyət növlərindən-leşdən, çuval-çuval daşıdığı siçovul ölüsündən, yalançı jurnalist vəsiqəsindən və s. çıxır. Sonda nənəsi kimi gözlərinə qara su gələn Leş Əlinin «Daha bəsdir, heç nəyi, heç kimi görmək istəmirəm» fikrinə fəlsəfi yozum verməsək (verməsək yaxşıdır) elə niyyəti də qara, bəd, eybəcərdir.
Dünyaya göz açandan ölü qurbağalarla oynayan Leş Əli xislət etibarilə mənfur və iyrənc olduğu üçün, hardasa yaşadığı həyata layiqdir. Onun qisməti, taleyi təbiət hadisəsi kimi qanunauyğun görünür. O elə zatən Leş Əli kimi doğulub, Leş Əli kimə yaşayıb, Leş Əli kimi də öləcək. Bu gün cəmiyyətdə daha böyük və insanlıq üçün taleyüklü ağrılar, proseslər var ki, romançıları da düşündürsə xeyrimizə olar. Məsələn, şəxsiyyətdən, alilikdən, insandan heçə, heyvana doğru sürüklənmələr…
Romanda Leş Əliliklə hazır, göydəndüşmə bir vəziyyət kimi qarşılaşırıq, dünyanın, konkret desək, Azərbaycan cəmiyyətinin ictimai-siyasi, sosial təbəddülatlarının obyektiv və subyektiv səbəblərdən yaranan ziddiyyətlərinin faciəli nəticəsi kimi yox.
Müəllif nəsr texnologiyasından, ümumiləşdirmə, tipikləşdirmə, dil materialından və məcazlar sistemindən etik və estetik mədəniyyətə riyaət edərəkdən istifadə tendensiyasının üstündən xətt çəkir. Onun baxışında din, tarix, təbiət, cəmiyyət musiqi (hətta mugam) yer, göy hər şey iy verib iylənir. «— Fikir vermisən də, ifa zamanı əvvəlcə tar və kamança ağız-ağıza verib xanəndəni, despotu dinləyicilərə, xalqa bəh-bəhlə təqdim edirlər. Sonra kamança tara, tar despota, xanəndəyə miskincəsinə yaltaqlanır. Tar gözünü qavalbaş xanəndənin, despotun ağzına, kamança gözünü tarın əlinə dikir. Xanəndənin, despotun dediyini hiyləgər tar, tarın dediyini miskin kamança təkrarlayır. İşlər qaydasında gedirsə, despot, xanəndə qıyqacı baxışlarla itaətkar tarı, tar isə düyünlü quyruğu ilə yaltaq kamançanı alqışlayır və bu üçlük beləcə əl-ələ, ağız-ağıza verib, min ildir, dinləyicilərin evini yıxmaqla məşğuldur». s.175. Müəllif hətta həyatda nizamlı olan seyləri də təxəyyüldə dağıdır.
Qadınlar fahişə, kişilər alçaq və rəzil (hətta hansısa xislət bənzərliyindən heyvanlara meylli!), uşaqlar xalasına təcavüz edən, oğru, kütbeyin, qozbel, qocalar diliqarğışlı, söyüşlü, yeməklər leş qoxusu verir, simasız və miskin qəzet redaktorları, partiyalar zəmanənin kobud və inkar hissi doğuran həqiqətləridir. Və bu həqiqətlər əsərdə hamının gördüyü qədər, sadəcə görünən qədər yazılıb. Müəllif bunları yeni məzmunlu ədəbi nümunə materialı kimi işləyə bilməyib.
Təbii ki, ədəbiyyat cəmiyyətdən qaçan sırf fərdi aləmin şəxsi baxışları fonunda yaranmır. Aqşinin nasir qələmilə deyil, subyektivizm qılıncı ilə yazılmış 268 səhifəlik pessimistikasında oxucunun dünyanı qavrama və yaşama hissiyatında ümidli, nikbin, işıqlı nə varsa hamısı inikar olunur. Ən qəribəsi isə odur ki, Aqşin oxucusundan tələb edir ki, onun yaratdığı bataqlıq və kanalizisiya burulğanına sevə-sevə, yeni kəşf olunmuş bir dünyaya qədəm qoyurmuş kimi daxil olsun. Müəllif içinin qaranlığından bir işıq tapıb çıxarmağı oxucusundan gözləyir. Halbuki, cəmiyyət öz ədəbiyyatından onun həyatının, ideyalarının, düşüncə və hisslərinin yüksək şəkildə, yəni, sənətkarcasına ifadəsini tələb edir. Bu ifadələrdə ağ və ya qara boyalardan istifadənin dərəcəsi önəmli deyil, əsas sırf şəxsi, fərdi, subyektivlik qılafından çıxmaqdır. Onda boyalar torpaqdan və günəşdən rəng alırmış kimi təbii, canlı və ürəkdənxəbərverən olur, ictimai düşüncədə tərəqqi, təkamül ruşeymləri yaradır. Bəzən unuduruq ki, ədəbiyyat və oxucu yazara xidmət etmir, Əksinə, yazar ədəbiyyata xidmət edir.
Əsərdə müəllif öz fəlsəfi ideyalarını klassik üslubda dəli, sərxoş obrazlarına həvalə edir. İlk dəfə «alkaş» ev yiyəsi, sonra Keyşəbədə, Çörək, Rey, Səfil ateist və s. Bir-birinə bənzəyən monoloqların hamısında eyni yanaşma tərzi. Sanki yazar öz çıxışını hissələrə bölüb paylayıb obrazlarına…
Sonda müəllifin bütün əsər boyu davam edən kədərli psixoloji ovqatının səbəbləri açılır: «Atamın qəfil ölümü dalbadal uğursuzluqla nəticələnən iki ailə həyatı, xarakterimin adamayovuşmazlığı ucbatından tez-tez dəyişdiyim iş yerləri əsəblərimi pozmuşdu. Gecələr cürbəcür adamlarla bir yerdə dayanacaqda dayanıb avtobus gözləyən, işə tələsən, hər axşam da qanadının altında iki çörək fikirli-fikirli evinə, ailəsinin yanına qayıdan fəhlə dəvəquşu, gah da ekvator boyunca cüyüldəyə-cüyüldəyə, ət-ətə sürtüşə-sürtüşə dünyanın belinə dolanan iyrənc siçovul sığın yuxuma girirdi. Gah cürbəcür uzun-güdə ilanların qaynaşdığı otluqla keçib harasa gedən, gah da əlçatmaz bir sütunun kəlləsini qucaqlayıb kömək üçün ağladığım vəziyyətdə öz yuxuma girirdim. Hər gün yorğun, heydən düşmüş halda yataqdan qalxır, gün boyunca gecə gördüyüm eybəcər yuxuların təsiri altında əzab çəkirdim». s.255.
Və aydın olur ki, yazar öz romanını bu ovqat, bu psixoloji sarsıntı ilə yazmağa başlayıb. Xeyirxahlıq, işıq, inam, ümid kimi daxili enerjisini itirmiş müəllif nə qədər oxucusu varsa hamısını şəxsi kədərinə şərik olmağa vadar edir. Yəni müəllif sırf Aqşin, ancaq Aqşin olmaqdan qurtulmalı idi. Xatirə dəftəri kimi yox, roman kimi təqdim olunan əsər bunu tələb edir…
A.Kamünün çox yerinə düşən fikrinə əsaslanmaq istərdim: «Mənim üçün sənət heç də tənha yaradıcılığın əyləncəsi deyil, mənim üçün bu, ümumi iztirabların və sevinclərin ən tutumlu mənzərəsini yaratmaqla mümkün qədər çox adamın qəlbinin tellərinə toxunmaqdır. Sənət sənətkara öz içinə qapılmağa imkan vermir, o, sənətkarı ən təvazökar və ən ümumi həqiqətə tabe edir. Çox zaman başqalarına oxşamadıqlarını duyduqlarına görə sənətkar taleyini seçənlər tezliklə başa düşürlər ki, əgər başqaları ilə oxşarlıqlarını etiraf etməsələr, onlar öz sənətlərini və orijinallıqlarını heç bir şeylə qidalandıra bilməzlər. Sənətkar bü, özündən başqalarına doğru aramsız hərəkətdə –keçinə bilmədiyi gözəlliklə, ayrıla bilmədiyi insan birliyi arasındakı yarıyolda formalaşır.
…hədsiz ümidsizlik ucbatından şərəflərini yaddan çıxarmış və müasir nihilizmə cummuş adamları başa düşməliyik. Lakin mənim ölkəmdə və Avropada çoxları nihilizmi rədd etmiş və tarixin səmərəli davamının axtarışı yoluna qədəm basmışdır. Yenidən dirçəlmək və bu gün dünyanı bürümüş intihar cəhdinə qarşı açıq şəkildə mübarizə aparmaq üçün bu adamlar fəlakətlər dövründə yaşamaq sənətinə yiyələnməli olmuşlar».
Təhkiyəçi-qəhrəman ona «Heç kim» adıyla şeir göndərən naməlum şairin izini itirməməlidir. Özü demiş: «Heç kim» – bu naməlum şair mənim sonuncu ümidim idi, Cunun!» Bəlkə Aqşin öz şairinə və şeirinə dönməlidir?
Müəllif onun «yeni mətn texnikası»nı görməyənlərə qarşı aqressivdir. Yeni mətn texnikasını yenilik kimi qəbul etmək olar. Ancaq doğrudan da elə sadəcə texniki olan «yeni» məni-sıxılan, darıxan, işıq, həqiqət, ümid axtaran, düşüncəsində və ruhunda zəncir cingiltiləri hiss edən oxucunu özünə, içinə, dünyaya bağlayacaq telləri yarada bilmirsə, yeni «anti»lər, «mücərrədlər», «xaoslar» nəyə lazım? Aqşin müsahibəsində deyir: «Göləqarğısancan» romanının məqsədi ölkənin axırdan birinci, ədəbi dildə desək, «balaca adamının» — Leş Əlinin — taleyini işıqlandırmaq idi. Mənə peşəsi tənqidçi olanlardan daha çox zövqlü oxucuların fikirləri maraqlıdır».
Əvvəla, Leş Əlinin taleyi zövqlü oxucunun nəyinə lazımdır? İkincisi «balaca adam» ədəbiyyatda yeni hadisə deyil. 60-cı illər nəsri «balaca adam»larla dolu idi…
Son zamanlar Allahı da obraz kimi ədəbiyyata gətirmək küfr, şirk və cəhalətdən xəbər verir. Sözsüz ki, müraciətə klassik anlamda Allah axtarışı, Allahsızlıq, haqq-ədalət mücəssiməsi kimi yanaşma bir başqadır (məlum Mitşesayağı və s.), kainatın, bəşəriyyətin yaradıcısı olan, doğmayan, doğulmayan, ehtiyacsız, pak və yeganə haqq olan İlahi Varlığa onun zərrələrinin istehzalı baxış və yozumunda obraz vermək, don biçmək artıq şeytanın dediyi ilə oturub-durmaq kimi bir şeydir.
«Allah bu dəfə nərə şəklində öz varlığını insanlara göstərmişdi və şirin nərəsini eşidəndə şəhərin üstündün bir uğultu keçmişdi». s.17 və ya «Leş Əli allahla şeytanın, xeyirlə şərin, halalla haramın əbədi davam edən didişməsindən təngə gəlib, yaxasını sonu görünməyən bu müqəddəs boğuşmalardan qırağa çəkən, iki dalaşan ilahi məxluqu öz öhdələrinə buraxıb, bu müqəddəs qırğına şəriklik etmək istəməyən bezgin müsəlmanlardan biri idi». s.21. Leş Əli (hələ İslam dini fəlsəfəsinin əvəzolunmaz şəxsiyyətinin adına bu ironik və miskin rəngvermədən danışmırıq) əsərdən tanıdığımız qədərincə bir heç, zərərverici həşərat qədər mənfurdur. Necə olur ki, belə bir obraz Allahı mühakimə edir və onu kim ilə, nə iləsə mübarizədə görür. Allah yolunuazmışlara (şeytanla, şeytanxislət insanlarla) necə tərəfmüqabili ola bilər? Azərbaycanda İslam dininin mahiyyətinə, fəlsəfəsinə balta çalan mollalar, axundlar, hacılar, məşədilər azdır, yazarlar da burdan baş qaldırıb?
«Allah da, şeytan da onların əbədi mübarizəsi də onu (Leş Əlini – İ.M.) bezdirmişdi». s.21.
Burada «Göləqarğısancan» romanında rast gəldiyimiz onlarla mətndənçıxma səriştəsizliyi də özünü göstərir. Guya Leş Əli bütün həyatını kainatın yaranışı prosesinin elmi, dini və fəlsəfi əsasları-axtarışına həsr etmiş dünya dahisidir, bu sorunla bağlı yüzlərlə nəzəriyyənin dizini büküb, kürəyini yerə vurub, axırda yorulub yaxasını kənara çəkir. Nə əlaqəsi? Müəllif bu fikirləri Leş Əlinin ünvanına yapışdıranda, yəqin ki, o hardasa heyvanlara qoşulub leş sökürmüş. Bu mülahizələri heç olmasa o dəli, dinsiz, əlləm-qəlləm obrazlardan birinə, məsələn, səfil ateistə calasaydı uyarlı olardı…
Bütün bunlardan sonra, yazının bu yerində anladım ki, deyəsən, Aqşinin eynəyini taxıb, onun qələmilə yazıram bu məqaləni. O, dünya, mən də onun romanı haqqında ancaq qara-qara fikirlər qaraladıq. Dünyada baxılası, seviləsi, yaşanılası, inanılası çox şeylər var onu tapmaq və göstərmək lazımdır…
«Göləqarğısancan»da isə dərin mənalı yumor, bənzətmə, dəqiq müşahidə və yanaşmalardan doğan aforistik deyimlər yaddaqalan oldu: «Süfrə əvəzinə masanın üstünə sərdiyi yağlı, duzlu, istiotlu «Xalq» qəzetini cırıb əllərini, ağız-burnunu sildi». s.14.
«Televizorda söhbət, dünyanın qərb ölkələrinə neft, şərq ölkələrinə isə hələ ki, qız-gəlindən başqa bir şey sata bilməyən imperiya köləliyindən yenicə qurtulan gənc Azərbaycanın, dünyaya həmişə şir-pələng, zürafə, kərgədan satan qoca Afrika ölkələrindən iki min ABŞ dollarına aldığı, artıq qocalığından qabırğaları sananan şirdən gedirdi və mənə qalsa, bu əsir düşmüş savannalar şahı ömrünün son illərində, sadəcə doğma vətəni Afrika üçün ahu-zar edirdi? s.21.
«Hər bir məzlum xalq öz doğma diktatorundan-qənimindən hansısa bir jesti, vərdişi mənimsəyib ənənəyə çevirir və uzun müddət yaşadır. Stalindən də sovet xalqlarına lopa bığlar, qəzəbli, sirli sükutlar, qəddar baxışlar miras qalmışdı». s.41.
«Sovet imperiyasının arxasınca anaların bioloji qəhrəmanlığı üzərində qurulan çoxuşaqlı sovet ailələri də dağıldı. İmperiyanın əzizlədiyi sinəsi rəngbərəng orden-medallarla dolu, anadan çox, müharibə generallarına oxşayan «Qəhrəman ana»lar yenə doqquztuman kənd arvadlarına çevrildilər». s.54.
«Adətən, bizim mollalar həyat və yaradıcılığa başqa sənətlərdən başlayırlar. Məsələn, mənim atamı basdıran molla vaxtilə məşhur kənd xanəndəsi idi». s.60.
Orden-medal alveriylə məşğul olan ev sahibi deyir: «Hamısı sovet medallarıdır, müharibə, əmək qəhrəmanlarına, partiya fəallarına verilənlər. Vaxtilə bu orden, medallara görə insanlar can veriblər, bir-birlərinin üzünə durub güllələtdiriblər, qarınlarına mina bağlayıb tankların altına sürünüblər, sinələrini, plumyotun qabağına tutub aşsüzənə dönüblər. İndi qara qəpik verməyə canları çıxır». s.72.
Medallardan birini Leş Əlinin sinəsinə taxır. «Leş Əli yaxasında üçüncü dərəcəli top atıcısı medalı ikinci gün də siçovul ölüsü daşıdı». s.79.
«Ancaq bir gün şəhər merinin göstərişi ilə polis qanunsuz alver köşklərini yığışdıranda, Leş Əlinin də yumurta dolu vedrəsinə bir təpik dəydi, yazığın bir təpiklik canı olan biznesi p…a döndü. O, yenidən yazarların yığışdığı «Əriştə» kafesinin küncünə, özünü köhnə çörək dərdinin yanına qayıtdı».
«Kənddə dükanların üstündə satılan malların qiyməti yumurta ilə yazılırdı. Tez-tez divarlarda belə yazılar oxuyurduq. «Kəllə qənd – 20 yumurta», «Paltar sabunu – 5 yumurta». Bir-iki dükana girib öyrəndik ki, kəndlərdə toyuq yumurtası artıq yerli pul vahidi hesab olunur… Sən demə solaxay kişilər yerli dul cananların da yanına cibiyumurtalı gedirlər… Qədim Romanı Qalların hücumundan qazlar xilas etdiyi kimi, bu günkü Azərbaycanı da iqtisadi böhrandan, deyəsən toyuqlar çıxaracaq». s.202. və s.
Aqşin, sənin adın çağdaş ədəbiyyatı yaradanların sırasında çəkilir. Bu böyük etimaddır. Amma status deyil. Etimadı doğrultmaq üçün deyilənləri səmimi qəbul et, sənin buna gücün çatar…
İradə Musayeva

Комментариев нет:
Отправить комментарий