20.05.2011

KASTRO: "NATO, İSPANİYANI DA VURACAQ?"

                                     Kubalı lider qərb ölkələrinə çətin sual verib



FaktXeber.com-un "Kuba" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Kubanın əfsanəvi lideri Fidel Kastro, İspaniyada baş verən etiraz aksiylarını Liviyadakı nümayişlərlə müqayisə edərək, "NATO, İspaniyanı bombalayacaqmı?" sualı ilə qərb ölkələrinə müraciət edib. Fidel Kastro həmçinin bildirib ki: "Əhalisinin 40 faizi işsiz olan İspaniyada gənclər nümayiş keçirir. Görəsən bu nümayişlərə qərbin mövqeyi necə olacaq? NATO, bu ölkəni də bombardman etməyə başlayacaq?".

Qeyd edək ki, ABŞ dövlətinin onunla müxalif olan ölkələrlə müharibə apardığını söyləyən Kastro, bu üzdən işğalçı müharibələrin baş verdiyini söyləyib. "ABŞ, itaətli bir dünyanı idarə etmək istəyir. Bu ölkənin kasıblıq, təhsil, səhiyyə, iş və həyat üçün lazımlı olan su, qida və evlər o qədər də əhəmiyyət kəsb etmir"-deyə Fidel Kastro əlavə edib.

Комментариев нет:

Отправить комментарий