Köndələn
KƏNAN HACI kenan731@rambler.ru
Dəfələrlə şahidi olmuşam ki, az- çox pulu olan adamlar, biznesmenlər yazar tayfasının yoxsul güzaranını görüb ədəbiyyata maliyyə dəstəyi göstərmək əvəzinə, onların əlindən azar- bezar etməkdən elə bil zövq alırlar. Çoxu da Səməd Vurğunu misal gətirir ki, bəs şair onun kimi olar, kişi şeirin Allahı idi, filan- bəşməkan və s. Amma bir şeyi dərk etmək onların idrakı xaricindədir – indiki zamanda Səməd Vurğun yox, lap Nizami də olsa, heç kim onun kitabını oxumayacaq. İndi guya Səməd Vurğunu, Nizamini oxuyan var?
Sovet hökümətinin xiffətini ona görə çəkirik ki, bu hökümət bizə kitab oxumağı öyrətdi. Ölkədə minlərlə kitabxanalar, kitab mağazaları fəaliyyət göstərirdi, insanlar oxumağa təşnə idi, yüz min, yetmiş- səksən min tirajla çıxan kitablar az sonra mağazalarda tapılmırdı.
Əlbəttə, ideoloji basqılar, senzura və digər baryerlər də mövcud idi, bununla belə, 70 illik imperiya əsarəti dövründə kifayət qədər azad ruhlu ədəbi nümunələr də yarandı ki, milli azadlıq hərəkatı dövründə meydana atılan gənclər həmin ədəbiyyatın şinelindən çıxdı. İdeologiyanın sifarişi ilə yazılan “əsərlər” isə öz-özünə aradan çıxdı, müəlliflərilə birgə unuduldu.
Sovet dövründə əmələ gəlmiş və ideoloji örtüyü olmamış bəzi mütərəqqi ənənələr yox olmaqdadır. Vəhşi biznes sistemi humanitar sahəni qurd kimi içindən yeyir. Bu sahə təkcə kifayət qədər maliyyələşdirilmədiyinə görə dağılmır, həm də ona görə ki, kitab mağazaları yerləşən binalar icarə adı altında şübhəli biznes adamlarının, onların nəzarət etdikləri sahələrin əlinə keçir. Ədəbiyyat taleyin axarına buraxılıb. Dövlət onu sovet ənənələrinə uyğun idarə etməkdən əl çəkə bilməsə də, yeni şəraitə uyğun ədəbi siyasət formalaşdıra bilmir.
Bu günün Azərbaycan burjuaziyası isə pulunu günügündən göbələk kimi artıb çoxalan əndamlı estrada müğənnilərinə geninə-boluna, səxavətlə xərcləyir, kiminə maşın alır, kiminə ev, villa və s. Amma gənc ədəbi nəsildən olan istedadlı yazarların böyük əksəriyyəti artıq neçə ildən bəri yazıb- yaratmaqlarına baxmayaraq, kitablarını heç olmasa, 500 tirajla buraxmaq üçün cüzi miqdarda paranı tapa bilmirlər ki, bilmirlər. Vaxt isə gözləmir, yaşı artıq 40 civarında olan “gənclər” var ki, hələ də qəzet səhifələrində baş girləməklə məşğuldurlar.
Bir- iki ildən sonra bu nəsil artıq itirilmiş nəsil sayılacaq, biz bunun fərqindəyikmi?!
Azad mətbuatın ruporu olan “Çap evi” çökmək ərəfəsindədir. Neçə vaxtdır ki, Şahbaz Xuduoğlu mətbuat vasitəsilə açıqlamalar verir. Sinəsini qabağa verən tapıldımı? Azərbaycanın suyunu içib çörəyini yeyən maliyyə bossları öz gəlirlərinin çox demirəm, 5 %-ni bu mətbəənin yaşaması üçün sərf etsələr, dünya dağılarmı? Hardadır Hacı Zeynalabdin Tağıyev kimi, el yolunda malından, pulundan keçən milyonçular? Bizim milyonçularımız pullarını kazinolarda, restoranlarda, xarici turnelərdə havaya sovururlar, xalq üçün, millət üçün adicə bir bulaq suyu çəkdirmək ağıllarının ucundan belə keçmir.
Dünyanı “bürüyən” iqtisadi böhran isə onlar üçün lap göydəndüşmə olub, yaxalarını birdəfəlik kənara çəkib oturublar. Ədəbiyyat, teatr, kino heç kimin umurunda deyil, oxuyub elm sahibi olmuş adamların savadı qıcqırıb, kitab oxuyanlara şəbədə qoşmaq, lağ etmək kütləvi hal alıb. Bu tendensiya bizi hara sürükləyir?
Ölkəni falçılıq bumu başına götürüb, adam dəhşətə gəlir, yəni bu yüz ildə biz zərrəcənə dəyişməmişik?! Nə qədər demək, yazmaq olar ki, Allahın Məhəmməd peyğəmbər vasitəsilə insanlara göndərdiyi müqəddəs Qurani- Kərimdə gələcəyi xəbər vermək, falçılıq ən ağır günah sayılır, bu, əstəğfürullah, Allaha şərik qoşmaq deməkdir. Allah isə kainatın şəriksiz yaradıcısıdır. Götürüb o kitabı oxusunlar, dönə- dönə oxusunlar, cəhalət yuxusundan ayılsınlar, ayıbdır, vallah, ayıbdır. Dünyanı özümüzə güldürməyək.
Falçılara, ekstrasenslərə pul buraxmağın özü də ən böyük cahillikdir. Nə qədər demək, yazmaq olar? Etiraf etmək lazımdır ki, Azərbaycanda falçılığın belə asanlıqla intişar tapması bizim dini dünyagörüşümüzün zəif olmasından irəli gəlir. Bunun başqa adı yoxdur, bu işdə birbaşa din alimləri günahkardır. Problemin kökündə yenə də mütaliəsizlik dayanır, biz islamın fəlsəfəsini doğru- dürüst anlaya və qavraya bilsək, islamın tarixini öyrənsək, Quranı oxuyub onu dərk edə bilsək, falçılıq özü- özünə aradan çıxacaq. Amma biz oxumuruq, bu elmsizlik, bixəbərlik bizi uçuruma sürükləyir.
Pul qazanmaq ehtirası hamının gözünü tutub, kiməsə maraqlı bir kitabı oxumağı məsləhət görməyinə peşiman olursan, tez üz- gözünü turşudub “ay rəhmətliyin oğlu, bəxtəvərlikdən danışırsan, kitab oxumağa vaxt tapmaq olur?” deyir və heç kitabın üzünə belə baxmır. Bunu deyən cəmiyyətin oxunmuşlarıdır, bisavadından isə heç danışmağına belə dəyməz.
Bu günlərdə hansısa qəzetdə oxudum ki, ruslar Leninə lənət oxuyurlar. Vallah, mən hərdən Leninə rəhmət oxuyuram. Bircə o “oxumaq, oxumaq, yenə də oxumaq!” kəlamına görə!

Комментариев нет:
Отправить комментарий