20.05.2011

QARABAĞ QURBAĞASI


Nigar Xiyavi

Bu gün bu qurbağa
qapqara bir qarabağ
Quruldamaq istir
şikəstədən şikəst bir ağız
Neçə göllükdü
bəlli deyil ki, bu qurbağamız
ağamızdı biraz bəlkə
biraz da tosbağamız
Ancaq
bugünədək gördüyüm 
ən qurbağa ən qurqur qağamız

Bağışlayın zəhmətdi
Çatdıra bilsəniz
Bağırın
Ya da işdi çatsa qısır əliniz
Bağı qanqırmızı bağrı qara çöllüyünə
Qara bir daş tapsanız
lütfən
Atın bu qurbağanın boğazında ilişən göllüyünə
Yoxsa qurultu yaman şikəstə qaşınır
Ağız boğazında bir doyunqarına:

Əzzinəm aaa...y
Tən dərdi vətən dərdi
Tərlədib öldürər məni
Neynim əl çək yaxamdan iyirmi fayız bəsdi
Bəsimdi görər məni
Di dur gəl qoyma uçur qaçır başımdan
Gəl qadan aaalım
Bir çətvər araq yarım metir dönər kabab dönər məni
Döndərər məni
O yana döndər məni yar buyana döndər məni
Ölürəm ölürəm ölürə ə ə...m
gəl dərdin aaa...lım

Əzzinəm aaa...y gödən yaxşı
Bir fincan arada göbək yaxşı
Deyirəm vətən biraz yığcam
biraz gödək yaxşı
Ədə belə göbək yaxşı gödən yaxşı
Pay verməyə aaa...y baaaalam
Yenə də vətən yaxşı
Ölmürəm
Ölmürəm
Ölmürəəə...m
m
m
m

Комментариев нет:

Отправить комментарий