Bəşəriyyətin fəlsəfi fikri qəbilə– tayfa münasibətlərinin dağılması ilk sinfi cəmiyyətlərin və dövlətin əmələ gəlməsi ilə eyni dövrdə formalaşmağa başlamışdır. Bəşəriyyətin çoxminillik təcrübəsini ümumiləşdirən ayrı– ayrı fəlsəfi ideyalara Qədim Misirin və Qədim Babilistanın ədəbi abidələrində rast gəlmək mümkündür.
Qədim Şərq ölkələrində yaranan fəlsəfə ən qədim fəlsəfə hesab olunur. Bunlar Misir, Babilistan, Hindistan və Çində yaranmışdır. Lakin bir sıra tarixi səbəblər ucbatından Qədim Babilistan və Misirdə fəlsəfi məktəblər yarana bilməmişdi. Bütün ölkələrdən əvvəl fəlsəfi məktəb və ənənələr Qədim Hindistanda yaranıb inkişaf etmişdir.
Hind fəlsəfi mədəniyyəti abidələrində qeyd edildiyi kimi, II və I minilliyin başlanğıcında orada fəlsəfi məktəblər yaranmışdır. Həmin dövrdə maldar tayfalar olan ari tayfaları şimal– qərbdən Hindistana soxulmuş və yerli əhalini əsarət altına almışdır. Burada ibtidai– icma cəmiyyətinin süqutu sinifli cəmiyyətin və dövlətin yaranmasına gətirib çıxarmışdır. Hər bir belə dövlətin başında torpaq sahibkarlığı aristokratiyasına və nəsli kahin (Brəhmən) hakimiyyətinə arxalanan racələr dururdu.
Qədim Hindistan cəmiyyəti varna– qruplarına bölünürdü ki, bu da sonralar kasta sisteminin əsasını təşkil etmişdir. 4 varna var idi: 1. Kahinlər varnası (brəhmən); 2. Hərbi aristokratiya varnası (kşatrilər); 3. Əkinçilər, sənətkarlar, tacirlər varnası (vayşilər); 4. Aşağı varna (Şudralar). Şudralar brəhman, kşatri və vayşilərin tabeliyində idilər. Onları icmaya üzv qəbul etmirdilər və icmanın problemlərinin həllində onlar iştirak etmirdi. Əməyin ən ağır növləri onların payına düşmüşdü. Çox vaxt həmin varna arilərin müharibələrdə əsarət altında aldığı tayfalardan təşkil olunurdu. Varnalara bölgü din tərəfindən işıqlandırılırdı… Tanınmış kahin ailələri cəmiyyətə böyük təsir göstərir. Onlar təhsil daşıyıcıları, xüsusi biliklərə yiyələnənlər hesab olunurdular. Eyni zamanda dini ideologiyanın inkişafına mühüm təsir göstərirdilər.
Qədim hindlilərin ilk fikir abidəsi Vedlər hesab olunur. Vedlər II və I minilliklər qovşağında yaranmışdır. Ümumiyyətlə, vedlər bəşəriyyətin ədəbi abidələri içərisində ən qədimi kimi qəbul olunmuşdur. Vedlər qədim Hind cəmiyyətinin mənəvi mədəniyyətinin inkişafında böyük və müəyyənedici rol oynamışdır. Buraya fəlsəfi fikrin inkişafını da daxil etmək olar.
Ved sözü sanskritdən tərcümədə bilik mənasını verir. Lakin bu bilik xüsusi bilikdir. Vedlər himnlərdən, dualardan, qarğışlardan, qurbanvermə formalarından və s. ibarətdir. Obrazlı dildə vedlərdə ən qədim dini dünyagörüşü– dünya, insan və mənəvi həyat haqqında ilkin fəlsəfi təsəvvürlər ifadə olunmuşdur. Vedlər 4 qrupa, yaxud hissəyə bölünür. Onlardan ən qədimisamhitlərdir (himnlərdir). Samhitlər 4 məcmuədən ibarətdir. Onlardan ən qədimi– Riqveda– dini himnlər məcmuəsidir (təxminən b.er.əv. 1,5 min il əvvəl). Vedlərin ikinci hissəsi Brəhmənlərdir (ritual mətnlər məcmuəsi). Brəhmənizm dini onlara əsaslanmışdır (məlum olduğu kimi, brəhmənizm buddizmə qədər Hindistanda hakim din olmuşdur). Vedlərin üçüncü hissəsi– Aranyakilər (tərkidünya adamlar üçün davranış qaydaları) adlanır. Dördüncü hissə Upanişadlardır. Əslində Upanişadlar b.er əvvəl 1 minillikdə yaranmış sırf fəlsəfi hissədir. Artıq bu zaman fəlsəfi şüurun ilk elementləri yaranır və ilk fəlsəfi təlimlərin formalaşması müşahidə olunur (buraya həm dini– idealist, həm də materialist təlimlər daxildir). Qədim Hind fəlsəfəsinin səciyyəvi cəhəti müəyyən sistem və məktəb çərçivəsində iki böyük qrupa bölünməsidir.
Bu və ya digər istiqamət bir sıra məktəblərdə tez– tez dini–etik forma altından materialist tendensiyalarla müşahidə olunurdu. Məsələn, qədim Hind materialist məktəbi olan vayşeşiklər onlara misal ola bilər. Bu məktəbin adı vişeşa– xüsusiyyət sözündən əmələ gəlmişdir. Gerçəkliyi izah edərkən vayşeşiklər üçün substansiyanın, atomların, ruhların kateqoriyalarının xüsusiyyətləri birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu ilk atomizm məktəbidir. Onun məqsədi həqiqi idrak vasitəsilə iztirabdan, əzab– əziyyətdən qurtulmağa nail olmaqdır. Onlara görə substansiya 5– dir. Bunlar Su, Torpaq, İşıq, Hava və Efirdir. Onlar əbədi, bölünməz atomlardan ibarət olan fiziki elementlərdir. Atomların bütün hərəkətləri Allahın iradəsinə gedib çıxır. Digər məktəb çarvaka– lokayata hesab olunur. Bu da ənənələrə əsaslanan qədim materialist təlimdir. Bu məktəb maddi dünyadan başqa digər dünyaların mövcudluğunu inkar etmişdir. Dünya maddidir, biz onu hiss orqanları vasitəsilə hiss edirik. Bizim hisslərimiz yeganə həqiqi hesab olunmalıdır. Etiqad yalandır, sübutedilməzdir. Din ancaq kasıblara lazımdır.
Hind mədəniyyətinin mifoloji mərhələsi qədim Hind abidəsi «Riqveda»da əks olunmuşdur. Qədim Hind mifologiyasında ilk insan Puruşadan danışılır. Həmin puruşadan kosmosun elementləri, dünya ruhu «Mən» yaranmışdır. Puruşa kainatın maddi «tamamlayıcısı» rolunda çıxış edir. Böyük ölçüsünə görə, o, hər yerdə var, hər yeri doldurur. Eyni zamanda Puruşa– kosmik ağıldır. O, «vedlərin bilicisidir». Onda «fikir vardır». Sonralar Upanişadlar (hərfi tərcüməsi: müəllimin ayağları önündə oturmaq deməkdir, ona gizli, müqəddəs bilik də deyirlər). Hind mədəniyyətinin metafizik mərhələsinə aiddir. Formasına görə Upanişadlar müəllimin şagirdlərlə dialoqudur. Orada ilk səbəb, ilk başlanğıc problemi göstərir ki, onun vasitəsilə də təbiətin bütün hadisələri və insanın mənşəyi izah olunur. Upanişadlarda əsas yeri varlığın ilk səbəbi və ilk əsası kimi mənəvi başlanğıc brəhmən, yaxud atman, nadir hallarda puruşa haqqında təlim tutur. Brəhmən və atman adətən sinonim kimi işlədilsə də, brəhmən çox vaxt allahın hər yerdə olan ruhunu ifadə edir. Upanişadlardan başlayaraq brəhmən və atman bütün hind fəlsəfəsinin (hər şeydən əvvəl vedenta təliminin) mərkəzi anlayışlarına çevrilir.
Ümumiyyətlə, qədim Hindistanda aşağıdakı fəlsəfi məktəblər mövcud olmuşdur:

Qeyri– ortodoksal
(Vedlərin nüfuzunu qəbul etməyənlər)
(Vedlərin nüfuzunu qəbul etməyənlər)
1.Vedanta (b.er.əv IV– II əsrlər)
2.Mimansa (b.er. əv. VI əsr)
3. Sankhya (b.er.əv.VI əsr)
4.Nyaya (b.er.əv.III əsr)
5.Yoqa (b.er.əvII əsr)
6.Vayşeşika (b.er.VI– V əsrlər)
2.Mimansa (b.er. əv. VI əsr)
3. Sankhya (b.er.əv.VI əsr)
4.Nyaya (b.er.əv.III əsr)
5.Yoqa (b.er.əvII əsr)
6.Vayşeşika (b.er.VI– V əsrlər)
1.caynizm
(b.er. əv IV əsr)
2.Buddizm
(b.er. əv.VII—VI əsr)
3.Çarvaka– lokayata
(b.er. əv IV əsr)
2.Buddizm
(b.er. əv.VII—VI əsr)
3.Çarvaka– lokayata
Brəhmən və atman Upanişadların müxtəlif mətnlərində müxtəlif şəkildə şərh olunur. Bəzilərində yaradıcı– allah və dünyanın hakimi, digərlərində panteist (dünyanın maddi ilk səbəbi ilə, yemək, nəfəs, ilk maddi element və s. ilə) ruhda dünya ilə eyniləşdirilir. Brəhmən mənəvi mütləq və onun bütün təzahürlərinin, proseslərinin daxili mahiyyəti kimi göstərilir. Upanişadın mərkəzi ideyası bu mənəvi mahiyyəti insanda və təbiətdə eyniləşdirməkdir.
Bir sıra mətnlərdə brəhmən– atmanın üçlü, triadik təbiəti təsdiq olunur. Digər mətnlərdə isə real gerçəkliyin yaranmasının və sonralar məhv olmasının, brəhmən– atmanda əriməsinin dövri olaraq tsiklik təkrarından söhbət açılır. Varlığın bu tsiklik simvolu adətən əbədi fırlanan təkər (çakra) obrazında çıxış edir. Dünya qanunauyğunluğu prinsipi mənəvi–etik rəngə malik olan dharma konsepsiyası ilə ifadə olunur. Upanişadın idrak nəzəriyyəsində mərkəzi məsələ biliyin iki– aşağı və ali növə bölünməsi ilə səciyyələnir. Aşağı– empirik gerçəklik haqqında bilikdir (o həqiqi deyil, qırıq– kəsik, fraqmentardır). Ali isə– mənəvi mütləq biliyidir. Varlığın bütövlüyü ilə qəbul edilməsidir. Ona nail olmaq mistik praktikanın, yoq praktikasının köməyilə mümkündür. Yalnız bu bilik dünya üzərində ağalığa imkan verər.
Etika sahəsində Upanişadlarda dünyaya münasibətdə passiv– seyrçi mövqeyin təbliği mühüm yer tutur. Ali xoşbəxtlik ruhun dünyaya hər hansı bağlılıqdan xilas olması (mokşa, mukta) kimi qiymətləndirilir. Lakin, eyni zamanda, fəal həyata çağırışlar da eşidilir. Upanişadlarda maddi və mənəvi dəyərlər arasında fərq qoyulur.
İlk dəfə olaraq Upanişadlarda ruhun köçürülməsi (keçməsi) (Sansara) və keçmiş əməllər üçün əvəz edilməsi (karma)haqqında konsepsiya göstərilir. Orada insanın əməlləri zəncirində səbəb– nəticə əlaqələrinin müəyyənləşdirilmək cəhdi ifadə olunur. İnsanın davranışı– dharma mənəvi qanunlarla müəyyən edilir. Həmin qanunların yerinə yetirilməsi isə hər birvarna və həyat mərhələsi (varnaşrama) üçün zəruridir.
Bir sözlə, upanişadlar sonrakı fəlsəfi baxışlar üçün bir növ fundament rolunu oynamışdır. Burada əsas dünyagörüşü ideyaları və konsepsiyaları sonralar daha dəqiq və hərtərəfli işlənilmişdir.
Epik dövrün hind fəlsəfəsinə gəldikdə isə həmin dövrün fəlsəfi fikrinin əsas mənbəyi 18 kitabdan ibarət olan geniş epik «Mahabharata» poemasıdır. Fəlsəfə nöqteyi– nəzərindən az– çox maraq doğuran əsər «Bhaqavat– Gita»dır. Upanişadlarda ayrı– ayrı fikirlərdə və deyimlərdə ifadə olunan fəlsəfə «Mahabharata»da dünyagörüşü problemlərinin traktovkasına həsr olunmuş bütöv konsepsiyalar şəklində özünü göstərir. Həmin konsepsiyalar içərisində sankhya və onunla sıx əlaqədar olan yoqa təlimləri mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, həmin təlimlərin başlıca prinsiplərinə biz epizodik olsa belə Upanişadlarda rast gəlirdik. Konsepsiyaların əsasını praktiki (materiya, təbiət) haqqında baxışlar tutur. Həmin baxışlarda bütün varlığın (o cümlədən psixikanın, şüurun) mənbəyi kimi, həmçinin ondan asılı olmayan saf ruh (Puruşa) (o, bəzən brəhmən, atman da adlanır) haqqında da söhbət açılır. Beləliklə, burada dünyagörüşü dualistdir və iki başlanğıcın etiraf edilməsinə əsaslanır.
«Bhaqavad– Gita» (hərfi tərcüməsi «İlahi nəğmə») əsəri iki qohum nəsil– Pandav və Kaurav ailələri arasında döyüşdən əvvəl Pandav qoşununun sərkərdəsi Arcunanın bu qardaş qırğınının düzgün olub– olmaması haqqında şübhələri ilə başlanır. Arcunanın şübhələri və tərəddüdlərini allah Krişna dağıdır. Onun fikrincə, ədalətli döyüşdə əl titrəməməlidir. Onun nəsihət və göstərişləri ««Bhaqavad– Gita»nın əsas məzmununu təşkil edir.
Krişnanın mülahizələrinin nəzəri əsasını monist, teist sankhayalar təşkil edir ki, bunlar da etik– sosial baxışları ifadə edir. Krişna həyatın mənasını allahı dərk etməkdə görür və özünü allah kimi qələmə verirdi. Allahı dərketmə üsullarından biri ona sədaqətli məhəbbət bəsləməkdən ibarətdir. İnsanın sevən ürəyi olmalıdır. O, ürəyi vasitəsilə biliyə sahib olmağa, çətinlikləri keçib allahı dərk etməyə qabildir. Allaha məhəbbət göstərən və onu dərk edənlərə həyatda xüsusi imtiyazlar bəxş edilir.
Yuxarıda qeyd etdik ki, hind fəlsəfəsində elə sistemlər olmuşdur ki, onlar bilavasitə vedlərə əsaslanmışdır. Bu sistemlərdə Vedlərin mətnlərinə Qədim yəhudilərin Bibliyası və xristian ədəbiyyatının Əhdi– cədidi kimi, müqəddəs kitab kimi baxılırdı.
Vedantlar üçün Vedlər misilsiz avtoritet olmuşdur. Vedant fəlsəfəsi b.er.əv. IV– II minilliklərə aiddir. Vedant təsəvvürlərinə görə dünya həyat məktəbidir. Şagird bütün hallarda müəllimin dediklərinə əməl etməlidir. Vedant fəlsəfəsinin ən böyük nümayəndəsi Şankara (Şankaraçayra, VIII–IX əsrlər) olmuşdur. O, «Atmabadha» traktatında vedant təliminin əsas prinsiplərini şərh edir və brəhman atman substansiya kimi varlığın məcmusu kimi təsdiq edilir, cismani fiziki ruhla «ruhani ruh» arasındakı qarşılıqlı münasibət haqqında, həqiqi bilik haqqında, atmanlığın karma və sansaradan xilas olmağın yeganə yolu olması barədə danışılır (bütün bunları isə biz artıq həm Upanişadlarda, həm də «Bhaqavad–Gita»da görmüşük).
Vedanta həmçinin maddi dünyanın illyuzorluğu (mayya) olması haqqında təlimi hazırlanmış və illyuzanın (mayya) real varlıqdan fərqləndirilməsi zərurətini qeyd etmişdir. Reallığın yeganə yolu həqiqi biliyə (brəhmənə) nail olmaqdır.
Qədim hind təfəkkür sistemində yoqa təliminin, yəni xilasolmanın fərdi yolunun da böyük əhəmiyyəti olmuşdur.
Qeyd etmək lazımdır ki, Yoqa Vedlərə əsaslanır və ona görə də vedlər fəlsəfi məktəbinin biri hesab olunur.
«Yoqa» «cəmlənmə», «mərkəzləşmə» mənasını verir. Bu təlimin əsasının müdrik Patancali (b. er. əv. II– əsr) tərəfində qoyulduğu ehtimal olunur. Yoqa sistemində allaha etiqad nəzəri dünyagörüşün elementi kimi, iztirablardan azad olmağa yönəldilmiş, praktik fəaliyyət şəraiti kimi başa düşülür. «Yeganə» ilə birləşmə şəxsi vəhdətin dərk edilməsi üçün zəruridir. Yoqa fəlsəfə və praktikadır. Yoqanın fəlsəfi sitemi sankhya– yoqadır. O, meditasiya şüurunun formalaşması metodikasını verir. Allah obrazına meditasiyanı tövsiyə edir. Uğurlu meditasiya samadhi vəziyyətinə (bir sıra cəmləşmənin fiziki və psixik tapşırıqları sayəsində tam intraversiya vəziyyəti) aparıb çıxarır. Yoqa praktikası xilasolmanın fərdi yolu olub, hisslər və fikirlər üzərində nəzarətə nail olmağa yönəldilmişdir. O, yemək qəbul qaydasını da müəyyən edir. Bunun özü isə maddi təbiət qunlarına müvafiq olaraq üç kateqoriyaya bölünür. Nadanlıq və ehtiras qunlarındakı yemək əzab– əziyyəti, bədbəxtlikləri, xəstəlikləri artıra bilər (buraya, hər şeydən əvvəl, ət daxildir). Yaxşılıq qunlarındakı yemək (ağartı məhsulları, tərəvəz, dənli bitkilər və s.) şən əhval– ruhiyyə, xeyirxahlıq yaradır.
Yoqa təliminin müasir təbliğatçıları digər təlimlərə pis münasibət bəsləməyin əleyhinə çıxırlar. Məsələn, Ramakrişna bu məqsədlə «Fil haqqında ibrətli hekayə»ni misal gətirir.
Onun da mənası budur ki, «Allah çoxlu aspektə malikdir və hərə onu bir cür görür» «Dörd nəfər kor filə yaxınlaşır. Biri ayağına əl gəzdirir və deyir: «Fil dirəyə bənzəyir». İkincisi xortuma əl gəzdirir və deyir: «Fil dəyənəyə bənzəyir». Üçüncüsü «Fil çəlləyə bənzəyir». Dördüncüsü, filin qulaqlarına əl gəzdirir və deyir: «Fil böyük zənbilə bənzəyir». Mübahisəyə başlayırlar və heç biri fili görmür. Hamı üçün o müxtəlifdir. Əslində isə fil dörd nəfərin «gördüyü» bütün cəhətləri birləşdirir. Ramakrişna, Ramaçarağa və digər Yoqa müəllimləri digər təlimlərə dözməyi və onlara düşmən münasibəti bəsləməməyi məsləhət görürlər. Yuxarıda göstərdiyimiz ibrətamiz hekayədə belə bir həqiqət ifadə olunur ki, Allah vahiddir, lakin çoxlu aspektlərə malikdir. Müxtəlif xalqlar allaha müxtəlif adlar verir və müxtəlif formalarda təqdim edirlər. Allah adlıdır və həmçinin adsızdır. Onun adı və forması var, eyni zamanda onun nə adı var, nə də forması var. Budur, Yoqa təliminin fəlsəfəsi və praktikası.
İndi isə Qədim Hindistanın ortodoksal olmayan fəlsəfə məktəbləri haqqında söhbətimizi davam etdirək. Onlardan biri b. er. əv. VI əsrdə yaranmış caynizm fəlsəfi məktəbidir. Bu məktəb «müdriklər» təliminin inkişafı nəticəsində əmələ gəlmişdir. caynizmin əfsanəvi banisi cina (sanskritdə– qalib) təxəllüsü olan Mahavira Vardhavana olmuşdur. cina və onun ardıcılları haqqında əhvalatlar kanonik, caynist ədəbiyyatını (siddahanta) təşkil etmişdir. caynizmə görə cina 5 həqiqəti təbliğ etmişdir: adam öldürmək, yalan danışmaq, oğurluq etməmək, dünyəvi şeylərə bağlanmamaq, bakirliyini, saxlamaq (rahiblər üçün).
Ümumiyyətlə, caynist fəlsəfəsinin əsas məzmunu onun etikası, yəni insanın ehtiraslardan azad olması təlimidir.
Bilik geniş mənada başa düşülür. O, mənəvi müəllimlər tərəfindən verilir. Bilik təkcə müəllimə qulaqasma deyil, həm də düzgün əxlaq, davranış və hərəkət tərzidir, caynizm etikası asketizm etikasıdır.
caynizm kimi,buddizm fəlsəfəsi də qeyri– ortodoksal məktəblərə aiddir. O, b.er.əv. VII– VI əsrlərdə meydana gəlmişdir. Buddizmdə əsas yeri dörd müqəddəs həqiqət göstərişi tutur: «yaşamaq əzab çəkməkdir», «əzabların səbəbi arzulardır», «əzablardan xilas olmaq üçün arzulardan çəkinmək lazımdır», «arzulardan çəkinməyin çarəsi Buddanın təliminə riayət edilməsidir». Bu təlim hər bir buddisti öz mövcudluğunun başlıca məqsədinə– Nirvanaya çatdıra bilər, yəni həyata bağlılıqdan tamamilə ayrılıb, ilahi ilə qovuşub əbədi səadətə nail ola və mütləq sakitlik vəziyyətinə düşə bilər.
Gündəlik həyatla əlaqədar nə varsa o buddizmdə iztirab hesab olunur. İztirab varlığın qanunudur.
Buddizmdə fəlsəfi– nəzəri və mifoloji planda münasibətdə də spesifiklik özünü göstərir. Abstrakt– nəzəri və mifopoetik təfəkkür arasındakı fərqi görən buddist filosoflar da mifopoetik təfəkkürün vacibliyini inkar etməmişlər. Elə buna görə də buddist fəlsəfəsinin və psixologiyasının nəzəri ideya və konsepsiyaları mifoloji məzmunla zənginləşdirilmişdir. Digər tərəfdən, mifologiyanın bir sıra xüsusiyyətləri bəzi nəzəri müddəaların simvolik təsvirində köməkçi rolunu oynamağa əsas vermişdir. Buddizmdə ümumi dəyişkənlik haqqında, ruhun mövcudluğunun inkarı haqqında fikirlər fəlsəfi cəhətdən maraqlıdır. Bizim eranın əvvəllərində hazırlanmış buddizm kitablarından olan «Dxammanada»da maraqlı fəlsəfi fikirlərə rast gəlmək mümkündür.
Tədqiqatçıların əksəriyyətinin fikrincə, dünyada ilk fəlsəfi abidə hind Upanişadları olmuşdur. Sual oluna bilər, nəyə görə dünya fəlsəfəsinin tarixini hind fəlsəfəsindən başlamaq lazımdır? Hər şeydən əvvəl, ona görə ki, Hindistan ən qədim mədəniyyət ölkəsidir. İkincisi, məsələ budur ki, Hindistan mədəniyyəti sırf, tipik Şərq mədəniyyətidir. Üçüncüsü, qədim dövrlərdə yalnız hinduslar müstəqil, ardıcıl fəlsəfə ilə məşğul olmuşlar.
Qədim Hindistan bərabərsizlik, qulçuluq, kasta sisteminin hökm sürdüyü cəmiyyət olmuşdur. Aşağı kastadan olanlar ən murdar heyvandan belə aşağı səviyyədə qəbul edilmişdir. İnsanın taleyi onun hansı kastada doğulmasından asılı olmuşdur. Lakin quldarlıq və bərabərsizlik ölkəsində eşidilməyən bir şey elan edilir: «hər şey birdir. Bütün varlıqlar Yeganənin təzahürüdür».
Hər şey birdir– bu, fəlsəfədə ilk söz idi ki, bəşəriyyətə onun birliyi, vahidliyi, azadlığı elan olunurdu. Bu ümumbirliyin elan edilməsi ideyası insaniyyətçiliyin başlanğıcı idi. Hər bir insan hətta allahın köməyi olmadan hər şey edə bilər. Qeyd etmək lazımdır ki, heç bir fəlsəfə Qərb dünyasına Hind fəlsəfəsi qədər təsir göstərməmişdir. Bu, təkcə ekzotika deyil, insanın yaşaması üçün müalicə reseptidir. Təsadüfi deyildir ki, çox vaxt görkəmli alim və yazıçılar hind xalqını filosof xalq adlandırmışdır.

Комментариев нет:
Отправить комментарий