23.05.2011

“Riqveda”, “Avesta” və Azərbaycan


Emil Quliyev     Azərbaycan Müəllimlər İnstitutu

Azərbaycan  zəngin  tarixə  malik  olan  qədim  ölkədir. Arxeoloji, etnoqrafik  toponim  və s. Tədqiqatlar  bunu  sübut  edir. Azərbaycan  qədim  dövrdən  indiyə  kimi  Şərqdən  Qərbə  gedən  yolun  üstündə  yerləşir. Bu  baxımdan  Azərbaycan  inancının  əsası  olan  “Avesta”  ilə  hind  riqvedalarının  tədqiqi  çox  maraqlıdır. Hər  iki  abidənin  ta  qədimdən  XIX  əsrə  qədər  Azərbaycan – Hindistan  əlaqələrinin  dərin  qatlarını  aşkarlandırır.
“Riqveda” “Avesta”  əlaqələrini  müqayisə  etdikcə  adama  belə  fikirləşir  ki, hər  iki  abidənin  kökündə  duran  od  kultunun  üç  min  ildən  artıq  yaşı  vardır, hindlilər  və  azərbaycanlılar  qədimdən  oda  sitayiş  etmişlər.
1925-ci  ildə  Suraxanıda  olmuş  Hindistan  alimi  Modi  yazırdı  ki, 300 il  bundan  əvvəl  tikilmiş   Suraxanı  məbədində  olarkən  belə  yəqin  etdim  ki, bu  qədim  İran  tikintisi  deyil, əksinə, atəşpərəs   induslar  tərəfindən  tikilmişdir.
Bir  rus  hindoloqu  “Avesta”  ilə  “Riqveda”ların  oxşarlığı  haqqında  bildirirdi ki, “Riqveda”lar  dil  cəhətcə  Avesta  ilə  çox  yaxındır.
Hər  iki  abidə də  nəyin ki  miflərin, hətta  adların  da  genetik  oxşarlığı  vardır. Avestadakı  “Hotar”  vedalardakı  “Zootlar” hər  iki  abidə  də  dua  oxuyanlardır. Vedalrdakı  Əhriman  Xeyir  allahı  Avestada  Şər  allahıdır.
1924-cü  ildə  Fituni  Şamaxı  rayonu  ərazisində  müxtəlif  dövrlərə  aid  daşlar, işarə  və  damğalar  aşkar  etmişdir. Bakıda  Qız  qalasında, karvansaralarda  da  belə  belə  işarələr  aşkar  edilmişdir. Bəzi  tarixçilər  bunların  dini  mərasimlərlə  əlaqəsi  olduğunu  iddia  edir,  bəziləri  isə  qobustanın  ilk  sakinlərinin  iqtisadi  həyatı  ilə  əlaqəli  olduğunu. Amma  bir  sıra  araşdırmalar  bu  fikiri  rədd  edir. İşarə  damğa  hesab  edilən bu  abidələr, əslində  hərflərdir. Hindistanda  və  Orxon – Yenisey  yazılarında  belə  əlifba  var. Bu  əlifbalar  Hindistandan  tutmuş  Orta  Asiyaya  qədər, o cümlədən  qədim  Aərbaycan  ərazilərində  işlənən  çox  qədim  əlifbalardır.

Комментариев нет:

Отправить комментарий