20.05.2011

TƏRTƏRDƏ ATTESTAT DAVASI

          Tərtər sakinləri attestat üçün onlardan 300 manat tələb edildiyini bildirirlər



Orta məktəblərdə dərslərin qurtarmasına sayılı günlər qalıb. Və hər il məhz bu vaxt Azərbaycanın müxtəlif bölgələrində orta məktəblərdəki korrupsiya fırıldağından danışılır. Bir neçə gün bundan əvvəl Bakının Sabunçu rayonu 215 saylı məktəbindəki korrupsiya fırıldağı ilə bağlı məsələ gündəmə gəldi. Və qeyd edək ki, bu məsələ hələ də öz həllini tapmayıb. Şikayətçi valideyn Cəsur Sümərinli şagirdlərdən təmir adı ilə yığılan 5-7 manat pulun qaytarılmadığı bildirir. Təhsil İdarəsinin apardığı yoxlamalardan sonra pulların qaytarılacağını bildirsə də və dolayısıyla korrupsiyanın varlığını təsdiqləsə də, məktəbin direktoru heç bir puls öhbətinin olmadığı bildirir.
Bu gün isə FaktXeber.com-un "Qaynar Xətt"inə başqa bir orta məktəbdəki korrupsiya fırıldağı ilə bağlı şikayət məktubu daxil olub. Tərtər rayonundan daxil olan məktubda deyilir:
"Salam hörmətli redaksiya. Xahiş edirəm ki, bir problemimizin həllində bizə yardim edəsiniz. Bizim problem budur ki, Tərtər rayonunun cəbhəyanı kəndi olan Qapanlının 95 saylı məktəbinin direktoru Əliyeva Fitat Həsınalı qızı məktəbi bitirən məzunlara ATTESTAT vermək üçün hər bir məzundan 300 AZN miqdarında pul istəyir. Biz kənd sakinləri sizdən xahiş edirik ki, bu məsələnin həllində bizə köməklik edəsiniz. Əvvəlcədən təşəkkürlər."
Təhsil naziri hörmətli Misir Mərdanov isə hələ də bu faktlara dözür.

Комментариев нет:

Отправить комментарий