17.05.2011

ZİYAFƏT ƏSGƏROV QƏRBİ SƏRT TƏNQİD ETDİ

"Beynəlxalq aləmdə kişilik qalmayıb"


FaktXeber.com. "Bu gün qərb deyəndə, jandarma başa düşülür. Bunlar beynəlxalq siyasəti, beynəlxalq hüququ öz əllərinə alıblar, necə istəyirlər, elə də tətbiq edirlər". Bunu Milli Məclisin iclasında çıxışında vitse-spiker Ziyafət Əsgərov deyib.

Avropa Parlamentinin qəbul etdiyi son qətnaməyə sərt şəkildə etiraz edən Z. Əsgərov bunu ikili standart və arxadan vurulan zərbə adlandırıb: “Onların devizi budur: güc bizdədir, resurs bizdədir. Biz necə istəyirik, elə də olmalıdır. İstəsəniz də budur, istəməsəniz də. Ədalət, bərabərlik, təhlükəsizlik məsələləri gələndə isə deyirlər ki, bunu biz özümüz həll eləməliyik. Onda sual olunur, yaxşı onda bizi ora niyə dəvət eləmisiniz? Qaz lazım olanda, neft lazım olanda qaçırlar Azərbaycan prezidentinin üstünə, Azərbaycanda iki-üç cinayətkar tutulan kimi o saat QHT-lərlə işləyirlər. Axı bu da Azərbaycanın işidir. Gəlin Azərbaycanla həll edin. Əgər problem varsa, biz oranın üzvüyüksə, bunu bir yerdə həll eləməliyik. İkili standart nəyə lazımdır?"

Vitse-spiker deyib ki, bu gün "Nabucco" layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycana çox ciddi təzyiqlər var: "Bundan istifadə edib, Azərbaycandan əlavə güzəştlər qoparmaq istəyirlər. Qopara bilmədikdə, insan hüquqları, demokratiya adı altında Azərbaycana təzyiqlər edilirsə, bu, kişilikdən deyil. Onsuz da beynəlxalq aləmdə kişilik qalmayıb. Buna baxmayaraq, bizim öz standartlarımız var".

Комментариев нет:

Отправить комментарий