18.06.2011

Bəxti yar olmayan ustad


 
Onun üç kitabını oxumuşam.
Birincisi “Yunus Oğuza məktublar” adlanan türk tarixinin ən qədim dövrlərinə işıq salan dərin bir araşdırma, ikincisi Yunus Oğuzla birgə yazdığı “Türkün gizli tarixi” adlı dəyərli tədqiqat əsəridir.
“Türkün gizli tarixi”ni və üçüncü oxuduğum kitabı olan “Sakların tarixi, dili və ədəbiyyatı” adlı kitabını Elman Cəfərli hədiyyə etmişdi.
Sevərək, öyrənərək oxudum hər üç əsəri.
Tədqiqatlarının davamını gözlədim.
Bu yaxınlarda kuluar.az-da sevindirici bir xəbər oxudum.
“Qanun” nəşrlər evində müəllifin “Qafqaz albanlarının dili və ədəbiyyatı” adlı kitabı nəşr olunub.
Kitabı hələ əldə etməmiş, daha bir acınacaqlı xəbər eşitdim.
Bəxtiyar Tuncayla həyat bizi hələ üzbəüz gətirməyib.
Xatırlayıram, illər öncə “Xural” qəzetində onun bir yazısına münasibət bildirmişdim.
Universitetdə bizə dərs deyən qalstuklu tarixçilərə bənzətmişdim onu.
Çox sonralar öyrəndim çətin maddi durumda yaşamasını.
Amma kuluar.az-da dəyərli alimin avtomobil dayanacağında gözətçi işinə düzəlməsini oxuyanda çox sarsıldım.
Hər hansı bir işdə işləmək eyib deyil.
Amma dəyərli bir alimin, tarixşünaslığımıza yeni töhfələr verə biləcək bir alimin gözətçi işləməsi ədalətsizlikdir axı.
Onu da öyrəndim ki, Bəxtiyar Tuncayın “Azərbaycan imperatorluqları” kitabı maddi çətinlik üzündən çap oluna bilmir.
Sabah 20 yanvardır.
Televiziyalarda gənclərin bu faciə haqqında bilgiləri olmaması ilə bağlı kadrlar göstərir. Gənclik 1990-cı il 20 yanvar hadisələrindən xəbərsizmiş.
Günah gənclikdədirmi?
Yoxsa, alimin avtomobil dayanacağında gözətçi işləməyə məcbur olduğu ədalətsizlikdəmi?                                                                                 
                                                                                                                            http://dilgamahmad.com


Bəxiyar Tuncayın kitabları:




Комментариев нет:

Отправить комментарий