05.06.2011

Əli Kərimi necə məhv etdilər


Ədəbiyyat tariximizdən acı ştrixlər


 2007-ci ilin mart ayında Elçin Səlcuqun dövrü mətbuatda sensasion təsir yaratmış bir məqaləsi dərc olundu. Məqalədə Kələntər Kələntərlinin həmin günlərdə işıq üzü görmüş Əli Kərimlə bağlı xatirələr kitabından bəhs edilir. Kələntər müəllimin xatirələrində sağlığında Əli Kərimə paxıllıq edənlər, onu işdən uzaqlaşdırmaqda, səfil həyata sürükləməkdə maraqlı olanlar konkret faktlarda öz boylarını və kimliklərini göstərirlər. Əli Kərim şeirinin çəkisi altında bir çoxlarının dizləri bükülü idi. Şairin şeirləri ilə yanaşı “Pillələr” romanının çap olunması və müəllifinə gətirdiyi böyük öxucu rəğbəti bədxahların yuxusuna haram qatır. Dahi şairin istedadından rahatsız olanların əməli fəaliyyətə keçdiyi mərhələdə qabağa verilən ilk adam akakdemik Bəkir Nəbiyev oldu. İndi də ədəbi tənqidin generalsimusu sayılan Bəkir Nəbiyev bu ərəfədə “Kommunist” qəzetində romanı “yerli-yeksan” edən yazı dərc etdirir. Bir müddətdən sonra “Azərbaycan” jurnalına baş redaktor təyin edilən Cəlal Məmmədov bu jurnalda poeziya şöbəsinin müdiri işləyən Əli Kərimlə birgə işləmək istəmədiyini ona bildirir. Bundan sonra heç yerdə Əli Kərimə iş verilmir.
 “Ədəbiyyat və incəsənət” qəzetinin 1964-cü ilin 31 oktyabr tarixli sayında Süleyman Rüstəm və Nəbi Xəzrinin şərikli yazdqları “Qayğı və tələbkarlıq” məqaləsində Əli Kərim yenidən hədəf seçilir. Onu “parodiyaçı” adlandırırlar.
 İşsizlik şairin əsəblərini tarıma çəkir. Onunla Moskvada bir yerdə oxuyan “Ulduz” jurnalının baş redaktoru Cabir Novruz da Əli Kərimin bu jurnalda işləməsinin əleyhinə çıxır. Mehdi Hüseynin öz kabinetində bağrını çatladan, Məmməd Rahim, Süleyman Rəhimov və Mirzə İbrahimov üçlüyündən sonuncunun Azərbaycan Yazıçılar İttifaqına sədr seçilməsindən sonra bu təşkilatda, onun jurnal və qəzetlərində Əli Kərimə iş tapılmır ki, tapılmıır. Azərbaycan Sovet Ensklopediyasının baş redaktoru Rəsul Rza da şarin müraciətinə baxmayaraq ona iş vermir.
 Həmin hadisələrdən sonra Əli Kərim şirin çaxıra aludə olur…
 Ölümündən sonra Əli Kərim böyüklüyü qarşısında mədhiyyələr deməyin bir qara qəpiklik də qiyməti yoxdur.

                                                                                                “Alatoran” jurnalı

Комментариев нет:

Отправить комментарий