əvvəl baxışlarım, sonra əllərim toxunur qəfil başlayan yay yağışına.
nəyəsə təəssüf edirmiş kimi yırğalanır ağacın budaqları. küsməyi
olur ağacların da. son dəfə qüssəli gördüm meyvə ağaclarını ata mülkündə.

kədərə yoluxanlar bilirlər üzdə təbəssümün nə olduğunu, həsrətə
yoluxanlar uzun-uzun yolların-yolçuluğun. atıb gedə bilmədim
doğulduğum məmləkəti vətəndir deyə. indi qızım yaşayır qəribliyi
əvəzimdə, mənsə ayrılıqları. və hələ də alışa bilmirəm məkanlara-
ayrılıq havası zümzümə edən: “yola düşür.qarşılayın.yubanır və sairə”.

inanın, hər şey ötəridi sürətlə ötüb keçən qatarlar, limana bir daha
dönməyən gəmilər kimi: heç nə və heç kəs təkrar olunmur-
yox olur səmada
nöqtə şəklində gözdən itən təyyarələrtək.inanın həm də ömrün
o biri üzünün var olduğuna, inanın gözəl rəsm əsərləritək bütün
cinayətlərin də həyatın mənasızlığından doğulduğuna.
mən artıq inanmışam
sevgiyə, həsrətə, sevincə, kədərə- bütün faniliklərə,
yəni həyata yoluxandan;
sanki bütün yolları geri dönmək üçün gedər adamlar. keçilən yollar var
bir də geriyə qayıtmaq olmur, elə bil uzanan kəndirdi həmən dartıb yığarlar.

250 km yol qət etdim ata yurduna, yay yağışına. ilk dəfə sevmədim yay yağışını, ilk dəfə darıxdım ata mülkündə.sahibsiz bağın ağacları meyvə gətirməz, hüzn aşılayar yay yağışları.
dəyişər libasın yay yağışları geriyə dönər, yerdən göyə yağışlar yağar.
bir də qayıdaram ata yurduna, bir də qayıtmaram yay yağışına.

… – 07.09.2010.
inam, aldanış və hər an intihar
gözləri monitorda, əlləri gorüşür çənəsi altda. sıxılan barmaqlar
arasında itir məsafə, boğulur sonsuzluq. görüşən əllər yeni
məkan forması, masa üzərindəki proyeksiyası-kölgə;
bütün təsvirlər təhrif olunmuş şəklidi həqiqətin.
o,içində dünyanın-kölgə qismində,
dünya onun içində-yanlış modeli gerçəkliyin.
oxuyur müxtəlif ünvanlı bir sətirlik məktubları:

demək sən də belə; sən də unutdun məni,dost.
demək sən də belə; sən də atdın məni ,dost.
demək sən də belə; sən də aldatdın məni,dost.
demək sənsə beləymişsən; unutmadın, atmadın, aldatmadın.

məktub yazmaq zəiflik əlamətidi hardasa- keçir ağlından,
sıxır klavişin düyməsini: delete.
inanma, aldanma, utanma- babasi tez-tez nəsihət verərdi ona.
inandı, aldandı, utandı.
vədlər aldatmaq, inamlar aldanmaq üçündü-düşünür indi.

biri vardı körpə vaxtı zibil yeşiyindən tapmışdılar. azca mərhəmət
göstərsəydilər ya uşaq evinin, ya da heç olmasa polis şöbəsinin qarşısına
atılardı.atıldı, unudulmadı, unutmadı. böyüyüb tapdı anasını, tapa bilmədi
atasını. uzun sivri burnu, sərt sifəti vardı, üzü gülməzdi. atdı anasını
qocalar evinə, çıxdı itirdiyi sevgilərin əvəzin.
atdılar, atıldılar. sevgi gəzərkən sevgi itirdilər-unutmadılar.

o isə səddam hüseynin oğluyam səddam hüseynin- söyləyib şəstlə,
az adamı bəyənər, yeni hökumət yaratmaq istər, şeir yazar, havalı-havalı gəzərdi.
gəzdi, gəzdi, yorulub bitdi nəşriyyatın qabağında üzündə təbəssüm. pul alanda adamdan rəngi qızarır, sonra öz-özunə nəsə danışır. keçmişi yaxşı xatırlayır,
indiki zaman yoxdu onunçun sanki. bir də çoxları üçün əsl təsəlli yeridi,
əksəriyyət baxıb ona ağıllı hesab edər özünü.bir dəfə maşının güzgüsündən
gözünü silən görmüşdü onu-ağlayırdı deyəsən. atdılar,unutmadılar.

yaraşıqlı, boy-buxunlu idi birisi.
bütün fədakarlıqlar qorxaqlıqdan doğur- deyə yaşadı ürəyi istəyən kimi.
istəyəndə sevər,istəyəndə atar unudardı. atdı,atıldı,unutdu,unuduldu.
azıb bütün yolları dönür- yollar yorğunu,sən hara üz almısan,zalım.atan atılır,
unudan unudulur, aldadan aldadılır. atmadın, unutmadın, aldatmadın,
illərlə xəstə yatdın, sevgi tutdu səni. o, sənə dönür indi yollar yorğunu,
sən hara üz almısan, qadın:
unutmadın , aldatmadın, atdın deyəsən.

qırılır xatirələr…
gözləri monitorda,əlləri çənəsi altda,
bir zaman kəsiyidi,bir fəza cismi.
çoxdu,çoxluqdu-boş çoxluq:
nə gözü var, nə ürəyi-
itir düşüncəsi- yox olur artıq,
dəyişir məkan-zaman forması.
aldatdılar,atdılar, unutdular.
gözləri monitorda,əlləri çənəsi altda,
bir zaman kəsiyidi,bir fəza cismi.
çoxdu,çoxluqdu-boş çoxluq:
nə gözü var, nə ürəyi-
itir düşüncəsi- yox olur artıq,
dəyişir məkan-zaman forması.
aldatdılar,atdılar, unutdular.
biri atıb, biri atılib gəlir
biri unudub,biri unudulub gəlir
biri aldadıb,biri aldanıb gəlir
biri dik,biri əyilib gəlir -
gəlir hamı gəlir,gəlir hər an gəlir,
gəlir,sənə gəlir kölgə şəklində;
aldatmadın
atmadın
unutmadın.
biri unudub,biri unudulub gəlir
biri aldadıb,biri aldanıb gəlir
biri dik,biri əyilib gəlir -
gəlir hamı gəlir,gəlir hər an gəlir,
gəlir,sənə gəlir kölgə şəklində;
aldatmadın
atmadın
unutmadın.
ali_shirin@mail.ru
Комментариев нет:
Отправить комментарий