Hafiz Mirzə
Professional Oxucu Liqası
İnsanlıq yaranışından inkişaf edən və kamilləşən həyat yaşayır. Bunun nəticəsi olaraq dünya, Yer həyatı daha da gözəlləşir, təmizlənir, aliləşir. Mövcudluğunun böyük və uzun yol boyu bəşəriyyət dil, incəsənət, ədəbiyyat, memarlıq, musiqi, elm, texnika yaratdı, özünü və ətraf mühiti, digər canlıları, hətta kosmosu öyrənməyə, kompüter, mobil rabitə, kosmik gəmi yaratmağa qadir oldu. Amma suyun və torpağın altını, kainatı belə öyrənə bilən insanın ən az öyrəndiyi elə özü imiş. Xarüqələr yarada bilən insan çox vaxt özü üçün nəyin daha düzgün, daha doğru, faydalı və ya ziyanlı olduğunu tam dərk edə, dərk etdiyi halda belə ona tam əməl edə, hər cür rəqibləri ram etsə də özü- özünə qalib gələ bilmir. Məsələn, hətta ibadətkar olan insan da zinaya meyillənir, alim hesab olunan şəxslər də öz orqanizminə ziyanlı olan spirtli içkilərdən və siqaretdən istifadə edir! Bunlara nəzərən bəzən insanlığın inkişaf yox tənəzzül etdiyini, irəliyə deyil, geriyə getdiyini də düşünmək olar. Başqasının həyatını bitirmək, günahlar etmək, spirtli içki, narkotika istifadə eləmək, əxlaqsızlıq və digər onlarca mənəvi-psixoloji və fiziki yanlışlıqlar, səhvlər, qəbahətlər, ziyanlar sadalamaq mümkündür. Bunların arasında siqaret çəkilməsi insanlığın pis vərdiş, qəbahət və böyük günahları sırasında xüsusilə qeyd olunur. Çünki siqaret çəkməklə insan öz orqanizminə ciddi ziyan vurur, həyatını qısaldır, xəstəliklərə səbəb olur, eyni zamanda ətrafındakılara, hətta öz doğmalarına da ciddi zərər vurmuş olur. Bu adi qəbahət hesab oluna bilərmi?
Tütündən istifadənin nə az, nə çox, üç min il tarixi var. Lakin bu heç də insanlığın tütün tüstüsündən məşğuliyyət və ya əyləncə olaraq siqaret kimi istifadə etməsinin tarixini göstərmir. Tütündən qədim insanlar daha çox qulaq, baş və diş ağrısı zamanı müalicə kimi istifadə etmişlər. Qədim hindu qəbilələri tütünü onlar üçün Allahın hədiyyəsi olaraq qəbul edirdilər. Şamanlar tütün yandıraraq onun tüstüsünü havaya püskürür və bununla da Allahdan rəhm diləyirdilər. Onlar daha yaxşı tüstüləsin deyə tütündən yaş halda istifadə edir və onu “Tabaccos” alandırırdılar. Hinduların ən qədim türk tayfaları olmasını yaddaşımızın bir guşəsində təzələyək! Amerikanın coğrafi xəritəsinə diqqətlə baxsaq türkcə mənalar ifadə edən çox toponimlərə rast gələrik. “Tabaccos” sözü “Tanrı” (Allah) sözünün ilkin forması ilə müəyyən yaxınlıq ifadə edir.
Tütünün tərkibindəki nikotin insan orqanizmində ciddi dəyişiklik törədərək ona uyuşdurucu təsir göstərir və bu qeyri-adi halın özü Tanrı ilə əlaqə kimi başa düşülürdü. Çox güman ki, məhz bu hal sonradan kütləvi tələbat və digər vaxtlarda da istifadəyə ehtiyac yaratmışdır. 1492-ci ildə, İspan donanmasının admiralı Xristofor Kolumb Hindistan əvəzinə Amerikanı kəşf edərkən hindu tayfaları ona bu bitkinin yarpaqlarını hədiyyə etmişdilər. Tütün yarpağını (tabakı) yandıraraq sümürən, yəni ilk istifadə edən avropalı Kolumbun gəmilərindən birinin kapitanı Rodriqo de Heres idi. Tabakı Avropaya ilk gətirən də Kolumb olmuşdur. Lakin Avropada ona müalicəvi bitki kimi baxırdılar. 1560-cı ildə Fransanın Portuqaliyadakı səfiri Jan Niko miqrenə (baş-beyin spazmasına) qarşı dərman olaraq onu kraliça Yekaterina Mediçiyə göndərmişdi. Tabak fransalı kraliçaya elə xoş təsir bağışladı ki, sonradan onun aludəçisinə çevrildi. Və Nikonun şərəfinə tabakı “Nikotina” adlandırmağa başladırlar. Avropada ilk siqaret alidəçisi olaraq bir qadının və kraliçanın tanınması sonralar çox güman ki, elə bu səbədən ona qarşı diqqət və rəğbət formalaşdırmışdır.Avropada qadınlar tütünə elə aludə oldular ki, bu onların şərabı kimi tanınmağa başlandı. Hətta tabak çəkilməsi mərasimləri də yaradıldı ki, buraya dəvət və iştirak hər zadəgana nəsib olmurdu. İlk siqarın əslində 1540-cı ildə yarandığı ehtimal edilir. Bu bir qədər kobud və yoğun formada burulmuş tütün yarpağı idi. Onu bir ucundan yandırılaraq digər ucunu sümürərək, burulmuş yarpaqların arasından çəkilən tüstünü ciyərlərə çəkir, bu zaman nikotin qana və qan vasitəsilə beyin mərkəzlərinə gedir, bədənin normal funksiyası pozulurdu. Bu pozulma başın dumanlanması kimi və uyuşdurucu təsir göstərirdi. Sonralar tütün yarpaqları daha nazik burularaq papirus kağızlarına büküldü və ona papiros da deyildi. Daha sonralar isə bunun bir qədər kiçik forması istehsal edildi və fransızcadan “siqaret” (“kiçik siqar”) adlandı. Amma Şərqdə tütünü heç nəyə bükmədən, tütün yarpaqlarını xüsusi qaydada qurudub, yoğurub tənbəki halında eşərək və xüsusi vasitələrlə çəkmişlər. Həmin vasitələr isə sonradan müştüyün və qəlyanın yaranmasına səbəb olmuşdur. Tütün Avropaya əsasən Amerikadan gətirilsə də Amerikanın özündə ona münasibət birmənalı olmamış, hələ ilk kaloniyalar yarandığı dövrdə belə onun göz önündə, küçədə istifadə edilməsinə qarşı müxtəlif qadağalar qoyulmuşdur.1761-ci ildə artıq təbabət burun xərçənginin əsasən tütündən burunotu kimi istifadəyə aludəçiliyindən yarandığını etiraf elədi. 1795-ci ildə isə dodaqların xərçəngə tutulmasının səbəbi kimi də tütünün boru halında bükülərək və sümürülərək çəkilməsindən yaranması sübut olundu. Bunlara baxmayaraq sonralar insanlıq bu zəhərli və zərərli məşğuliyyətdən çəkinmədi, hətta tütün insan həyatına daha çox daxil olmağa başladı. Amerikanın özündə və Fransada, İtaliyada tütünün satışı və inhisara alınmasına qarşı üsyanlar, inqilablar baş verdi. Tütün əkini isə daha da sürətləndi və genişləndi. Lakin onun əl ilə istehsalı tələbatı tam ödəmir və baha başa gəlirdi. Nəhayət 1860-cı ildə Amerikada siqaretin sənaye üsulu ilə istehsalına başlandı. Xüsusi yaradılmış dəzgahlar işi həm sürətləndirdi, həm də daha az insan əməyi sərf olundu. Bu zaman siqaret ucuz başa gəldiyi üçün ondan istifadə kütləviləşdi. Dünyanın ilk siqaret şirkətləri sırasında Böyük Britaniyanın “Philip Morris” şirkəti daha möhtəşəm idi. Ancaq ilk siqaret markasını 1886-cı ildə Amerikanın “JB Duke” şirkəti yaratdı və məhz qadınlar üçün olan bu siqaret “Cameo” (“parlaq” mənasını daşıyır) adlandırıldı. Qadınların istifadə etdiyi hər bir şey xüsusi diqqət, cilalanma və gözəllik tələb etdiyinə görə siqaret də öz formasını mükəmməlləşdirməli idi. 1924-cü ildə “Philip Morris”in istehsal etdiyi “Marlboro” siqareti də qadınlar üçün nəzərdə tutulmuşdu . Bu isə Londonda fabrikin yerləşdiyi küçənin adını ifadə edirdi. Müasir tipli siqaretlər əsasən 1913-cü ildən etibarən buraxılmağa başlandı və hər qutusuna 20 ədəd qoyulmaqla ilk dəfə “Camel” (“Dəvə”) siqareti istehsal edildi. Siqaretdən istifadədə daha böyük kütləvilik I Dünya müharibəsindən sonra yarandı. Əskərlərə başını qal etmək, yemək yubanarkən aclığını gizlətmək və ya soyuqda qorumaq üçün siqaret daha münasib hesab olunmuşdu. Siqaret artıq əskərin rasionuna daxil edilmişdi. I Dünya Müharibəsi zamanı siqaret çəkməyən əskər tapılmazdı. Müharibədən sonra evə dönən bu insanlar bu vərdişi də özləri ilə mülki həyata gətirdilər və həm siqaretə aludəçilik, həm də ona tələbat daha da yüksəldi. Ağ ciyər xəstəlikləri, xüsusən də onun xərçəngi məhz bu tarixdən sonra artdı. Siqareti tamamilə ləğv etmək, insanları bu bəladan xilas etmək inqilablara, kütləvi psixoz hallarına səbəb ola bilər deyə onu qəti qadağan etməyə heç bir hakimiyyət hünər eləmədi. Buna görə də siqaretə qarşı mübarizənin, ondan yayınmanın və onun zərərinin, zəhərinin azaldılmasının elmi-nəzəri yolları önə verildi. Bu məqsədlə də 1936-cı ildə ilk filtirli siqaret yarandı. Onun adını “Viceroy” qoydular. Filtir siqaretin ağızla təmas hissəsində yerləşdirilən xüsusi lifli tərkib idi. Sümürülən tüstü onu keçərək ağız boşluğuna daxil olurdu. Filtir tütünün zəhərinin yarısını udur, orqanizmə keçməsinin qarşısını alırdı. 1952-ci ildə “Kent” adlı asbest filtirli siqaret buraxıldı. Lakin bu cür filtirlərin istehsalı kütləviləşmədi. Hazırda filtrin içərisi pambığı xatırladan sintetik lifli maddədən ibarətdir. İndi siqaretlər heç də tamam tütündən ibarət deyil. Hətta dəniz və okean otlarından da siqaretlər hazırlanır. Bu zaman quru otlara azacıq tütün qalıqları qatmaqla kifayətlənirlər. İstifadəçi daha çox aludə olsun və daha çox istifadə etsin (alsın) deyə doğranmış tütünə əlavə kimyəvi maddələr də qatır və onu əsil siqaret halından çıxardırlar. Əsil tütünün tərkibində təkcə nikotin və meneksidkarben olduğu halda müasir siqaretlərin tərkibində bir çox maddələr var. Siqaret çox böyük biznes məmulatı sayılır deyə dünya onun əleyhinə açıq mübarizədən hələ də çəkinir. Lakin daha əvvəlki on illiklərdə olduğu kimi siqaret qəzet, jurnal, kitab və televiziyada açıq reklam edilmir. Lakin siqaretin əleyhinə də qəti tədbirlər görülmür. Halbuki, ağ ciyər xərçənginin yaranmasına 87% məhz siqaretdən istifadə səbəb olur. Bəzən siqaretdən istifadə etməyən şəxsin bu kimi xəstəliklərə tutulması da əslində onun nə vaxtsa passiv siqaret istifadəçisi olması ilə əlaqələnir. Belə ki, aftobusda, restoranda, idarədə, müəssisədə iş və ya əyləncə zamanı siqaret çəkənlərin havaya üfürdüyü tüstü ətrafda olan siqaret çəkməyənlərə daha pis təsir edir, orqanizminə daha güclü zərər vurur. Siqaretə aludə olanlarda buna qarşı qismən immunited yaransa da, istifadə etməyən şəxsin orqanizmi bu tüstünün- bu zəhərin qarşısında tamam müdafiəsizdir. Buna görə də elələrini “passiv istifadəçi” adlandırırlar. Belələrinin xərçəngə tutulması tam təbiidir. Siqaretin tüstüsünün tərkibində 4560 zəhərli və 60-dan çox birbaşa xərçəng törədən maddələr aşkarlanıb.Bunlar isə əslində beyinin fəaliyyətini, hafizəsini zəiflədir, sıradan çıxardır. Çox səhv olaraq siqaretin guya ki, düşünməyə kömək etdiyi, əsəbləri sakitləşdirdiyi, hətta yazarlara ilham verdiyi barədə fikirlər yayılmışdır. Əslində siqaret beynin fəaliyyətini zəiflətdiyi üçün də məhz daha çox alimə və yazara ziyan vurur. Bu kimi zərərli təbliğat siqaretin əleyhinə açıq mübarizənin təzəcə başladığı ötən əsrin əvvəllərinə aiddir. Buna görə də bir qisim alim, şair və yazıçı ötən əsrin əvvəllərində siqaretə daha çox aludə olmuşdu. Bu isə özlərindən sonra gələn nəslə də pis örnək deməkdir. Xatırladaq ki, böyük Azərbaycan şairi Səməd Vurğun və dramaturq Cəfər Cabbarlı papirosa aludə olmaları səbəbindən xərçəngə tutulmuş, Cəfər Cabbarlı hətta siqaret tüstüsündən birbaşa zəhərlənərək ölmüşdür. Hazırda dünyada siqaretə qarşı mübarizə kəskinləşməkdədir. Bir sıra ölkələrin parlamentləri ictimai yerlərdə, müəssisə və təşkilatlarda siqaret çəkilməsini qəti qadağan etmiş, buna görə cərimələr müəyyən eləmişdir. Daha sivil bələdiyyələr büsbütün parkları, bağları, şəhərləri siqaretdən istifadəyə qadağan etmişlər. Hətta filmlərdə siqaret çəkilməsi, bunun nümayişi də qadağan edilməkdədir. Siqaretdən istifadəyə aludəçiliyi, bu pis vərdişi tərgitməkdən ötrü onlarca dərman düzəldilmiş, üsullar formalaşdırılmışdır. Lakin iradəsinin zəif olduğu şəxslərə heç bir dərman pereparatı tam müsbət təsir göstərə bilmir. Siqareti tərgitmək üçün ən qüdrətli dərman insanın öz iradəsidir Əczaşılıq zənayesi tütndən yalnız müalicə məqsədləri üçün müxtəlif dərmanlar hazırlamaqda istifadə edir. Narkotik vasitələrin əksəriyyəti də məhz müalicə məqsədilə yaradılmışdır. Lakin xəstə olmayan insanın bu kimi dərmanlara aludə olması nə qədər normal vəziyyətdir? Ən başlıcası isə, siqaretdən istifadənin həm də bir günah əməli olması vurğulanmalıdır. Hər bir pis əməldən uzaqlaşmaqdan ötrü əxlaqi keyfiyyətlərin güclənməsi nə qədər əhəmiyyətlidirsə, siqaret çəkmə vərdişindən xilas olmaq üçün də iradə möhkəmliyi bir o qədər mühümdür. İnsan öz orqanizmini özü yaratmadığı üçün Allahın bu yaratdığına ziyan vurmaq haqqı da yoxdur. Bu özünə qəsd, intihar və qətl kimi də dəyərləndirilə bilər. Və deməli, siqaret çəkilməsi həm də bir günahdır! Bir xalq mahnısında deyildiyi kimi: “Papirosum yana-yana, od düşür şirin cana!” Papiros yanaraq insan üçün ən şirin olan canına od –zəhər, ziyan, zərbə salır. Bədən Allahın insana verdiyi əmanətdir. İnsan onu sağlam qəbul etdiyi kimi, sonunda əmanət sahibinə də saf, təmiz və sağlam qaytarmağa borcludur.
Комментариев нет:
Отправить комментарий