23.06.2011

Qiyam günü

Sima Ənnağı 
Professional Oxucu Liqası

Mel Gibsonu növbəti dəfə rasizmdə günahlandırdılar. Maya dilinin yukatek dialektində çəkilmiş yeni filmdə Amerikanın yerli tayfalarının nümayəndələri - qeyri-peşəkar aktyorlar oynayırlar. Bu film Gibsonu cəmiyyətin qınaq hədəfinə çevirmişdir.  Rejissor işğalçı-konkisdatorlar (dəniz quldurları) tərəfindən məhv edilmiş əzəmətli sivilizasiya haqqında nəcib mifi bir an içində darmadağın etmişdir.
Ümumiyyətlə, son zamanlar  rejissor və aktyor Mel Gibsonun “Apokalipsis” filminə aid olan hər yazıda Gibsonun başına gələnlər  daim xatırlanır. Məsələn, Rolling Stone jurnalının məqaləsində  “Sərxoş Gibsonun antisemit fikirlərini müzakirə etmək əvəzinə, gəlin, onun yeni filmindən danışaq” – cümləsi var.  Britaniyanın Total Film  jurnalındakı yazıda “Apokalipsisin”  çəkiliş briqadasının gündəlik işindən bəhs edilməklə yanaşı, Gibsonun iyul ayında çıxardığı hoqqalardan da danışılır, hətta kinayəli irad var: “Yəqin, rejissor filmin promo-kompaniyasında iştirak edə bilməyəcək, çünki o, anonim alkoqoliklərin gündəlik iclaslarında iştirak etməyə göndərilmişdir”.
Sədaqətli ər, yeddi uşq atası, köhnə katolik, tamaşaçıların sevimlisi, ciddi rejissor Mel Gibson Peris Hilton səviyyəli bir insana çevrilmişdir. Məlumdur ki, Peris axmaq hərəkətləri və sözləri ilə daim qalmaqal yaratmaqdadır. Dünya sanki iki düşərgəyə ayrılıb – Gibsonun tərəfini saxlayanlar və ona qarşı çıxanlar. Gibsona qarşı cıxanlar tələb edir ki, onunla hər bir işgüzar əlaqələrə son qoyulsun, filmləri boykot edilsin. Digərləri isə “Mel Gibsona azadlıq” sözləri yazılmış köynəklər geyib gəzir. Tekila həvəskarı haqqında zarafatlar daim dillərdədir, məsələn, komik aktyor Rob Şnayder deyib ki, Gibson ona “İsa Məsih iztirabları” filmində baş rol təklif etsə də, Gibsonla işləməkdən imtina edər. Öz karyerası ərzində Gibson seksual azlıqları təhqir etmiş, Vatikanla dava salmış,  dünyanın bütün müharibələrində yəhudiləri günahlandırmışdır. İndi də zavallı mayalara növbə çatıb.  Müqəddəs mifləri, “Popol-Vuh” qədim kitabı oxuyan, ispanların tarixi sənədlərini öyrənən Gibson mayaların  amansız insan ovçuları olduğu qənaətinə gəlmiş və öz filmində bu işğalçıların, quldarların, Şimali Amerika tayfalarını qırmış qaniçən bütpərəstlərin zalım obrazını yaratmışdır. Gibsonun bu fikirləri rəsmi məlumatlardan fərqlənmir. Tarixdən bilirik ki,  maya hinduları insan qurbanları kəsmiş, adam əti yemişlər.
“Bir tərəfdən, maya hinduları savadlı olmuş, digər tərəfdən isə tam vəhşi olmuşlar”, - Gibson belə deyir.  Möhtəşəm imperiyalar  zəbt edilmiş xalqların sümükləri üzərində qurulur, piramidaların pillələrindın qan su kimi axır, qurban kəsilmiş qulların başları diyirlənib düşür... Rejissordan başqa nə gözləmək olardı. Onun əvvəlki üç layihəsi zorakılıq mövzusuna aid idi. “Sifətsiz adam” (1993) filmində eybəcərləşdirilmiş müəllim,  “Qoçaq ürək” Oskar mükafatlı filmində (1995) şotlandiyaların müstəqillik uğrunda mübarizəsi, “İsa Məsihin iztirabları” (2004)  İsanın əziyyətləri.
Yeni filmdə  maya hindularının amansız muzdlu qatilləri  müdafiəsiz qurbanlarının qətlini damarlarda qanı donduran oyuna çevirirlər.
Gibson əmindir: insan təbiətən qəddardır. Biri üçün vəhşiliyin təzahürü həyatda sag qalmağın yeganə yoludur, digəri üçün isə həzzdir, kefdir.  Sivilizasiya, təhsil, hakimiyyət maya hindularını vəhşiləşdirmişdi – onlar  qurban kəsdikləri insanların ürəklərini köksündən qopardır, kütləvi şəkildə başlarını kəsirdilər.  Bununla onlar özlərini məhv edirdilər.  Mədəniyyətin tənəzzülü, özü də çiçəklənən, lakin içindən çürüyən mədəniyyətin süqutu rejissorların diqqətini həmişə cəkib. Odur ki, Gibson bu mövzuda təzə adam deyil, Frensis Ford Koppolanın “Apokalipsis bu gün” (1979) filmindəki zorakılıqdan vəhşıləşmiş əsgərləri xatırlamaq kifayətdir. Gibson Koppolanın filmi ilə oxşarlıqdan qaçmaq məqsədilə Koppoladan fərqli olaraq, öz filmində kütləvi kinotamaşaçının başa düşdüyü məişət dilində danışır.
“Apoklipsis” – ilk növbədə əyləncəli filmdir. 18 yaşlı tələbələr bu filmə baxmağa gələndə, nəfəskəsici qaçdı-qovdunun şahidi olurlar”, - Gibson deyir.  Həqiqətən, filmin yarısı cəngəlliklərdəki  qanlı qovhaqovdur: qəddar mayalar hindu Yaquarı tutmağa çalışırlar. Burda qanlı döyüş səhnələri, hiyləgər tələlər, epik görüntülər, güclü drayv var. Hər rejissor qeyri-peşəkar aktyorlar dəstəsinin öhdəsindən gələ bilərmi? İstedadlı və əməksevər Gibson bunu bacarıb. “Apokalipsis” -  ustalıqla çəkilmiş macəra filmidir, qəhrəmanların danışdığı ölü dil isə məzhəkədən başqa bir şey deyil. Gibson məna dərinliklərinə varmır, onun demək istədiyi səthdə, göz önündədir. İstedadı aşıb-daşanlar üçün Gibson filmdə belə bir başlanğıc titri verir: “Əzəmətli sivilizasiyaları xaricdən dağıtmaq olmur, onlar özləri özünü içdən dağıdır”. Aydındır ki, heç kim kulturoloji paralellər axtarmayacaq. Axı ekranda görünən alicənab qəhrəman sevgilisini ölümdən xilas etmək istəyir, hiyləgərcəsinə və çox gözəl şəkildə zalım əclafların öhdəsindən gəlir.

Комментариев нет:

Отправить комментарий