24.06.2011

“Kitayski” taksi xarab oldu


Bu günlərdə paytaxta gətirilən və təntənəli surətdə açılışı edilən taksilərdə artıq problemlər özünü bəlli edib. Məlum olduğu kimi, bu taksilərin aparıcı istehsalçısı olan “Marganese Bronze Holdings PLC” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, ilkin olaraq Bakıya bənövşəyi rəngli həmin avtomobillərdən 100 ədədi gətirilib.
Paytaxt sakinlərinin marağına səbəb olan taksilər hazırda şəhərin müxtəlif yerlərində müəyyən edilmiş dayanacaqlarda dayanırlar. Ancaq bu gün qarşılaşdığımız mənzərə bizi lap çaş-baş qoydu. “Park Bulvar” ticarət mərkəzinin qarşısında bir neçə taksinin evakuatrla aparıldığına şahid olduq. Nə baş verdiyini dəqiqləşdirmək üçün sürücülərə yaxınlaşsaq da, cavab verən olmadı. Bu vaxt əraziyə özünü çatdıran yeni taksilərə nəzarət edən xidmətin əməkdaşını sorğu suala tutduq. Nəzarətçi cavab verməkdən nə qədər qaçsa da, bu, baş tutmadı. Nəzarətçinin dediyinə görə, taksilər servisə aparılır: ‘Əslində bir neçə gündür heç bir problem yaranmadan işləyirdi. Ancaq dünəndən yaranan nasazlıq bu gün avtomobillərin tamamilə sıradan çıxmsına gətirib çıxarıb. İndi aparırıq görək necə olacaq’.
Nəzarətçinin danışmasını fürsət bilən sürücülərdə deyəsən ürəklərini boşaltmağa qərarlı idilər. Onlar avtomobillərdə tez-tez problem yaranmasından şikayətləndilər: ‘Doğrudur avtomobil digərlərindən görünüşünə görə fərqlidir. Bizə bu taksiləri təqdim edəndə London avtomobilləri kimi bilirdik. Ancaq deyəsən bu lap “kitayski” avtomobil imiş. Heç 10 gün deyil istifadə edirik’
Qeyd edək ki, avtomobillər adıçəkilən şirkətlə Çinin avtomobil istehsalçısı “Geely Automobile Holdings Limited”in birgə müəssisəsi olan “Shanghai LTI” şirkəti istehsal edib. Sonuncu Çində fəaliyyət göstərir. Bildirilir ki, ilin sonunadək Azərbaycana 1000-ə yaxın taksinin gətiriləcəyi gözlənilir. Ümumilikdə hökumət yaxın illərdə Bakıya 3 minə yaxın yeni taksi gətirmək niyyətindədir. Sifarişin ümumi dəyərinin 27 milyon manat olduğu deyilir. Əgər yeni gətirilən avtomobillərində aqibəti bu cür olsa bu digər sahələrdə olduğu kimi nəqliyyatda da milyonların batması deməkdir.
musavat.com

Комментариев нет:

Отправить комментарий