"Qanun" nəşriyyatında çap olunmuş bu kitab gənc yazarın oxucularla ilk görüşüdür.
“Mən necə Polat Alemdar oldum” – Türkiyədə və dünyada məşhur olan “Kurtlar Vadisi” serialının təsiri ilə Azərbaycanın kiçik bir məhəlləsində yaşayan uşaqların oynadıqları məzəli oyundan bəhs edir. Burada serialla oyun arasında vəhdət yaranır, bir növ real həyatla, virtual həyatın sintezi baş verir. Povest qəhrəmanları oynadıqları oyunla cəmiyyətin, xalqın problemlərini həll edəcəklərini zənn edirlər. Bu, saf düşüncə isə “Kurtlar Vadisi” serialının onların qəlbində yaratdıqları vətən sevgisindən doğan hissdir. Ancaq hələ yolun başlanğıcında olan, gerçəkləri görməkdə acizlik çəkən bu uşaqlar yaşadıqları mühitin reallıqlarından çox uzaqdadırlar. Buna görə də onların düşüncələri digərləri üçün gülünc və maraqsız görünür.
Əsərdə Azərbaycan insanının kütləvi şəkildə serial aludəçisinə çevrilməsi, həyatlarını serial qəhrəmanları kimi yaşamaları öz əksini tapmışdır.
Комментариев нет:
Отправить комментарий