Ramal Hüseynov: “İnsanın həyata baxışı mütaliədən, oxuduğu kitablardan da çox aslıdı”
Əməkdaşımız Tural Balabəyli Xəzər TV-nin baş redaktoru, “Həyata baxış” verilişinin aparıcısı Ramal Hüseynovdan müsahibə alıb
-Ramal Hüseynovu oxuculara necə təqdim edək? Sizcə sizi tanıyanlar çoxdu, yoxsa tanımayanlar?
-Həftədə bir dəfə 90 qəqiləlik canlı yayımda oluram. O düzdü ki bəzi əyləncəli verlişlərin aparıcları, sosial və ictimai verlişlərin aparacılarından çox tanınırlar. Bu baxımdan düşünürəm ki, məni tanımayanlar tanıyanlardan çoxdu.
-Siz “Aramızda qalsın” serialında Kənan obrazını canlandırmısınız. Bu obraz necə deyərlər bir “babnik” obrazıdı. Amma buna baxmıyaraq öhdəsindən uğurla gəldiyiniz bu rol qızlar tərəfindən sevilir. Sizcə buna səbəb nədir?
-Əksər qızların “babnik” oğlanlardan xoşu gəlir. Onlar bəzən həyatda görmək istəmədikləri kişi obrazlarını öz xəyallarında canlandırırlar. Bir şeyi də qeyd edim ki, “babnik” oğlanlara və kişilərə meyil edən xanımlar zaman ötdükcə peşman olurlar.
-“Aramızda qalsın” serialından söhbət düşmüşkən, bu serialın Türkiyədən yayımlanan “Çocuklar duymasın” serialının bənzəri olduğunu söyləyirlər. Hətta Türkiyədən bu məsələ ilə bağlı iradların gəldiyi da bir müddət gündəmə oldu. Bu bənzərlik doğurdanmı varmı?
-Dünyanın hər yerində telviziya layihələri icra olunur. Bu məlum məsələdi ki, layihələrdə bənzərliklər olur. Düzdü, ofis baxımından və obrazlar baxımından bu seriallarda bənzərlik var. Sosial şəbəkə olan “facebook”da 10-na yaxın siyahı yazmışdım Türkiyədə yayımlan serialların digər xarici ölkələrədən götürülməsi ilə bağlı. Bir şeyi də unutmamış söyləyim ki, yeni mövsümdə “Aramızda qalsın” serialında mən- “babnik” Kənan obrazı olmayacaq. Buna səbəb yeni layihələr üzərində işlələməyimdi. Daha yeni layihələrlə tamaşaçıların görüşünə gələcəyik.
-Ramal Hüseynovun həyat baxışı?
-Hər bir insanın həyata baxışı fərqlidi, ailəsindən aldığı tərbiyəyə və cəmiyyətdəki mövqeyinə görə. Bir də belə düşünürəm ki, insanın həyata baxışı mütaliədən, oxuduğu kitablardan da çox aslıdı. Deyim ki, kitablar mənim bir nömrəli dostlarımdı.
-Kimləri oxuyursuz?
- Ən çox Türkiyə ədəbiyyatına üstünlük verirəm. Orxan Pamuk, Ali Şafak və.s. Amma buna baxmayaraq Qan Turalı, Günel Mövlud, Seymur Baycan, Aqşin Yenisey, Cəlil Cavanşir və.s imzalarla da tanışlığım var, onları və digər yazarlarımızın da əsərlərini oxuyuram.
-İndiki dövürdə kitaba maraq çox azdı. Siz bunun səbəbini nədə görürsünüz?
-Görünür yazarlarımız özlərini yetərincə təbliğ etmirlər və buna görə də oxucularda kitablara marağ azalıb. Orxan Pamuk zamanında öz adını tanıda bildi, yaxşı təbliğ olunaraq imzasını brend etdi. İndi Orxan Pamukun kitabları dünyada rekord tirajla satılır.
-Sevda Soltanovanın “kulis.az” saytında sizin verlişiniz haqqında yazdığı “Ramalın “Həyata baxış”ı - ARAŞDIRMA ” yazısı sizin reklamınız kimi xarektizə olundu. Bu yazı doğrudanmı sifarişli yazı idi?
-Tam səmimi deyirəm, Sevda xanımı tanımıram. Onu da söyləyim ki, dediyiniz araşdırma yazıdan xəbərim də yox idi. Bir dostum “facebook”da mənə linki atmışdı. Mənim reklama ehtiyacım yoxdu. Həftədə bir dəfə 90 dəqiqəlik canlı yayımda maraqlı mövzularla tamaşaçıların qarşısına çıxıram. Heç kimin cürət etmədiyi müasir düşüncələrini özgürcəsinə söyləyən gənc yazarları öz verlişimə dəvət edərək onların təbliği ilə məşğul oluram.
- Deyiləsi o qədər sözlər var ki... Nəyi soruşdunuz ona da cavab verdim. Təşəkkürümü bildirirəm, düşünürəm ki cavablarımın səmimiliyinə oxucularınızın şübhəsi olmayacaq.
Tural Balabəyli
Комментариев нет:
Отправить комментарий