Ancaq bizdə oxuyun!
Sofiya Sadıqlı Azərbaycan şor-biznesi haqqında
Sofya Sadıqlı
Sofiya Sadıqlı Azərbaycan şor-biznesi haqqında
Bizdə el məsəli var, deyərlər, “səsin gəlsin”. Day deməzlər ki, səsin hardan gəlsin. Biri dostunu, tanışını gec görəndə belə deyər. Əsas səsin gəlməyidir, hardan gəlməyi elə də önəmli deyil. Amma bu hamı üçün belə deyil. Məsələn artıq Afrikada da tanınan şouxanamızın üzvləri hesab edirlər ki, səsin nə qədər böyük turnelərdən, böyük adamların toyundan, böyük səhnələrdən gəlsə coblərin o qədər böyüyür. Əgər yadınızdadırsa, illər səhnəmizin süzgün baxışlı, qrimli, botokslu, hindiski Nazpərisi özünü Rusiyadakı Kreml sarayında konsert verən ilk azərbaycanlı müğənni kimi təqdim edəndə ara qarışdı, məzhəb itdi, it ayranı götürüb qaçdı. Bəlli oldu ki, Nazpəri bu sarayda ilk konsert verən azərbaycanlı deyil, üstəlik hər yerdə olduğu kimi bu sarayda da “puluna minnət” prinsipi əsasdır. O zaman Nazpəri xanımın hay-həşirinə heç yer yox idi. Amma bu hay-küy də laızmdır, yoxsa deyərlər ki “filankəsin səsi elə batıb ki elə bil başı batıb”.
Dedim axı indi bizim pişiyimizin səsi Türkiyədəki beynəlxalq musiqi müsabiqəsindən gələcək. Dünya bizi Pişik Günelin timsalında tanıyacaq. Gör nə gündəsən, Niyaməddin, Novruzəli, Fatmanisə?
Bundan sonra “səsin gəlsin” müraciəti “təki pişiyin miyovuldasın”la dəyişəcək.
Aygünün Afrika imici
Dedim axı biz bütün dünyada güclü əzələmiz və gücsüz səsimizlə, nənəm demiş tumançaqlarımızla təmsil olunuruq. Hətta yaxınlarda Afrikada keçrilən bir realiti-şouda şouxanamızın Aygün, Pişik Günel kimi “ulduzları” ölkəmizi “yüksək səviyyədə” təmsil etdilər. Afrikadan geri dönən Aygün həmən uzun şinyonunu başından atıb, türk abimiz demiş, doğal halinə döndü. Yəni illərdir şinyonla gəzən Aygün gerçək halında ortaya çıxanda bunu yeni imici kimi qələmə versə də əslində bu belə deyil. Saçları yanmış şouxanım illərdir saxta saç taxmaları-şinyonlrla özünü tamaşaçıya saçı uzun suray xanım kimi sırışdırsa da deyəsən, sonda özü də bezdi bu sırışdırmadan.
Amma artıq bütün üsullardan yararlanan Aygünün bu “keçəlbaş” imici də işə yaramadı. Bugünkü tamaşaçı 10 il qabqakı deyil axı. 10 il qabaqkı tamaşaçı Aygünün iri əndamına taxdığı dar şalvardan da coşurdu və yaxınlarına bu barədə dəfələrlə danışırdı. Bu gün küçələrdə o qədər pərtdəmə şalvarlı, döşü-başı çöldə aygünlər var ki, artıq boşluq dolub. İndi tamaşaçı əsl musiqi, sənət əsəri istəyir, çılpa bədən yox. Bax bu çox zor durumdur.
Amma nə olur-olsun bizim tamaşaçının söz-söhbətə, dedi-qoduya, şayiəyə meyli heç vaxt azalmayacaq. Odur ki, Aygün bu dəfə artıq getdikcə bənzədiyi Rəqsanəylə üz-üzə gəldi. Sadəcə Aygün Rəqsanənin qızının ad gününə qonaq kimi deyil, reklam üçün qonararla gəldiyini dedi. Vəsaalam. Başı söz götürməyən, məsum Rəqsanə bu çirkablı atmacadan necə qızışıd, elə bil barıt çəlləyinə qığılcım düşdü. Allah göstərməsin, Rəqsanənin qızışmasını da görmüsünüz də, Yotube saytında. Gördüz də bu qız qızanda gözü polis-molis görmür. Gördüz də Rəqsanə Azərbaycan vətəndaşının asayişini qoruyan polisi təpiyinin altına salıb, necə ayaqladı. Hələ şanlı polislərimizin əmək fəaliyyətinə “dürlü-dürlü” sözlərlə necə qiymət verdi. Qız açdı gül ağzını, dür saçdı, allah saxlamasın. Elə zatən Aygünə də pis cavab vermədi. Roşa dedi ki, Aygünü pullu dostlarım gətirmişdi qızımın məclisinə. Bu da day bəs oldu da Aygünə. İndi Şampanyella necə dillənməsin. Yeri gəlmişkən, Şampanyella deyəndə gözümün qabağına göbələk gəlir. Getdikcə şişmanlaşıb göbələyə dönən Aygün Kazımova da çıxdı dedi ki, bəs Rəqsanənin mənə 25 manat borcu var, indiki belə pullu dostları var gəlib mənim borcumu qaytarsın. Rəqsanə də axı öyrənməyib borc qaytarmağa. Yazıq qız o qədər təvözökardır ki, elə bilir pulu alırlar amma qaytarmırlar. Bunun hamısı Roşanın ürəyinin təmizliyinin göstəricisidir. Zavallı Roşa...
Get, get, sən o Röya deyilsən...
Bilirsiz də, Röyanın da zayı çıxdı. O günlərdə canlı yayımda ayaqqabısını ayağından çıxarıb dabanını göstərib. Yazıq neyləsin, day hər yerini göstərmişdi, bircə dabanı qalmışdı. İndiki gördü göstərməyə yeri qalmayıb, əl atdı dabanına. Amma bu Röyanın dabanıdır, Axilles dabanı deyil. Amma belə uzalşdıranda görürsən ki, Axilleslə Röyanı bir-birinə bağlayan ortaq məxrəc elə dabandır. Belə ki, Axillesin ən zəif yeri dabanı idi. Röyanın da ən zəif yeri onun dostlarıdır. Elə Röya dabanını dostları ilə müqayisə üçün göstərirdi də. Deyirdi ki, Zamiq, Sevda, Samir heç mənim dabanım da deyillər. Gördüz də daban da birləşdirən dəyər ola bilərmiş.
Amma Samir Cavadzadə bu daban olayından yaman qızışdı. Yazığın onsuz da “Evrovision”dan sonra elə də bir iş-gücü yox idi. Yaxşı ki, başını qatmağa iş tapdı. Samir də qalxıb dedi ki, Röyanın uşaqlığı faciəli keçdiyindən o dostluq da çox yarasızdır. Amma bu da maraqlı fikirdir. Röya bir dəfə zibil qablarından çörək axtardığını demişdi və Samir də bütün tamaşaçılar kimi bunu eşitmişdi. İndi də eşitdiyini Röyanın başına qaxınc edir. Bax ha hiss olunur ki, Samir əsl “kişidir”.
“Sən ağlama!..”
Gördüz də, şouxana ulduzlarını ağlatmaq üzrə Nobel mükafatçısı Nanə Ağamalıyeva Faiq Ağayevi necə zır-zır ağlatdı. Ağlatdı, özü də Faiq ağladıqca Nanə ona həvəslə elə baxırdı ki, sanki deyirdi “get, Faiq adamın anasını belə ağladarlar”.
O gün də Sevda Yəhyayevanı ağlatdı Nanə. Ümumiyyətlə, belə baxanda Nanə yaxşı edir. Bunlar çox yuxardan gedirlər, bunları elə zır-zır ağladıb xalqın qisasını almaq gərəkdir. Qoy ağlasınlar, qoy ağladıqca üzlərinin qirimi tökülsün, camaat bunların əsl simasını görsünlər. Söz yox, bu ağlaşma səhnəsi digər ağlaşmabaşı İlham Mirzəyevin heç ürəyincə deyil, amma neyləyək, həyatdır da. Əslində ağlaşma janrını ilk dəfə telekanallara camaat arasında “falçı İlham” kimi tanınan İlham Mirzəyev gətirib. O, hələ televziyaya gəlməmiş, bu janrı falına baxdırmağa gələn fatmanisələrin üstündə uğurla sınaqdan keçirmişdi. Artıq mərsiyə, ağlaşma kimi ciddi üslubda özünü sınayan İlham “Etiraf”larında tamaşaçıları zar-zar ağladırdı. Məsəl var axı; öyrənmişə nə tövbə...
Amma öz aramızdır, Nanə daldan gəlsə də gec gəldi amma güc gəldi və İlahmı telekanallarımızın şah taxtından mərsiyə taxtından düşürüb, özü çıxdı o taxt-taca. Özü də İlham kimi gəldi ağladırdı. Dedim axı “kişi” falçılıqdan gəlib da. Amma Nanə seçib, harda bərkgedən var onun anasını ağladıb buraxır. Mən təklif edirəm ki, Nanəyə təcili xalq artisti adı verilsin. Əslində Nanə bootoksları, dartılmış dərisi, süzülmüş gözləri, gelli, silkonlu əndamı ilə çoxdan xalq artisti adına layiq idi. Amma biz qədirbilən xalq deyilik axı.
Комментариев нет:
Отправить комментарий