15.08.2011

Çax-çax baş ağrıdacaq

Faiq Balabəyli


ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ, deyiblər. Bu sözün müəllifi ulularımızdan hansıdırsa, hələ əhd eləməyib, BİRİNİ DƏ ÜSTƏLİK əlavəsi ilə fikrini, deyimini qətiləşdirib. Bu atalar sözü, eynən ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR deyiminə bənzərdi. Görünür BAŞINA GƏLƏN BAŞMAQÇI OLAR deyimi burada təsdiqini tapır. Yuxarıdakı hər iki müdrik kəlamın müəllifləri, çox güman ki, hansısa haqsızlıqların şahidi olublar. Yoxsa elə əhli – kef babalarımız kimi:- BEŞ GÜNLÜK DÜNYADI , YEYİB-İÇİB KEF ELƏ – deyərdilər. Hər-halda ulularımız dedikləri sözləri qərarsız deməyiblər. Konkret hadisəylə, başa gəldi ilə uzlaşdıra biliblər. Zaman keçir,ay dolanır, illər bir-birini əvəz eləyir,hər şey köhnəlir, bu deyimlər isə, necə deyərlər, aktuallığını itirmir. O olaylar ki, o zamanlar baş vermişdi, elə bu günlərdə də elə hallara təsadüf olunur.
ÇƏKİŞMƏSƏN BƏRKİŞMƏZSƏN deyimidə ibrətamiz bir məsəldi. Amma bəzən çəkişənlərimizin bərkiməyinin şahidi olmuruq. UCUNU GÖTÜRÜB UCUZLUĞA GEDƏN-lər yetərincədir. Bəzən də QALIRSAN İKİ DAŞIN ARASINDA, ifadəyə görə atalarımızın əvəzinə üzr istəyirəm, YUXARI TÜPÜRÜRSƏN BIĞ, AŞAĞI TÜPÜRÜRSƏN SAQQAL. Dartış ,ha dartış, haqqını tələb edəndə də KEÇİ QALIR ÇAYIN OTASINDA.
İTDİ, ATDI, ARVADDI, BUNLARA ETİBAR YOXDUR – deyən ağsaqqal isə görünür hər addım başı etibarsızlıqlarla üz-üzə gəlib. Yoxsa BAŞINI AT TƏPMƏYİB ki, yalını verdiyi iti, dalına mindiyi atı, telini hördüyü, əzizlədiyi arvada qataydı. Özünü də, atı, iti, arvadı da ALƏM DƏ XAR EDƏYDİ. Daha ağıllı atalardan da birisi bəlkədə özünü xar eləyən kişiyə cavab olaraq deyib: İTLƏ YOL DAŞLIQ ELƏ, ÇOMAĞI ƏLDƏN QOYMA. Başqa bir müdrükümüz isə bu fikri daha da konkretləşdirib:- ATIN PİSDİ SAT , QONŞUN PİSDİ KÖÇ, DİŞİN AĞRIYIR ÇƏK QURTAR.
SU AXAR, ÇUXURU TAPAR deymini hər kəs deyibsə, vallah yandığından deyib. YANIB, TÜSTÜSÜ İÇİNDƏ QALAN yazıq iki bədxahın əlbir olub, ətrafdakılara:- ÖZÜMƏ YER EYLƏRƏM, GÖR SƏNƏ NƏ EYLƏRƏM “toy tutmasından” sonra, başını bulayaraq, YERSİZ GƏLDİ, YERLİ QAÇ xəbərdarlığını verməsi isə çox vaxt DALDAN ATILAN DAŞIN TOPUĞA DƏYMƏSİ kimi bir şey.
ƏLİNİN PAPAĞINI VƏLİNİN BAŞIMA, VƏLİNİN PAPAĞINI ƏLİNİN BAŞINA QOYANlarımız çarəsizlik məngənəsində sıxılanlardı. HARDA AŞ, ORDA BAŞ OLANlar isə YANAN BARMAĞA… SU TÖKMƏK əvəzinə ODUN ÜSTÜNƏ NÖYÜT TÖKÜB, YANAN OCAĞA ÇIRPI ATIRLAR. Gördükləri işi yarımçıq saxlamamaq üçün. ƏLDƏN QALAN ƏLLİ İL QALAR- deyənlərimizə, tənbəl atalarımız, GECƏNİN XEYRİNDƏN SABAHIN ŞƏRİ YAXŞIDI deyib, VER YEYİM, ÖRT YATIM deyiminə üsyünlük versələrdə çox vaxt AYAQLARINI YORĞANLARINA GÖRƏ UZATMAYIBLAR.
Atalarımız hər şeyin qiymətini dəqiq verib. Bizlərə onların deyimlərindən nəticə çıxartmaq qalır. Yoxsa yazıq kişilərin dediyi kimi DƏYİRMAN ÖZ İŞİNDƏ OLACAQ, ÇAX-ÇAX İSƏ BAŞ AĞRIDACAQ.

Комментариев нет:

Отправить комментарий