Arzu Abdulla
Düz 30 yaşımda su çiçəyi olmuşdum,
Yaralar həm çox, həm də dərin idi,
Üzü qaysaq bağladıqca lap dərinə gedirdi,
Həkim “gecikmisən” dedi
Yaralar ona görə çox və dərin imiş
Yaralar gecikdiyi üçün sağalmırmış...
Haylı-küylü kafedə bütün yerlər dolmuşdu,
Cüt oturacaqlarda həyat adlı filmi birgə izləyirdilər
Kənardan boylandım, içəri buraxmadılar,
Küləkli, şaxtalı havada həyətdəki skamyanı göstərdilər-
“yerlər tutulub, gecikmisən” dedilər
...Skmayanın üstündəki sahibsiz çətiri acı rüzgar parçalamışdı...
Sonu çox da uzaqda olmayan
bomboz yoldakı qəfil rastlaşdığım çiçəklərə bayıldım
Qalxdıqca çətinləşən yolu da tək çıxdım
Aşağıda, dərədə üzən balıqları tutmaq üçün əyilmədim,
Yuxardakı balıqlar da havasızlıqdan çoxdan ölmüşdü
Mənə ölü balıqlar verdilər -“sən gəlincə öldülər” dedilər
Çox gecikdi gəlişin...
...Durna qatarından geridə qalan qanadı sınıq quş kimi...
Sınıq, tək, həsrətli...
...Təklik yadlıqdır, təklik soyuqluqdur...
hamısı birlikdə yalquzaqlıqdır
Sən gec gəldin ömrümə...
Soyuq, tək-tənha yalquzaq ömrümə...
...Sən gecikmisən...

Комментариев нет:
Отправить комментарий