17.08.2011

Gülər Əhmədova ABŞ-da mükafata layiq görüldü


Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova ABŞ-ın “Millətləri Birləşdirən Uşaqlar” təşkilatının prezidenti xanım Dafna Edvards Ziman tərəfindən mükafatlandırılıb

 AAGT-ın üzvləri Elçin Abdullayev, Rövşən Muradov və Azərbaycanın BMT-də gənc səfiri Rza Əliyevin Kaliforniyaya işgüzar səfəri çərçivəsində “Millətləri Birləşdirən Uşaqlar” təşkilatının prezidenti xanım Dafna Edvards Ziman ilə görüşüblər. Görüşün əsas məqsədi Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı və Respublika Uşaq Təşkilatı ilə “Millətləri Birləşdirən Uşaqlar” təşkilatının gələcək əməkdaşlığını müzakirə etmək olub. Nümayəndə heyəti bu yaxınlarda ABŞ Konqresi tərəfindən başladılan “Uşaq alverinə son” kampaniyasına dəstək barədə fikir mübadiləsi aparmış, “Millətləri Birləşdirən Uşaqlar” təşkilatı və Respublika Uşaq Təşkilatı arasında potensial əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Xanım Dafna Edvards Ziman AAGT üzvləri tərəfindən Azərbaycana dəvət olunmuşdur.
 Rövşən Muradov Respublika Uşaq Təşkilatının sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Gülər Əhmədovanın Azərbaycanda insan alveri ilə bağlı maarifləndirmə işinin artırılması üçün “Millətləri Birləşdirən Uşaqlar” təşkilatı ilə əməkdaşlıqda maraqlı olduğunu xanım Dafna Zimanın diqqətinə çatdırmışdır. O, həmçinin “Millətləri Birləşdirən Uşaqlar” təşkilatının prezidenti xanım Dafna Edvards Zimanın Azərbaycana planlaşdırılan səfəri zamanı Respublika Uşaq Təşkilatının sədri Gülər xanım Əhmədova ilə görüşünün detallarını da razılaşdırmışdır. Bu səfər zamanı Respublika Uşaq Təşkilatı Bakıda uşaq alverinə qarşı mübarizə üzrə seminar da təşkil etmək niyyətindədir. Xanım Gülər Əhmədova uşaq alveri məsələlərində göstərdiyi xidmətlərə görə “Millətləri Birləşdirən Uşaqlar” təşkilatının sədri xanım Dafna Ziman tərəfindən mükafata layiq görülmüşdür.
 Xanım Dafna Ziman bildirmişdir ki, “Millətləri Birləşdirən Uşaqlar” təşkilatının kampaniyasına və dünyada, o cümlədən Amerika Birləşmiş Ştatlarında uşaq alveri sahəsində maarifləndirmə işinin artırılmasına yaxından kömək etmiş AAGT kimi təşkilatın üzvləri ilə də tanış olmaqdan məmnundur. AAGT-ə və onun üzvlərinə öz minnətdarlığını bildirən xanım Dafna Ziman “Uşaq alverinə son” kampaniyasında göstədikləri dəstəyə və xidmətlərə görə gənclərə sertifikatlar təqdim etmişdir. Dafna Ziman Rza Əliyev və Rövşən Muradova “Millətləri Birləşdirən Uşaqlar”ın xüsusi nümayəndəsi rəsmi statusunu təqdim etmiş və Elçin Abdullayevə hər il təşkil edilən Uşaq Alveri Konfransnın təşkilat komitəsinə üzv olmağı təklif etmişdir. Xanım Dafna Ziman vurğulayıb ki, AAGT nümayəndələri ilə gələcəkdə də əməkdaşlıq etmək arzusundadır.

merkez.az

Комментариев нет:

Отправить комментарий