14.08.2011

Tehran-Bakı münasibətinin buludlu səması – Təhlil

Əfşar Süleymani
İranın Azərbaycandakı keçmiş səfiri



“Azərbaycan prezidenti ancaq 9 milyon Azərbaycan Respublikası vətəndaşlarının prezidenti olsun” 
Avqust ayının 9-da İranın bəzi xəbər agentliklərinin səhifələrində İran generalının Azərbaycan haqqında sözləri gözə çarpdı onun dediklərində həssas olan sözlər bunlar idi:

- Bəzi müsəlman və qonşu ölkələr dostluq prinsiplərini görmürlər və sionistlərin əllərini öz ölkələrində açıq qoyurlar və fərman verirlər ki, allahın hökmlərinə müsəlman xalqının arasında qadağa qoyulsun.
- Ümid edirəm ki, cənab İlham Əliyev onun dövlətinin əsaslarından hesab olunan məsələlərə diqqət göstərsin, yoxsa əks təqdirdə onun aqibəti qara olacaq.
- Aran xalqının oyanışına basqın etmək olmaz . Bir dəfədə keçmişdə xəbərdarlıq etmişdim ki ,Aran xalqının damarlarında İran qanı cərəyan edir və onların qəlbləri islam və Qurani-Kərim eşqi ilə və Həzrəti Əli ahəngi ilə çırpınır.

Xatırlatmaq istəyirəm ki , Firuzabadi keçən dəfə o sözləri 2 il öncə İsrailin prezidenti Şimon Perezin Azərbaycana səfəri zamanı demişdi. Amma o zaman Bakı bu dəfəki kimi reaksiya göstərməmişdi. Xarici işlər naziri sadəcə demişdi ki, Firuzabadinin dedikləri məsələ doğuran sözlərdir və onun dövləti o sözləri qəbul etmir.

Firuzabadinin bu sözləri isə Azərbaycanda gedən son olaylarla bağlı ola bilər . Yəni orta məktəblərə hicablı qızların getməsinə icazə verilməməsi, AİP rəhbəri və bəzi üzvlərin yaxalanması, həbs olunması və məhkəməsi. Məncə Firuzabadi bu sözləri gərək deməzdi. Ona görə ki, hərbçilər ancaq o zaman başqa ölkə haqqında danışa bilərlər ki, Allah göstərməsin müharibədən söz-söhbət olsun. Bundan əlavə o sözləri heç bir siyasi xadim də deməməlidir. Belə bəyanatda heç bir xeyir yoxdur.

Bakının Firuzabadinin bəyanatına reaksiyaları:

Bakıda son 3 gün ərzində Firuzabadinin bəyanatına bir neçə tərəfdən reaksiyalar gəldi sanki bu dəfə Azərbaycan tərəfi bir az çox təcili reaksiya vermiş oldu.

Xarici işlər nazirliyinin sözçüsü Elxan Poluxov dedi :
- Bakı heç bir ölkənin daxili məsələlərinə qarışmır və başqa ölkələrə də icazə verməz Azərbaycanın daxili işlərinə qarışsınlar. O, İran generalının sözlərini bir hərbçi olaraq çox təəccübləndirici hesab etdi. General Firuzabadi hərbiçi olduğu üçün hərbi işlərlə, siyasətçilər də siyasətçilərin isə siyasətlə məşğul olmasını məsləhət gördü.
Bu sözlər diplomatik sözlər idi və məncə reaksiyanın içində 2-ci yer tutur. Hesab edirəm ki, Elxan müəllim yaxşı fraza seçib və deyib.
- Bu reaksiyanın ardınca sanki XİN-ə haralardansa təzyiqlər oldu Poluxovun dedikləri ilə kifayətlənməyərək N.Huseyinov XİN mavini İran səfirini dəvət edib şifahi sözlərin dedikdən sonra bir etiraz notası da onun əlinə verdi və notanın mətni KİV-də yayımlandı.

Notanın önəmli cümlələri bu bunlardan ibarətdir:

- Firuzabadinin sözləri yersiz ,məsuliyyətsiz iftiradır.
- İranın bəzi qəzetləri və məmurları Azərbaycanın milli mənafeyi və milli təhlükəsizliyi əleyhinə uydurulmuş sözlər yazırlar və deyirlər, Azərbaycanın daxili və xarici siyasətini təhrif edirlər.
- Bu sözlər iki ölkənin qarşılıqlı anlayış və öhdəlik əsasında qurulmuş dostluq əlaqələrinin ziddinədir.
Bu notada İran tərəfindən istənilib ki :
- Belə sözlərin və yazıların tezliklə qarşısı alınsın və bir daha təkrar olmasın
- Firuzabadinin dediklərinə İran tərəfi aydınlıq gətirsin.
- Bakı bu etirazla, nota ilə və İran səfirin XİN-ə çağırmaqla da kifayətlənmədi Novruz Məmmədov Trend xəbər agentliyinə bir müsahibə verdi. Bir az zarafat, bir az ciddi, bir az təməsxur, bir az da tövsiyələrlə Firuzabadinin dediklərinə reaksiya verdi.

N. Məmədovun dediklərinin önəmliləri də belədir:

- İran islam məsullarının Azərbaycan prezidenti ilə görüşlərində səmimi və dostyana dedikləri sözlərə rəğmən bəzi dairələr İranda iki ölkənin mənafeyinə zidd olan siyasət yürüdürlər və açıq şəkildə məkirli mövqelərini ortaya qoyurlar.
- İranın bəzən bir molla cüməsi (yəni imam cüməsi) tarixi təftiş edir təhrifli sözlər deyir, öz ixtisası ilə məşğul olmaq əvəzinə üzməyi bacarmasa da siyasət gölünə baş vurur. Məmmədovun mənzuri nəzəri İranın Ərdəbil şəhərindəki Ali rəhbərin nümayəndəsi və imam cüməsi Seyid Həsən amilidir ki, son vaxtlar cümə namazında bir sıra məsələlərin üstünü açmışdı. Yaxşı olardı Novruz müəllim onun dedikləri haqda fikirlərini deyərdi. Yoxsa kim üzə bilər kim üzə bilməz, ixtisası nədir nə deyil araşdırmaq problemi həll etmir.
- İranın KİV çox toplamı da gücünü Azərbaycan əleyhinə sərf edir bununla da kifayətlənmir və yeni şeylər ortaya çıxarır.
- İranda bəziləri başa düşmək istəmirlər ki, iki ölkənin dostluq münasibətlərindən başqa alternativləri yoxdur. Bu baxımdan Firuzabadinin sözləri onun xarakterinə və niyyətinə heç bir çərçivədə sığmır.
Novruz Məmmədov kinayə ilə və atmacalarla sözü gedən İran generalından bir neçə sual soruşub və tövsiyələr verib:
- Firuzabadi özünə diaqnoz qoydursun əgər özünü siyasətçi hesab edirsə siyasi fikirlərindən nəticə çıxarsın.
- Əgər hərbçi kimi başqa ölkənin daxili işlərinə qarışır və hansısa tövsiyələr verməklə özünü müctəhid və ayətullah kimi göstərmək istəyir bu isə çox gülməli görünür.
- Başqa bir ehtimalda budur ki, general özünü İranın daxili siyasətindən çox məlumatlı kimi göstərməklə istəyir hakimiyyətin siyasi sektoruna daxil olsun. Əlbəttə bu bizim uçun maraqlı deyil və onun öz işidir.
- General təbabət, tarix və siyasət bilməyi ilə kimin qanı kimlərin damarında, kimlərin qəlbi hansı hisslərlə vurur və kimlərin aqibəti nə olacaq izah etməyi ilə, falçılara aludə olub və bundan uzağa gedə bilməz . Yəqin o bilir ki, islam dinidə falçılıq qəbul olunmazdır və İranda falçılıq çox təhlükəlidir.
Novruz müəllim bunu deməklə göstərmək istəyir ki, son zamanlar İran hakimiyyətində bir sıra məsul şəxslərin falçılıqla əlaqələrinin olması ilə bağlı xəbərlərdən agahdır.
Azərbaycan XİN notasında və Novruz Məmmədovun sözlərində Firuzabadinin dedikləri haqda heç bir söz yazılmır və deyilmir. Məncə Azərbaycan tərəfi generalın sözləri haqda öz fikirlərini desəydilər İran və Azərbaycan ictimaiyyətinə daha maraqlı olardı.
Azərbaycan dövlətinin rəsmilərindən əlavə bəzi partiyalar və millət vəkilləri də Firuzabadinin sözlərinə reaksiya göstərərək bəyanatlar verdilər.

KXCP-nin bəyanatında bunlar deyilir:
- İran generalı Azərbaycanı Aran və azərbaycanlıları iranlı adlandırmaqla öz həddini aşıb.
- AKXCP Firuzabadinin sözlərini Azərbaycan xalqına hörmətsizlik və iki ölkənin əlaqələrin pozmaq kimi dəyərləndirib.
- Bu bəyanatda iki dövlətdən İran generalının sözləri haqda mövqelərini rəsmən bildirmələri istənilib.
İstiqlalçı millət vəkilləri VHP qərargahına yığışaraq Firuzabadinin dedikləri ilə bağlı bəyanat veriblər onların ən önəmli sözləri bunlardır:
- Generalın məsuliyyətsiz sözləri Azərbaycanın istiqlaliyyətinə təhlükəli və milli hakimiyyətimizə, eyni zamanda beynəlxalq hüquqa ziddir.
- Bu kimi sözlər İranın rəsmi şəxslərinə yaraşmır və Azərbaycan əleyhinə olan mənfi təbliğatın davamıdır.
- Bu neçənci dəfədir ki, İranın bəzi məsul şəxsləri və xəbər agentlikləri Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salır.
- Qətiyyən bu bəyanatları pisləyirik və İran tərəfindən istəyirik bu yoldan dönsünlər.
- Bu kimi sözlər iki ölkənin əlaqələrinə ciddi ziyan vurur və Azərbaycanda İran hakimiyyətinə qarşı mənfi təsəvvür yaradır.
- İran dövləti Firuzabadinin dedikləri haqda məsuliyyət hiss etməli və Azərbaycan xalqından üzr istəməli və onlara bununla bağlı izah etməlidir.
Fuad Muradov AZMM gənc millət vəkili də dedi baxın, bu da Azərbaycanın əbədi, müsəlman qonşusu ki, özünü bizə qardaş təqdim edir.
Məncə Fuad bəyin sözü reaksiyaların içində çox mənalıdır. Baxmayaraq ki, o gəncdir və bir sıra vəzifəlilərlə müqayisədə təcrübəsi azdır, amma onun reaksiyası çox diplomatik və ətraflıdır.

DAK-ın reaksiyası:
Azərbaycan dövlətində qeydə alınmayan bu təşkilatın mətbuat xidməti bəyanat verərək beynəlxalq hüquqa uyğun olmayan qaydada dəfələrlə İran adlanan bir yerdən söhbət edərək İran generalının bəyanatını qəti pisləyib, İran dövlətin şovinist adlandırıb və Firuzabadinin sözlərini qərəzli, əsassız, təxribat xarakterli, Azərbaycan xalinin millətinin və dövlətinin əleyhinə olan, məsuliyyətsiz, beynəlxalq normalara uyğun olmayan iftira, Azərbaycanın suverenliyinin ziddinə, Azərbaycanın daxili və xarici siyasətinə qarışmaq, hədələmə, tələbkarlıq, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına salmaq kimi hesab edib, dəyərləndirib və bir daha belə hadisələrin təkrar olunmamasını İran tərəfindən istəyib.

Ən pis reaksiyanı bu təşkilat göstərib. Özü beynəlxalq hüquqdan söhbət edərək beynəlxalq normalara zidd olan reaksiya verib. Guya ki, İran adında tarixdə ölkə olmayıb və bir sıra insanlar öz başına o yeri İran adlandırırlar! Dünya bilir İranın ən azı 6 min il tarixi var, ən azı 2537 il hökmranlıq edib və 32 il islam cümhuriyyəti tarixi var.

Yaxşı olardı Firuzabadinin sözləri haqda faktiki olaraq bəyanat verərdilər. Mən sadəcə bununla razıyam ki, İran generalı Azərbaycanın daxili işlərinə qarışmamalıdır.
Onun dediklərinin qarşısında dəqiq və faktlarla bəyanat vermək olardı.
Fars şovinisti adlandırmaqla Azərbaycana bir xeyir gəlməz. Mən də bilirəm İranda bütün xalqlar lazımi qədər ölkənin müxtəlif imkanlarından bəhrələnmirlər, amma İranda fars şovinisti hakim deyil. Bütün xalqların nümayəndələri hakimiyyətdə, iqtisadiyyatda və sair sektorlarda vardırlar. Təbii ki, qaneedici deyil.
Başqa bir prizmadan baxmaq istəyirəm. İranda Azərbaycan əleyhinə deyilən və yazılan sözlərin bir səbəbi elə DAK kimi təşkilatlarda olan bəzi naşı şəxslərin İran haqqında dediyi sözlərdir.

Bu ərəfədə BAXCP:

- İran xalqına müraciət edərək onlardan istəyib ki, Azərbaycan xalqının ərazi bütövlüyünü dəstəkləyərək onların Ermənistan tərəfindən 20% torpaqlarının Azərbaycana qaytarılmasında və qaçqınların və məcburi köçkünlərin öz ata baba yurdlarına qayıtmasında Azərbaycanı dəstəkləsinlər.
- Bu müraciətdə İran dövlətindən tənqid olunub ki, islam pərdəsi arxasında İran millətinin özəlliklə İran azərbaycanlılarının hüququ tapdanılır və Ermənistana yardım edilir.
Bu müraciətdə paradoksal sözlər var: İran azərbaycanlılarına ayrıca müraciət olunub, İranın başqa xalqlarına da ayrıca. Halbuki hamısı İran millətidir, İran vətəndaşıdır. Azərbaycanlısı da, kürdü də, loru da, bəluçu da, ərəbi də, talışı da, giləki də, sünnisi, şiəsi də, yaxud zərdüştü, xristianı da...
Bu ona bənzər ki, İrandan hansısa bir partiya Azərbaycan respublikasının vətəndaşlarına müraciətində talışlara, ləzgilərə, tatarlara və sair az saylı xalqlara ayrıca müraciət edə. Onda bu müraciətə necə baxarlar? Müraciətdə İran millətindən kömək istəyirsiniz, İran dövlətinin əleyhinə yazırsınız. Mən demirəm İranda millətin hakimiyyətdən tələbatı yoxdur, hakimiyyətə qarşı tənqidedici məsələ yoxdur, amma bunu deyirəm ki, bu İran millətinin və xalqlarının öz işidir. Necə ki, Azərbaycan ölkəsində yaşayan insanların problemləri onların özünə aiddir. Başqa yol yoxdur. Biz sadəcə dostluq etməliyik hər ölkənin də daxili işləri özünə aiddir.

Həmçinin Bakının Firuzabadinin sözlərinə reaksiya verdiyi bir zamanda AİP rəhbərinin və bəzi üzvlərinin məhkəməsinin keçirilməsi də sözdə yox əməldə bir reaksiya hesab oluna bilər. Yəni beləliklə Bakı Tehrana çatdırmaq istəyir ki, Tehranın Azərbaycanda dini məsələlərlə bağlı reaksiyasına rəğmən Azərbaycan hakimiyyəti AİP-dən şəxslərin məhkəməsinə susmayacaq. Növbəti məhkəmənin tarixində avqustun 15-ə təyin etmək özü də bu mövqeyin ayrıca sübutu hesab oluna bilər. Bundan əlavə yəni Bakının Tehrana verdiyi reaksiyadan bir iki gün sonra avqustun 12-də 3 azərbaycanlının həbs olunması da bu şərhi daha da təsdiqləyir. Yəni Bakı Tehrana bildirmək istəyir ki, sən nə qədər də narazı və narahat olsan biz AİP-dən olan məhbusların məhkəməsini davam etdirməkdən əlavə cəfəri radikal cəmiyyətinin rəhbərini, islamaz.net internet qəzetinin baş redaktorun və Arif Qəniyevi də yaxalayıb istintaq aparıb və aydınlaşdırmışıq ki bunlar İranın Bakıdakı mədəniyyət mərkəzi ilə və başqa dini nümayəndəlikləri ilə sıx təmasda olublar və maliyyələşib Azərbaycan əleyhinə planlar hazırlayıblar. Deməli belə çıxır ki, Bakı Firuzabadiyə öz təşəkkürünü bildirməlidir. Ona görə ki, onun bəyanatı həmin şəxslərin tez yaxalanmasına və onlarla bərabər AİP-dən məhbus olanların məhkəməsinin də tez başlanmasına səbəb oldu.

Bu hadisələr hamısı ona görədir ki, Bakı demək istəyir bunlar mənim daxil işlərimdir və heç bir təzyiq altında qalmadan bu yolu davam etdirəcəyəm.

Bakının bu qədər reaksiyasının qarşısında mən bu yazını yazan zamana qədər, yalnız İran parlamentinin sədri Əli Laricani Azərbaycandan və Firuzabadidən ad çəkməyərək deyib ki , İranın strategiyası qonşu dövlətlərlə mehriban, səmimi , dostluq və yaxın münasibət qurmaq və inkişaf etdirməkdir. Bəzi yersiz və lazımsız sözlər İran rəsmiləri tərəfindən İranın qonşu ölkələrlə əlaqələrinə ziyan vurur. Laricani deyib rəsmi şəxslər siyasi sözlər danışanda çox diqqət etməlidirlər. Aydındır ki, Laricani Bakının ürəyini ələ almaq üçün bu sözləri deyib.

Tehran-Bakı arasında Azərbaycan müstəqil olandan bəri bu köhnə yara ki tarixlə bağlıdır. Çiban yarası kimi müxtəlif zamanlarda azdan çoxdan baş açır deşilir iki ölkəni bürüyür, çığır-bağır olur, bir müddət ört-bastır olur sonra yenə partlayır. İndiyə qədər də bir yola qoyulmayıb.

Məncə iki tərəf belə ifadələr etmək yerinə yaxşı olardı açıq aşkar oturub söhbət etsinlər və nə qədər mümkünsə məsələləri çözsünlər. Bu vəziyyət millətlərin və dövlətlərin xeyrinə deyil və yaranı dərinləşdirir və müalicəni də çətinləşdirir.

Tarix işin tarixçilərə, din işin dinçilərə, siyasət işin siyasətçilərə, təbabət işin təbiblərə, hərb işin hərbçilərə, mədəniyyət işini mədəniyyətçilərə və xalq işini də ölkələr çərçivəsində xalqlara tapşırsınlar. Tarixi məsələləri də aydınlaşdırmaq üçün seminarlar, konfranslar keçirməklə düzgün tarixçilərə tapşırmaq olar. Beləliklə qarşılıqlı etimad iki ölkə arasında yarana bilər. Ardıcıl da dərinləşib və möhkəmləşə bilər. Eyni zamanda bəzi sözlərə də , atmacalar və kinayələrlə yox məntiqlə cavab vermək olar.

Bir daha xatırlatma istəyirəm ki, məndə bu fikirlə razıyam ki, ölkələr başqa ölkələrin daxili işlərinə qarışmamalıdırlar, amma bu da qarşılıqlıdır. Azərbaycan prezidenti 50 milyon azərbaycanlının prezidentidir (35 milyonu da İranda yaşayır əslində ancaq 25 milyon ola bilər ) söhbəti gedəndə fikirləşməli idilər ki, bir Firuzabadi tapılar ki, desin Azərbaycan Arandır və onlar iranlı, müsəlman və şiədirlər.

Azərbaycanda İran Azərbaycanını Cənubi Azərbaycan adlandıranda fikirləşməlidirlər ki, İranda da Azərbaycan respublikasına Şimali İran deyirlər.

İranda da Azərbaycan Respublikasının Dini məsələləri Haqda danışanda fikirləşməlidirlər ki, Azərbaycanda da Cənubi Azərbaycan yaxud Vahid Azərbaycan və İranda yaşayan azərbaycanlıların hüququnun tapdalanması məsələsi Bakıda ortaya çıxar və bir Rüstəmxanlı tapılar ki, öz xalqının hüququnu qorumaq əvəzinə İran azərilərinin hüququnun bərpaçısı kimi təbliğat aparar.

Ürəyimdə və zehnimdə deməli söz və misal çoxdur, amma vaxt azdır yuxarıdakıları da misal üçün yazdım. Ona görə ki, öz düşüncəmi çatdıram. Mən həmişə iki ölkəni sevərək bu fikirdə olmuşam ki, iki ölkə müştərək mənafe üzərində şəffaf dostluq münasibətləri olmalıdır və Azərbaycanda çalışdığım dövrlərdə bu düşüncə ilə çalışmışam. Amma heç zaman istədiyim kimi olmayıb. Ona görə ki, iki tərəf də düzgün etmirlər. Bir-birinin daxili işlərinə qarışırlar. Əlbəttə bu qarışma xalq cəbhəsi hakimiyyət dövründə Azərbaycan tərəfindən xüsusilə mərhum Elçibəy Azərbaycanın prezidenti tərəfindən başladı. Mərhum Heydər Əliyev dövründə azaldı. Rəsmilər İranın daxili məsələsinə qarışmadı, amma qeyri-rəsmilər ki, bəziləri də dövlət tərəfindən dəstəklənirdi İranın daxili məsələlərinə qarışırdılar.

Son 8 ildə də DAK-in fəaliyyəti nəticəsində İranın daxili işlərinə müdaxilə olundu. Həmişə də Azərbaycan qəzetlərinin böyük hissəsi İranın əleyhinə yazıb və sair.

Əlbəttə 3-cü konqresdə 2-ci konqreslə müqayisədə çox azaldı. Sadəcə Sabir Rüstəmxanlının sözləri və 50 milyon azərbaycanlının prezidenti İlham Əliyevdir ifadələri Tehranda narahatlıq yaratdı və məncə Tehran səbr edib indi Firuzabadinin dilindən o sözlərin cavabını verir.

Demək istəyirəm ki, ölkə idarə etmək qloballaşma dövründə heç bir sözü və fikri gizli saxlamaq olmur çətindir. Həm insanların düşüncələri, savadları, məlumatları çoxalır, həm belə insanların sayı artır, həm də çox az bir zamanda dünyanın hər yerinə çatdırılır.

Reallıqları nəzərə alaraq iki ölkə rəsmləri təcili oturub danışıb bütün məsələləri araşdırıb və problemləri çözməlidirlər. Ona gora ki, bu xalqların indiki və gələcək nəsillərin özlərinə qarşı borclu çıxarmasınlar və əlaqələrin tarixində müsbət nöqtələr və izlər qoya bilsinlər. Yoxsa belə davam etsə əlaqələrdə etimadsızlıq divarı daha hündürləşəcək və o yerə gətirib çıxaracaq ki, bu uca divardan kimsə atılıb keçə bilməyəcək. Əlbəttə bu divarın deşikləri olacaq necə ki indi var , o deşiklərdən də 3-cü, 4-cü, 5-ci və digər qüvvələr girib öz mənafelərin təmin edib iki ölkənin xalqına və dövlətinə ziyan dəyəcək.

İki ölkə bu qərara gəlməlidirlər ki:

Rəsmilər tərəfindən və dövlət qəzetlərində və saytlarında:
- Bakıda Tehran-İrəvan əlaqələri tənqid olunmasın
- Tehranda Bakı-Tel-Əviv və Bakı- Vaşinqton əlaqələri tənqid olunmasın.
- İki tərəf faktiki sübut etsinlər bir-birinə ki, Bakının sionist rejim ilə və Vaşinqtonla əlaqələri Tehranın əleyhinə deyil və Tehranın İrəvanla əlaqələri Bakının ziyanına deyil.
- Bakı İran azərbaycanlıları haqda mövqe elan etməsin, Azərbaycan prezidenti ancaq 9 milyon Azərbaycan respublikası vətəndaşlarının prezidenti olsun və gələcəkdə də Azərbaycan respublikasının prezidenti olacaq şəxs ancaq bu ölkə vətəndaşlarının prezidenti olsun.
- Tehran Azərbaycan respublikasında din məsələlərinə qarışmasın və Azərbaycan İranın hansısa din və mədəniyyət üzrə nümayəndələrinin və başqa orqanların nümayəndəliklərinin Bakıda olmasını istəmirsə İrana qaytarsın və nümayəndəliyi Bakıda tətil etsin.
- Bütün mədəni ,dini , humanitar ,iqtisadi ,siyasi ,hərbi və təhlükəsizlik əməkdaşları, iki tərəfin tam razılığı əsasında şəffaf və açıq şəkildə yerinə yetirilsin.
- İki tərəf arasında daimi məsləhət şurası yaransın azı hər 6 aydan bir iclas keçirilsin və ortaya çıxan problemlər çözülsün
- İndiyədək imzalanmış iki tərəfli əməkdaşlıq sazişlərinə baxılsın. Onlar həyata keçirilməlidir ki, icrasına başlanılsın. Hansı sazişlər ki həyata keçirilə bilməyəcək kənara qoyulsun. Ən azı 100-ə yaxın iki ölkə arasında son 20 ildə sazişlər və niyyət protokolları imzalanıb ki onların çoxu icra olunmayıb.
Hər halda son sözüm budur ki, dedi-qodu ilə, kəskin bəyanatla iki tərəf zərər görər. Sular bulanar başqaları balıqları tutar bizlərdə ah çəkə-çəkə ancaq tamaşaçı olarıq.
Xalqların istəyi bu deyil. Həmişə düz əyrini kəsib və kəsəcək. Məhəbbətdən tikanlar da gülə dönürlər.

qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий