17.08.2011

Əsəblərimə toxunursan N.N


Əsəd Qaraqaplan

əsəblərimə toxunursan N.N
o qədər gözəlsən
o qədər uzaqsan N.N
əsəblərimə toxunursan..

sənin qorxun ətrafın qorxusu deyil
məndən uzaq qaçmağın da..
sənin özgürlüyün qadın özgürlüyü
sənin özgürlüyün qadına meyl etməkdi..
kişisindən rahatlana bilməməyin qorxusunu
duymuşdansan
şəhvətli şəhər çağına uymuşdansan..

iki körpə balanı da qatil ana edər əlin
sənin əlin körpə sevgilərin iti xəncəri
sənin əlin kəsib atmaz – yaralar
sən - vurduğun yaraları eşməkdən zövq alan mələk
sən - hər kəsin olmaq istəyən azarı
heç kəsin olmayan çiçək..

əsəblərimə toxunursan N.N
məndən uzaq qaçan hər qadında biraz
biraz daha çoxalırsan hər qadında
biraz daha əsəblərimə toxunursan..
hər gedənin gedişi sən
hər gedənin yolu səndən başlayır
hər gedənə sən əmr etmiş kimisən..

sahiblənə bilmədiyim hər istəkdən sənə gəlləm
Tanrılığım sənə qurban gedir hər görəndə biraz
özüm olmaq bu qədər zorkən başalyır tənhalığım
varlı olmaq istəyirəm səni qazanmaqdan ötrü
atmaq istəyirəm şeirin daşın sənə
sən olmaq istəyirəm adi – sənin olmaqdan ötrü - sən
sənə bir kərə toxunmaq
sənin olmaqdan ötrü - mən..

əsəblərimə toxunursan N.N
biraz daha gözəlləşdikcə biraz
biraz daha uzaqlaşdıqca biraz
əsəblərimə toxunursan..

..ama N.N mən də bir gün çıxıb gedər
sökərəm sinəmdəki sənə aid pərdəni
sərhədləri vurub yıxar
bir ağ günə çıxaram..
qolumdakı qandalları dişimlə gəmirər sökər
sənə də
Bakıya da
bu xaraba ölkəyə də tüpürərəm..
onda mənim vətən sevgim səndən böyük olar N.N
onda sənin əllərinin arxasına yerikləyər göz yaşların
sevişdiyin daş bədənlərdən onda
meyl etdiyin qadınlardan yıxılarsan..

körpələrin böyüdükcə həyat çökər üstünə
itirdiyin günlərin rəsmini çizdikcə əlin
bükük belin
iyli ağzın bənzəməz bu gözəlliyə
onda N.N onda N.N
əsəblərim qaytarmaz əsəblərimin bu halın
yalvarsan da
diz çöksən də
əsəblərimə toxunsan da qaytarmaz..
onda N.N
Tanrılığım sənə qurban getməz hər görəndə biraz..

Комментариев нет:

Отправить комментарий