26.08.2011

Yalnızlığımı çocuqlar duyar öncə


Esat QaraqaplanƏsəd Qaraqaplan

yalnızlığımı cocuqlar duyar
öncəyalnızlığımı..
biraz öncə ortancıl bacım zəng etdi
biraz öncə
körpə qızı səsimi duyub ağladı
- səni çox istəyirəm.. gəl dedi – dayı..
film seyr edirdim film
qalabalıqdı filmdəki adamlar
baloydu-nəydi bilmirəm
çöldə də səs-küy vardı
qonşular da yatmamışdılar hələ
ev yiyəsi də televizora səs vermişdi
bütün səs-küy
bütün qalabalıq içində
film seyr edərkən belə
bir arayan yoxdu deyə düşünürdüm
biraz öncə..
yalnızlığımı cocuqlar duyar öncə
yalnızlığımı..
yalnızlıq nə filmdəki qalabalıqda
nə çöldəki səs-küydə
nə televizorun səsində keçib gedər
uzaqdan bir körpə qız ah çəkib ağlar
yalnızlığım cocuqalrın göz yaşında dağılar..

Комментариев нет:

Отправить комментарий