“Mərkəz” İnformasiya Agentliyi Böyük Britaniyada həbs olunmuş 20 yaşlı Cordan Blekşou və 22 yaşlı Perri Sitkliff-Kinanın dərhal azadlığa buraxılması üçün beynəlxalq kampaniyası Azərbaycan mətbuatında maraqla qarşılanıb. Artıq bir sıra mətbuat orqanları və xəbər agentliklərində (day.az, anspress.com, trend.az və olaylar.az və s.) bu haqda məlumatlar dərc olunub. Həmin məlumatlarda “Mərkəz”in keçirdiyi aksiyanın səbəbləri izah olunur.
Xatırladaq ki, Britaniya hökumətinin tətbiq etdiyi “Sıfır dözümsüzlük” siyasəti zamanı nəinki küçədəki qarşıdurmalarda, habelə “Facebook” sosial şəbəkəsində Britaniya hökuməti əleyhinə şüarlar səsləndirən gənclər də təzyiqlərə məruz qalır, həbs olunurlar. Onlardan 20 yaşlı Cordan Blekşou və 22 yaşlı Perri Sitkliff-Kinanı misal göstərmək olar ki, onlar hətta küçəyə belə çıxmayıb, etiraz aksiyalarında iştirak etməyib, öz fikirlərini sadəcə “Facebook” sosial şəbəkəsində bildiriblər. Nədənsə, dünyanın nüfuzlu hüquq müdafiə təşkilatları olan “Amnesty International”, “Article 19″, “Freedom House və Human Rights Watch” təşkilatları bu iki gəncin hüquqlarının qorunması istiqamətində heç bir addım atmaq niyyətində görünmürlər.
Odur ki, “Mərkəz” İnformasiya Agentliyi Böyük Britaniyada həbs olunmuş 20 yaşlı Cordan Blekşou və 22 yaşlı Perri Sitkliff-Kinanın dərhal azadlığa buraxılması üçün beynəlxalq kampaniyaya başlayır və Britaniya hökumətindən insan haqlarına riayət etməyi, ifadə azadlığını təmin etməyi, sosial şəbəkələrdə maksimum azad şərait yaratmağı tələb edir. Kampaniyaya qoşulmaq istəyən şəxslər “Facebook” sosial şəbəkəsində yaradılmış ayrıca səhifəyə daxil olaraq, öz dəstəyini göstərə bilərlər. Artıq səhifəyə üzv olan şəxslərin sayı çoxalır.

Комментариев нет:
Отправить комментарий