31.08.2011

Əhmədov Bağış Sabir oğlu

Elm adamlarımız

          Bağış Əhmədov - Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi

19 sentyabr 1972-ci ildə Azərbaycan Respublikasının Cəlilabad rayonunun Andreyevka (indiki Qarazəncir) kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir. 1994-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun əyani aspirantı olmuş, 2000-ci ildə namizədlik disertasiysını  müdafiə etmişdir. 2000-ci ildən iqtisad elmləri namizədidir.1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənayenini iqtisadiyyatı” kafedrasının (indiki “Müəssisənin iqtisadiyyatı” kafedrasının) baş lobarantı vəzifəsində işləmiş, 2002-ci ildən baş müəllimi vəzifəsində çalışır və 15-dən artıq elmi-metodiki əsərin müəllifidir. 2004-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetininin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda çalışır.
2004-2010-cu illərdə Azərbaycanın sosial-inkişaf problemlərinə dair layihələrdə, o cümlədən beynəlxalq təşkilatların maliyyələşdirdiyi və beynəlxalq ekspertlərin iştirak etdiyi layihələrdə kordinator, qrup rəhbəri, ekspert kimi iştirak etmişdir.



Bağış Əhmədovun elmi məqalələri ilə bu linkdə tanış ola bilərsiniz:
http://www.ifc.org/ifcext/acgp.nsf/AttachmentsByTitle/Bulletin+N.4/$FILE/newsletterN.4.pdf

Комментариев нет:

Отправить комментарий