Gülnar Musayeva
Qənirə Paşayeva: “Əvvəl sən adın üçün işlə, sonra adın sənin üçün işləyəcək”
İrəli Media Akademiyası daha bir qonağını qarşıladı.Qeyd edim ki,bu həm gözəl insan həm də gələcəyin jurnalistlərinin dostu Qənirə Paşayeva idi.Ona görə Qənirə Paşayeva yazdım ki,ona bugün verilən sualda siz jurnalist Qənirə yoxsa millət vəkili Qənirə müraciətini bəyənirsiz deyəndə mən sadəcə Qənirə Paşayeva müraciətini bəyənirəm dedi.Məndə bu müraciətə əsaslanıb yazdım.Bugünə kimi görüşdüyümüz qonaqlardan fərqli olaraq Qənirə xanım ilk öncə hər birimizlə bir-bir tanış oldu,daha sonra nəyə görə bu sənəti seçmişik sualına bizdən cavab aldı.Yəni anlayacağınız Qənirə xanım öz ənənəsini pozmadı.Yenə də birinci olaraq o bizə sual verdi.Əvvəlcə düşündüm ki,bəlkə bizim verəcəyimiz suallardan yayınmaq istəyir sonra səhv olduğumu başa düşdüm.2saata yaxın görüş ərzində Qənirə xanım bizim hər birimizə geniş cavab verirdi.Yəni onun sözünü kəsib başqa sual vermək cəhdimiz alınmırdı.Əslində Qənirə xanımın danışdıqlarını eşidəndə ilk öncə düşündüm ki,Qənirə xanıma bu qədər vaxt hardandır ki,hər şeyə vaxt ayırır.Həm dil öyrənir,həm kitablar oxuyur,həm millət vəkili kimi xalqa xidmət edir,həm şeir yazır və daha nələr nələr.Sadəcə bu insanın vaxt prinsipinə heyranam.O bildirdi ki,insan öz gündəlik işini vaxta görə qurmalı cədvəl tutmalıdır.Qənirə xanıma sizcə jurnalist rüşvət almalıdır sualına cavabı belə oldu:-”Bəli Jurnalistikada rüşvət almaq mümkündür,ama o zaman sən yaxşı jurnalist ola biliyəcəksən.İllər keçəcək sənin adın belə xatırlanmayacaq.Sözün əsl mənasında sən Çingiz Mustafayev olmaq istəyirsənsə ən birinci sənətini sevməlisən.Efir xatirinə yox.Efirə çıxım məhşur olum anlamı əsl jurnalistikada keçərli deyil deyə bildirdi.O həm də qeyd etdi ki,Jurnalistika pul qazanmaq üçün uğurlu sənət deyil daha doğrusu sən jurnalistikanı seçmisənsə qarşındakı məqsədlər daha başqa olmadıdır.Xalqa sevə-sevə layiqincə xidmət etmək qarşılığında isə lazım olan hörməti qazanmaq.Sonda O bildirdiki əvvəl sən adın üçün işlə,sonra adın sənin üçün işliyəcək”.Həmçinin Qənirə xanım ailə yoxsa karyera sualına hər ikisi bərabər paylanmalıdır deyə bildirdi.Mən ailəni karyeraya qurban verənlərin fikrinə hörmət etmirəm.Hər kəs öz düz bildiyi yolu gedirsə bundan kimsə sorumlu deyil anlamını izah etdi.Az qala yadımdan çıxmışdı Qənirə xanım bugün Ki gənclərdən narazı olduğunu vurğuladı.Bunu öz düşüncəsindəkilərə əsasən dedi.Mən elə başa düşdüm ki,əgər işğal olunmuş torğaqlarımzın yaddaşlara düşdüyü gün gənclərin hardasa oturub əylənməsi gözə dəyir ama kiv-in televiziyaların bu haqqda heçnə verməməsi heç kimə görsənmir.Niyə bəs deyilmir ki,ölkənin güzgüsü televiziyadır.Əgər televizya bunu ildə 5-6 dəfə təbliğ etmirsə bəs bu gənclik hardan örnək alsın ki…Bax bunu deyən yoxdur.Belə.Sonda Qənirə xanım Media Akademiyası tələbələri ilə xatirə şəkili çəkdirdi və bildirdi ki,inşallah gələcəkdə sizlərlə hardasa görüşəcəyik,Mən inanıram ki,siz ölkəmizə yaxşı jurnalistlər olacaqsız.O bizə uğur arzulayıb sağollaşdı.
Комментариев нет:
Отправить комментарий