26.08.2011

Təhsilimizi qınayanlar

Gülnar Musayeva
İnkişaf edən ölkəmizdə hər kəsi maraqlandıran bir mövzu ətrafında danışmaq istiyirəm.Gəlin Azərbaycan təhsilində baş verənlərə nəzəri bir baxış keçirək. Doğurdanmı təhsilimiz bu gün bərbad vəziyyətdədir?Yoxsamı artıq biz bu kəlməni beynimizdə formalaşdırmışıq ki, həqiqətən də təhsilimiz pis gündədir?
Bugün orta məktəblərdə təhsil xoşagəlməz bir hal alıb.Bunun da ilk günahkarı şagirdlər əsasda valideynlərdir.Elə vaideynlərdir uşaqları sehv yöndəmə yönəldən en azindan buna şərait yaradan sonrada tehsildən narazi olurlar.Qəribədir nəsə.Şagird 1-ci sinifdən başlayır həvəslə oxumağa,əsas mərhəyə çatanda isə fikirləri ayri istiqamətdə formalaşır.Özündə belə bir fikir yaradır ki,onsuzda hazırlığa gedəndə öyrənəcəm.Niyə özümü əziyyətə salım.Məhz bu cür hallardır ki,bu gün orta məktəblərdə dərslərin normal keçirilməsinə mane olur.Sinifə daxil olan müəllim dərs keçməyə şagird tapmır sonra da deyilirki,təhsilimizin səviyyəsi aşağıdır.Əgər saşirdlər bu səraiti yaradırsa təhsin bəs nə etsin?!Bəlkə məktəblərdə cidi qayda-qanun yaradılsa,hər kəs buna əməl etsə əksinə olar?!Daha yaxşı savadlılıq,bilik özünü göstərər.Bu cür vəziyyətin bir başqa forması özünü ali məktəblərdə göstərir.Guya ki, təhsil pis gündədir,ali məktəblərdə dərs keçilmir və.s. Bəs onda niyə hamımız axın-axın gedib ali məktəblərə sənəd veririk,qəbul oluruq?Qəbul olunandan sonrasa beynimizdə fikir formalaşdırırıq ki,əsas girmək idi.Oxumasaqda olar.Beləcə oxumuruq və hər smestr yaxınlaşanda deridən-qabıqdan çıxırıqkı imtahanlar gəlir,cavab vermək lazımdır.Umumi vəziyyətə baxanda isə çox vaxt tələbələr bir kəlmə deyirki,müəllimlər rüşvət alır,oxumağa deyməz,təhsil aşağıdır.Həqiqətən də faktlar göstərir ki,təhsilin aşağı səviyyəyə düşməsinin səbəbkarı cəmiyyət elə özüdür.Təhsili qinamaq lazım deyil.Doğrudur bəzi hallar varki,onlar qeyri-qanunidir.Ama bəzi halları  umumi təhsilə aid etmək yalnış fikirdir.Əgər bizdə xaricdəki kimi universitetə girmək asan,onu qutarmaqsa çetin olsaydı inanıramki onda hər bir tələbə təhsildən mütləq 100% razı olacaqdı.Qılınc müsəlmanıyıq.Nə etməli,Deməkki hər şeyin yaxşı görünməsi üçün ortada çətinliklər olmadı ki,yaxsılar görünsün.Mən bir tələbə kimi təhsilimdən raziyam.Rüşvət deyilən bir halla qarşılaşmamışam.Doğrusu bu hal 1-2 defə olubdu,onunda qarşısını öz biliyimlə cavablandırmışam.Əgər tələbə müəllimə rüşvət verməyi,o istiqamətə getməyi yönləndiririksə bu təhsilin aşağı olması demək deyil.Təhsilimiz özüm korlayıram deməkdir.Təhsil bizim üçün çox gözəl imkanlar yaradıb.Hətta xaricdə təhsil almaq qədər.Bu imkanlardan yaralanmaqsa biz gənclərin əlindədir.

Комментариев нет:

Отправить комментарий