Elnur Böyükzadə
İndiyə qədər qadın tənhalığından çox yazılıb. Düşündüm ki, tənha kişilər də az deyil və bu haqqda yazmağı qərara aldım. Kişi tənhalığı bir xəstəlik, sanki utanclı bir şeydir. «Subaylıq sultanlıqdır!» şüarını əlində bayraq etmiş tənhalar alkoqolikin içmək bəhanəsi axtardığı kimi, qumarbazın gizli kazino gəzdiyi kimi nikah perspektivlərindən azad “ada”cıqlar axtarır. Çətinliklə olsa da tapır və subaylıq şüarını və bayrağını ora sancır. Tənha qadınlardan fərqli olaraq onun yaratdığı «azadlıq adası»na arabir qadınlar da gəlir. Muzeyə gəlirmiş kimi gəlir, baxır, bəlkə də bir az qalır, amma mütləq çıxıb gedir. Adətən tənhalıqdan qadınlar yazır. Kişilər arasında bir dənə də ağlayıb-sızlayan, şikayət edənə rast gəlmədim. Çünki bu özü kişi təbiətinə ziddir. Ona görə də təkdirsə kişiyə azad, qadına tənha deyirlər. Kişi tənhalığı ona görə böyük problemdir ki, heç bir tənha kişi kompüterin arxasına keçib ürəyini deşən problemləri yazmaz, kimsəylə bölüşüb ürəyini boşaltmaz. Tənha kişilər barədə əhvalatları çeşidlədikcə düşünürəm ki, onları qorumaq lazımdı. Müasir həyat onlardan ən yaxşılarını sıradan çıxara bilər.
Cəmiyyətdə belə fikir formalaşıb ki, qadın nə qədər ki, cavandı ailə qurmalıdı. Bu narahatlıq kişilərə şamil edilmir. 35 yaşına kimi evlənməyən kişiyə normaq baxırlar. Amma kişilər də tez evlənməlidi. Bunun həm sağlamlığa, həm də nəsil artırma imkanına birbaşa dəxli var. Subaylıq sultanlıqdı şüarı altında yaşayanların başı zöhrəvi xəstəliklər kimi möhkəm qayaya dəyir və buynuzlarını sındırırlar. Kişinin qeydinə qalmayanı, qayğısını çəkməyəni, üstündə məsulliyti olmayanda onun xasiyyətində fəsadlar əmələ gəlir ki, şəxsiyəytini korlayır. Bəzən bu xasiyyətindən kişi ömrünün sonuna kimi tək qalır. Tək və tənha qoca, bədbəxt və yazıq insan sözlərinin sinonimi kimi səslənməyə başlayır.
Qadınları ara düzəltməklə tənhalıqdan qurtarmaq olursa kişiləri bəzən görüş çıxmağa razı salmaq müşkül olur. Kişilərin əksəriyyəti düşünür ki, seçim etməyi onlar anadangəlmə bacarır və kimsə bu sahəyə öz barmağını qoya bilməz. Tənha kişilər heç vaxt təkliyindən şikayət etməz. Bəlkə də əksinə, ətrafdakı qadınların ona marağından bir qədər qürür duyar.
Məsəl var, tənhalığı sevənlər ya vəşhi heyvanlardı, ya da Allahın özüdü. Qalanlarının köməyə, bəzən isə müalicəyə ehtiyacı var.

Simpatik, arzulanan, amma tənha... Əbədi tənhalıq – Bu tip kişilər evli kişilər arasından seçilir. Kənardan baxanlarçün hər şey normal görünür. Evi, arvadı, uşaqları, həsəd aparacaq rahat məişəti də var. Hər axşam televizor qarşısında yerini heç kim tutmur, hətta sözünün qarşısında söz deyəni də yoxdu. Amma o, tənhadır. Bəzən bunu heç özünə də etiraf etmir. Bu barəda əclaf fikirlər ona məhəbbətdən olan filmlərə baxanda beyninə girir. Potensial sevgililəri tanıdığı qadınların obrazına bir növ paltar kimi geydirib xəyalında nəsə uydurur. Amma az sonra variantlarn heç birini bəyənməyib tənha həyatını yaşamaqda davam edir. Bu tip tənha kişilərin təbiətcə xəyanətkarı erotik axtarışlarını həyatda, təbiətcə zirək olmayanları isə xəyalında reallaşdırır. Amma bununla tənhalıq hissindən qurtula bilmir. Sanki onun qadını hələ doğulmayıbmış kimi gözləməyində olur.
Yaxşı oğlan – bu kateqoriya tənhalar həyatın hər üzünü görmüş, görkəmli, amma azad yaşamaq istəyən kişi aiddir. Bu fərdlər tənha olmağa məhkumdu. O, seçim edə bilmir, həyat təcrübəsi ona mane olur. Çünki ərinə xəyanət edən onlarla qadınla görüşüb. Cavanlıqda seçim edəndə duyğular köməyə gəlir. Duyğuların zamanı keçəndən sonra belə vacib məsələlərdə ağıl aciz qalır. Hətta düzgün seçim edəndə də razılıq və xoşbəxtlik hissi gəlmir. O özünü məşuq-oynaş münasibəmtərilə bağlamaq istəmir. Pulla gələn qadından yalnız quru seks gözlmək olar, bəşqa heç nə. Qalan qadınlarsa bir gecəlik münasibət istəmir. Ona həmişə potensial ər gözüylə baxırlar. Evli qadınlarla münasibət qorxuludur. Bir gecəyə başlayıb və səhər bitən kiçik sevgi macərası insanın həyatında 1-2 dəfə ola bilər, artıq yox. Ona görə də yaxşı oğlanlar tənhadır.

P.S Kimin nəyinə lazımdı ki, siz nədən tənhasız?! Buna son qoyun, vəssalam. Sokrat demiş uğurla evlənsəz xoşbəxt olarsız, alınması filosofluq edərsiz.
Комментариев нет:
Отправить комментарий