12.01.2012

Amerika əsgərlərinin biabırçı videosu yayıldı

Dünyaya humanizm dərsi keçən Amerika əsgərlərinin vəhşiliyi

İnternetdə yayımlanan Amerika əsgərləri ilə bağlı video ölkədə qalmaqala səbəb olub. “Qafqazinfo”nun məlumatına görə, videoda dörd amerika əsgərinin Taliban olduqları təsdiqlənən üç əfqan cəsədini təhqir etdikləri aydın görünür. Qırx saniyəlik həmin görüntülərdə əsgərlər öz aralarında danışıb, zarafatlaşıblar.

Amerika donanması məsələ ilə bağlı araşdırma aparıldığını, görüntülərin həqiqət olub-olmadığının təsdiqlənmədiyini bildirib.
ABŞ Müdafiə Nazirliyi isə yayımlanan videoya sərt reaksiya verib. Nazirliyin mətbuat katibi görüntülərin onun mədəsini bulandırdığını deyib. 
Taliban isə görüntünü “Barbarlıq” adlandırıb. Təşkilatın sözçüsü 10 ildir ortaya çıxmayan buna bənzər yüzlərlə hərəkətlərin olduğunu bildirib. 

Комментариев нет:

Отправить комментарий