10.01.2012

Batkanın oğulları - Viktor, Dmitri və Nikolay

1994-cü ildən Belarusa rəhbərlik edən prezident Aleksandr Lukaşenkonun üç oğlu var: Viktor, Dmitri və Nikolay Lukaşenkolar. 



Viktor Lukaşenko 1975-ci ildə anadan olub. Milli təhlükəsizlik üzrə prezident yardımçısı, Belarusun Təhlükəsizlik Şurasının üzvüdür. Ailəlidir, iki qızı, bir oğlu var. Qızı Viktoriya Lukaşenko aktrisadır, 2008-ci ildə Belrus kinpkomediyasına Filipp Kirkorovla birgə çəkilib. 2010-cu ildə “Şam işığında fal” adlı rus serialında rol alıb.

Dmitri Lukaşenko 1980-ci ildə anadan olub. Belarus Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib. Diplom işi müdafiəsi “Belarus idmançılarının beynəlxalq arenada çıxışları” mövzusunda olub.
 
Daha sonra qaçaqmalçılıq və qeyri-leqal miqrasiyayla mübarizə üzrə elit, lakin məxfiləşdirilmiş sərhəd bölməsində xidmət edib. 2005-ci ildə Milli Olimpiya Komitəsinin üzvü seçilib. 2002-ci ildə ailə həyatı qurub, iki qızı var.

Nikolay Lukaşenko (Kolya) 2004-cü ildə nigahdankənar doğulub. Anasının kim olması haqqında dəqiq məlumat yoxdur. Aleksanr Lukaşenko müsahibələrindən birində onun adını çəkmək istəməsə də həkim işlədiyini bildirmişdi. Daimi olaraq atası ilə birgə rəsmi tədbirlərdə görünən Kolya özünü mümkün varis kimi görür.

Комментариев нет:

Отправить комментарий