22.01.2012

Deputatla müğənninin “Dəli eşq”i satışa çıxdı


“Məktəb illəri” mahnısı ilə tamaşaçıların qəlbində silinməz iz buraxan müğənni Lalə Məmmədova söz verdiyi kimi, yeni ildə dinləyicilərini yeni disklə sevindirdi. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti həftəsonu yeni albomunu pərəstişkarların ixtiyarına verib. 


Müğənninin prodüseri İlkin Babayevin Lent.az-a verdiyi məlumata görə, 18 mahnıdan ibarət albomda bir-birindən gözəl parçalar yer alıb.

Albomun adını daşıyan “Dəli eşq” mahnısının sözlərini millət vəkili Qənirə Paşayeva yazıb. Musiqisi isə Aygün Səmədzadəyə məxsusdu.

Elvin Əhədov

Комментариев нет:

Отправить комментарий