03.01.2012

Fəhlə, özünü sən də bir insanmı sanırsan?!

Mirzə Ələkbər Sabir

Fəhlə özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun?!
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Hər məclisi- alidə soxulma tez arayə,
Sən dur ayaq üstə,demə bir söz ümarəyə,
Caiz deyil insanca danışmaq füqarəyə?!
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Fərq ilə ğinə əhlinə kim verdi müsavat?
Mənada də, surətdə də var bunda münafat,
Öz fəzlini pulsuz edəməz kimsənə isbat,
Bu mümtənəi qabili – imkanmı sanırsan?
Axmaq kişi insanlığı asanmı sanırsan?!

Комментариев нет:

Отправить комментарий