17.01.2012

Getməyin soyadı


Sayman Aruz

Getməyin soyadı ölməkdi gülüm
Özünü min yerə bölməkdi gülüm.

Dodağım qəmli sükutla doludur
Həyatım bir balaca qorxuludur.

Tullayıb sevgi məni çantalara
Getm‎əyim var məni mindir qatara.

Kiçiyəm mən kədərimdən azacıq
Böyüyəm mən otağımdan balacıq.

Titrədin kabusunuzdan oyanım!
Yatdığım namusunuzdan oyanım!

-Məndə sığmaz bu cahan, bu “həşərat”
Çəkin məndən eşiyə ay hazarat!-

Pəmbei daği cünun içrə nəhan-
dır filan-ibni, filan-ibni, filan!

Ey şərəfdən danışan kor insan,
qayışın açıq qalıb, bağlagınan!

Bu şeir bir nəsilin hikkəsidir
Üsyanın, bir də sükutun səsidir!

Hönkür-hönkür uluyur hər gecə mən!
Qapı mən, qapıdaki mən, pəncərə mən!

Ürəyimdə bulanır hadisələr
Molla da, ziyalı da ölsə əgər...

Sil məni, saxla məni xatirəlik.
Nümrəmi unudgunan bir dəfəlik.

Yorqunam bir uşaqın hissi kimi
Toprağa bir uçağın hissi kimi...

Arzu et arzularından doğulum
Gözləyir püfləməyi zəncirotum...

Uzaqdan bir səs deyir: gəl yanıma!
Yeriyir ayaqlarım, çatmır ama...
blush blush .......blush blush .........blush blush ........

Комментариев нет:

Отправить комментарий