15.01.2012

Görürəm


Açıram, ekranı mən yurdu gülüstan görürəm,
Baxıram, yan-yörəmə hər kəsi nalan görürəm.

Kim görər yolda məni, söylər: - “alıb qan gözünü”
Bəlkə bundandı ki, ətrafımı al qan görürəm?

Qaçıram tez evə, göz gəzdirirəm güzgülərə
Gözü qansız, özümü adi bir insan görürəm.

Mənə derlər: bu yolun sonucu zindan görünür,
Mənsə onsuz da baxıb hər yanı zindan görürəm.

Dini İslam bilinən ölkədə saqqal kəsilir-
Nə kəsən əldə, nə saqqalda bir iman, görürəm

Bilmirəm, mənmi koram, yoxsa ki, aləm dəldir,
Hara baxsam, Yaradan Xaliqə üsyan görürəm.

Mənə “Heydər”- demə, - “ölkəmdə tərəqqi görünür.”
Harda şahlıq görürəm, axrını viran görürəm.

1 комментарий:

  1. Анонимный16.01.2012, 10:23

    hardan alim yashar eliyevi 1-2 dubinka cekdirsin sene agillanasan

    ОтветитьУдалить