15.01.2012

Hesab


Aytən Nəsibbəyli

Mənəvi dəyərlər aiddi bizə.
Bizə-anadan bütün bədbəxt doğulanlara.
Bütün bu mentalitet
Bu mənalı
Mənasız gedişat
Cənnət-cəhənəm
Doğru-yanlış
Sərsəmə dönüb insan beyni.
Neçə yanlış bir doğrunu götürəcək.
Ömür boyu
Hesab.
Vur. Çıx. Böl.
Alınmadı.
Bir də.
Misal misal dalınca.
Doğrular < yanlışlar
Yanlışlar = cəhənnəm.
Kökaltında insan azadlığı.
Silinir. Pozulur.
Sonu bərabər yalnızlığa.
Yalnızlıq bərabər şeirlərə.
Şeirlər
Şikəst
Ölü
Yarımçıq.
Elə şairlər kimi.
Elə mənim kimi.

Комментариев нет:

Отправить комментарий