16.01.2012

İnhisarçılıq davam edəcək

Müstəqilliyin 20 lliyi ilə bağlı keçrilən iqtisadiyyat sərgisində nümayiş olunan Azərbaycan istehsallı məhsulların çeşidi çox məhdud sayda idi

Ölkədə ali qanun sayılan Konstitusiya və digər məcəllə və qanunlar tapdanır, kim təminat verə bilər ki, Rəqabət Məcəlləsinin “müqəddəs”liyi qorunacaq?

Mətbuat səhifələrində tez-tez vurğulanır ki, müstəqilliyin 20 lliyi ilə bağlı keçrilən iqtisadiyyat sərgisində nümayiş olunan Azərbaycan istehsallı məhsulların çeşidi çox məhdud sayda idi. Bunun iki səbəbi var. Birinci səbəb dünya praktikasında da rast gəlinən səbəbdir.
İstehsal olunacaq məhsula xarici və daxili bazarda tələbat yoxdurs və ya qənaətbəxş səviyyədə deyilsə, o zaman bu malın istehsalından danışmağa dəyməz.

Ya da ABŞ menecmenti kimi məsrəfləri azaltmaq məqsdi ilə istehsalı və texnologiyanı Çinə köçürüb istehsalı orda təşkil edib malın bazarlara axınına nail olmaq. İstehlakçı tələbləri sırasında bir çox mallar da olur ki, onların istehsalı ilk növbədə daxili bazar üçün nəzərdə tutulur.
Azərbaycnının daxili bazarında bəzi aqrar məhsullar istisna olmaqla tələb olunan malların 100 faizi idxal hesabına təklif edilir. Üstəlik yerli yerli aqrar məhsulların bir çoxu da idxal edilir.
Bostan məhsullarının idxalı yerli fermerlər üçün arzuolunmaz olsa da yerli istehlakçılar üçün ciddi problemlərə gətirib çıxarmır. Böyük problemləri yardan ilk növbədə ət və ət məhsullarının idxal olunmamasıdır.
Ona görə ki, ət məhsulları tamamilə dövlət məmurlarının tam inhisarındadır və ətin heç olmasa Gürcüstandan idaxlına belə yol verilmir. Ordan ət məhsulları idxal olunarsa ətin qiyməti indikindən yəqin 2 və 2,5 dəfə aşağı olar. Bax biz gəlirik o yerə ki, Ölkə iqtisadiyyatının subyektləri sahibkarlardan ibarət deyil, dövlət məmurlarının birbaşa və ya dolayısı himayəsində olan biznes qrumlarından ibarətdir.
Azərbaycan iqtisadiyyatının və elə Ölkənin ən qlobal problemi də məhz budur ki, dövlət məmurları şəxsi mənafeyi, himayəsində biznes strukturları olması səbəbindən iqtisadiyyatın inkişafının qarşısını birmənalı alır.
Üstəlik nəinki dövlət məmurları bizneslə məşğul olur həm də biznesdə inhisarçılıqla məşğul olur, müstəqil sahibkarlıq subyektlərini tam məhv edir. Dövlət məmurları vəzifələrindən istifadə edib yerli sahibkarların istehsal quruculuğunun qarşısını alır, idxal etdikləri məhsulları isə özlərindən başqa kiminsə gətirməsinə yol vermir, bazarlarda mallara istədikləri qiymətləri təyin edirlər.
2011-ci ilin aprel ayında bir neçə sahibkar tərəfindən işlənib hazırlanmış layihə kağız üzərindən irəli gedə bilmədi. Layihəyə görə sahibkarlar Lökbatan qəsəbəsində standartlara cavab verən parfüm məhsullarının istehsalını həyata keçirməklə həm 130 nəfərə qədər ailəni daimi işlə təmin edəcəkdilər, həm də yerli bazarda idxal hesabına satılan keyfiyyətli parfümlarla rəqabətə girə biləcək eyni tipli amma daha əlverişli qiymətlərlə məhsullar istehsal ediləcəkdilər.
Bu layihənin qarşısını dövlət hakimiyyət aldı, çünki parfüm idaxlı digər məhsullar kimi dövlət məmurlarının inhisarındadır. İdaxl İxarc əməliyyatları da öz nöbvəsində qaydasında deyil.
Əvvəla həm qanunvericilikdə həm də bir çoxlarının fikrincə Azərbaycanda ixarc əməliyyatlar üçün heç bir baryer yoxdur. Həqiqət də isə ixrac əməliyyatlarında bəzi məhsullar üçün qeyri leqal rəsmi baryerlər mövcuddur ki, bu malların sırasına nar şirəsi, qoz və fındıq ləpəsi, qoz və fındıq ağaclarının emal olunmuş taxtaları daxildir.
İdxal məhsullarının isə hamısı dövlət məmurlarının tam inhisarında olduğundan müstəqil sahibkarlar, dövlət məmurları tərəfindən himayə olunmadan Ölkəyə bir iynə belə gətirə bilmirlər. Yalnız xarici mətbuat dərgilərinin gətirilməsi qismən mümkün ola bilər ki, bu da rentabellik baxımından əlverişli deyil. Çünki Azərbaycanda sürətli internetin geniş yayılması bütün dünya mətbuatının son dərəcə əlçatan edir.
Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oktay Haqverdiyevin mətbuata verdiyi açıqlamasında bir dəfə demişdi ki, Ölkə iqtisadiyyatının qeyri neft sektoru 4 holdinqin (zənnimcə O, bu holdinqləri nəzərdə tutub : Paşa, ZQAN, Gilan, Ata. Məncə bura 5-ci kimi Azinko holdinqi də əlavə etmək olar) əlində cəmlənib.
Ekspertlərin fikrincə hər hansı bir yerli şirkətin müasir texnologiyalara yiyələnərək, az bacarıq tələb edən məhsul istehsalından, orta və yüksək bacarıq tələb edən məhsul istehsalının təşkilinə keçməsi, regional bazara daxil olmasına Azərbaycan sahibkarlığının, özəl biznesinin uğuru kimi qiymətləndirmək olardı.
Amma bu şirkətlər dövlətin qeyri qanuni olaraq onlara verdiyi imtiyazlardan istifadə edib, vergi və gömrük qanunvericiliyi qarşısında öhdəliklərinin yerinə yetirmirlərsə, eyni zamanda müxtəlif istiqamətlərdə qeyri qanuni qazanılmış pulların yuyulması və leqallaşdırlıması ilə məşğuldurlarsa, üstəlik dövlət hakimiyyəti qeyri qanuni olaraq bazarda bu şirəktlərin inhisarçı “hüququ”nu təmin edir və tanıyırsa, o zaman buna sevinmək yox, Ölkənin həyatına ağlamaq lazımdır.
Hökumətin əsas iqtisadi funksiyalarından biri Ölkədə rəqabətin dəstəklənməsidir. Azərbaycanın biznes icması və iqtisadçı ekspertləri 2011-ci il üçün rəqabət məcəlləsinin qəbul oluncağını gözləyirdi, 4-cü ilə keçməsinə baxmayaraq bu məcəllə hələ də qəbul edilmir.
Arabir Milli Məclisdə məcəllənin qəbul edilməsi ilə bağlı bi iki deputatın təklifləri səslənir və təklif spiker tərəfindən qəbul olunmadan reallaşmır. Ekspertlərin fikrincə bu məcəllə Ölkə iqtisadiyyatı üçün ona görə vacibdir ki, sağlam rəqabət yarana bilər, iri, dövlət məmurlarının himayəsində olan və dövlətin onlara qeyri qanuni təqdim imtiyazlarından istifadə edən şirkətlərlə bazarda sağlam rəqabət aparmaq mümkün ola bilər. Reallıqda isə belə qənaəti bölşənlər yanılırlar. Niyə ?
Ona görə ki, qəbul oluncaq bu Məcəllə bir qanun olacaq, Azərbaycan isə qanunların xüsusilə dövlət məmurları tərəfindən tapdalandığı analoqu olmayan məmləkətdir. Bir halda ki, Ölkədə ali qanun sayılan Konstitusiya və digər məcəllə və qanunlar tapdanır, kim təminat verə bilər ki, Rəqabət Məcəlləsinin “müqəddəs”liyi qorunacaq?

Комментариев нет:

Отправить комментарий