14.01.2012

İRAN ALİMLƏRİNİN TERRORUNA GÖRƏ QİSAS ALACAĞINI AÇIQLADI


İran Qərbə və İsrailə cavab olaraq onlara qarşı xüsusi kəşfiyyat əməliyyatları həyata keçirəcək

FaktXeber.com-un İranın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran nüvə alimlərinin terror edilməsi ilə bağlı aidiyyətı olan ölkələrdə xüsusi əməliyyatlar keçirəcəyini bildirib. Bunu sözügedən agentliyə İran təhlükəsizlik oraqnlarından etibarlı mənbə məlumat verib. Bundan öncə Mossad 2012-ci ildə İranda geniş miqsaylı terror akları həyata keçirələcəyi ilə bağlı açıqlama vermişdi. Mənbə öz açıqlamasında deyib: “2 il öncə iranlı alim Əli Məhəmmədini terror edən və bizim tərəfimizdən yaxalanan İsrail casusu Məcid Cəmalfəşidən dəyərli məlumatlar əldə etmişik.  Hal hazırda İran kəşfiyyat orqanları törədilən terrorlara cavab olaraq xüsusi əməliyyatlar keçirmək üçün yüksək hazırlıq vəziyyətindədir.” Agentliyin suallarını cavablandıran xüsusi mənbə deyib: “İranın onlara cavabı öz sərhədlərindən kənarda və daha geniş miqyaslı olacaq. Hazırda İran bu kimi əməliyyatlar keçirmək üçün müstəsna əməliyyyat tədbirlərinə malikdir və öz-özlüyündə bu əməliyyatların dünyada bənzəri yoxdur”. 

Комментариев нет:

Отправить комментарий