22 Qar ayı 33-cü ildə (22 yanvar 2012) Mütləqə İnam Ocağının Ruhani Mərkəzinin İnam Evində Ocaq Yükümlüsü İşıqlı Atalıya həsr olunmuş “İşıqlı Atalı – Ata Yolunda 20 il” tədbiri keçirilib.
Toplantını Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh Atalı aparıb və “İşıqlı Atalı 20 yaş – insani-milli tərəqqi ruhaniyyatçısı” mövzusunda içsəsni deyib: “İşıqlı ilə Ocağa zərifliklə sərtliyin birliyi gəlib. İşıqlı Atalıda nə sərtlik boyaqdır, nə zəriflik: hər ikisi doğaldlr, ata-anadan və onun çox sevdiyi, dilinin əzbəri olan türklükdən, türk ulusundan gəlmədir.
İşıqlı heyrətamiz dərəcədə nizamlı, intizamlı, işgüzar, enerjili, yorulmaz, məqsədəyönəlmiş, universal bacarıqları olan şəxsiyyətdir. Ocağın yaşarılığı üçün kristal vəhdətə, özünüidarəyə atılmış addımın müəlliflərindən biri İşıqlı Atalıdır.
Toplantını Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh Atalı aparıb və “İşıqlı Atalı 20 yaş – insani-milli tərəqqi ruhaniyyatçısı” mövzusunda içsəsni deyib: “İşıqlı ilə Ocağa zərifliklə sərtliyin birliyi gəlib. İşıqlı Atalıda nə sərtlik boyaqdır, nə zəriflik: hər ikisi doğaldlr, ata-anadan və onun çox sevdiyi, dilinin əzbəri olan türklükdən, türk ulusundan gəlmədir.
İşıqlı heyrətamiz dərəcədə nizamlı, intizamlı, işgüzar, enerjili, yorulmaz, məqsədəyönəlmiş, universal bacarıqları olan şəxsiyyətdir. Ocağın yaşarılığı üçün kristal vəhdətə, özünüidarəyə atılmış addımın müəlliflərindən biri İşıqlı Atalıdır.
İşıqlı Atalının Ocaqçılığını, ruhani döyüşçülüyünü bir qırağa qoyuram – xalqa belə insanlar gərəkdir; belə insan azdır, artmalıdır; onlar “Bəşərin nicatı...” harayına cavab – insanlardır. İşıqlı Atalını da xalq belə tanımalıdır.”
Yolruh Atalı Ocağa gəlişinin birbaşa İşıqlı ilə bağlı olduğunu bildirib: “Mütləqə İnam yolunda 18 illik ruhani ömrüm var və bütün bunlara görə İşıqlıya borcluyam. İşıqlı gözümün qarşısında canlı Ocaqçılıq örnəyi olub. Mən də həmin örnək əsasında ruhani hərəkətə gəlmişəm, ona layiq olmağa çalışmışam. Çünki İşıqlı özünü həmişə İnam Atadan canlı soraq kimi təqdim edib və bu halıyla insanları Ataya inandıra bilib.
İşıqlının Ocağa gəlişindən 20 il keçir. İşıqlı ruhaniyyatımızın müqəddəslərindəndir. O, ömrünü bütünlüklə ruhaniyyata verib, şəxsi səadətindən keçərək bu məqama yüksəlib. Onun Amaldan, Ruhaniyyatdan başqa şəxsi həyatı yoxdur.”
Uluruh Atalı bildirib ki, Ocaqçılıq Xeyiri təmsil eləmək, Şərlə ruhani döyüş yoludur: “Bu gün Ocağımızın Ruhani Başçısı Safruh qardaşımızdır, ancaq gerçək işlərimizi yönəldən, gedişlərimizə yön verən İşıqlı qardaşımızdır. Bu baxımdan İşıqlının Ocaqda 20 yaşı onun əzablarının yaşıdır.”
Yazıçı Əlisahib Əroğul: “Məni bu Ocağa bağlayan İşıqlı olub. Onun Asif Atanın Mütləqə İnam Dünyabaxışına yiyələnməsi məni də həqiqətçiliyə, mənəviyyatçılığa bağlayıb. İşıqlı Mütləqə İnamın təməl prinsiplərinə dərindən bağlıdır.”
Bilgə Yanardağ İnamsoy Ocaq Yükümlüsü İşıqlı Atalını təbrik edib, onun 20 illik ruhaniyyatını təkmilləşmə dönəmi adlandırıb, böyük ruhani uğurların qarşıda olduğunu söyləyib.
Yazar Sayman Aruz öncə Mütləqə İnamdan söz açıb: ““Mütləq” sözü doğrudan da insanları arxasınca çəkə bilər. İnsan naməlum bir şeyin arxasınca gedir və sonradan suallar qarşısında qalır. Ancaq Mütləq insana aydın olandan sonra – nə qədər nisbilər olur-olsun – artıq nəyə söykənəcəyini bilirsən və özünü arxayın hiss edirsən. Ona görə bütün insanları Mütləqə inanmağa səsləyirəm. İşıqlı Atalını da təbrik edirəm.”
İlqar Tağıyev çıxışında Mütləqə İnam Dünyabaxışını bəşər humanizminin ən yüksək zirvəsi adlandırıb.
Lalə Cavadqızı toplantıya gəlişindən məmnunluğunu bildirib, İşıqlını təbrik edib.
Elməddin Əlibəyzadə: “İnsan nə qədər gözəl xasiyyətli, mehriban, səmimi olar – bunların hamısını İşıqlıda görmüşəm. Asif Atanın ideyaları onun üçün amaldlr. O, bu ideyaların yerinə yetirilmsində canını əsirgəməyəcək. Bizə kamil, kamilləşdirən insanlar gərəkdir. İşıqlı onlardan biridir.”
Jurnalist Yaşar Məmmədov: “Bu tədbirdəki insanların ziyasından bəhrələndim. Çoxdandır hörmətli Safruhu görmək istəyirdim. Mən İşıqlı Atalını ictimai mühitdə işıqlı bir yazar kimi tanıyıram, yazılarını çox həvəslə oxuyuram. İnanıram ki, Ocaq bu miqyasda qalmayacaq. İnsanlaşmağa xidmət edən hər bir amal inkişafa layiqdir. İşıqlı Atalını təbrik edirəm.”
Yazar Dilqəm Əhməd bildirib ki, bu gün Asif Ata cismən aramızda yoxsa da, onun işləri, ideyaları yaşamaqdadır. İnsanlar nəinki ildə, hətta ayda öz fikrini, əqidəsini dəyişə bilirlər. İşıqlı Atalı qibtə ediləcək şəxsdir ki, 20 il bir əqidəyə bağlıdır. Onu təbrik edirəm. İstərdik ki, Ocaq Azərbaycanı dünyaya tanıdacaq bir ruhani mərkəz olsun!”
Yolnur Atalı, İnamyurd Atalı Şahsuvar Haşımov, Nurayaz İnamsoy, Seyraqib Coculu da Ocaq Yükümlüsü İşıqlını təbrik ediblər.
Sonda İşıqlı Atalı 20 illik Ocaqçılığı barədə bunları deyib: Ocaqçılığımı 3 mərhələyə bölürəm: İnam Atanın ölümünə qədərki dönəm; 31-ci ilin Xəzan ayına kimi olan dönəm; 31-ci ilin Xəzan ayından sonrakı dönəm.
Kənddən başlayan, təbiətlə birgə oyanan, ruhumun çılğın, heyrətli, çox zaman içimdə yaranıb içimdə də boğulan nəğmələrini illərlə şəhərin boz-bulanıq havasından qorudum.
Ocaq olmasaydı, şəhərdə qala bilməyəcəkdim, mütləq kəndə gedəcəkdim. İnam Atanı tapmasaydım, ruhani duyğularım yetim qalacaqdı.”
Tədbir boyu xanəndələr Şahin Babayev və Etibar Laçınlı muğamlardan parçalar oxuyublar, Aşıq Fikrət Borçalı və Aşıq Qızqayıt isə saz havaları səsləndiriblər.
Комментариев нет:
Отправить комментарий