16.01.2012

İsrailin də internet səhifələrini dağıtdılar


Xakerlər bu gün İsrailin fond birjalarını və milli aviaşirkət “El Al”-ın internet səhifələrini dağıdıb.
 
ann.az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, səhifələrin heç birində vacib informasiya olmayıb və kiber hücumlar uçuşlara təsir etməyib.
Ancaq xakerlərin İsrail əleyhinə olan hücumları İsrailin təcrübəli kompüter təhlükəsizliyinə baxmayaraq, onların belə hücumlara qarşı necə həssas olduğunu göstərib.
İsrailin interet səhifələrinə hücumlar bu ayın əvvəllərindən başlayıb. Kiber hücumların arxasında özlərini “group-xp” adlandıran Səudiyyə Ərəbistanlı xaker qrupu durur. Xaker qrupu 400.000-dən çox İsraillinin kredit kartı hesablarını ələ keçirtdiklərini də iddia edirlər.

Комментариев нет:

Отправить комментарий