16.01.2012

Van Qoqun qaldığı ev muzey olacaq


Belçikanın Borinaj şəhərinin hakimiyyəti Vinsent Van Qoqun vaxtilə burada qaldığı evi bərpa etməyi qərara alıb.
ann.az-ın “The Art Newspaper” qəzetinə istinadən verdiyi xəbərə görə, 1878-ci ildə məşhur rəssamın yaşadığı evi turistlər üçün açmaq niyyətindədir. Bina 2015-ci ildə muzey kimi qapılarını ziyarəçilərin üzünə açacaq.
Qeyd edək ki, missioner olmaq istəyən Van Qoq Brüssel ətrafında Protestant Missioner Məktəbində təhsil alıb, sonra Belçikanın cənubundakı kiçik şaxta şəhərciyinə təcrübə keçməyə yollanıb. O, yarım il burada yaşayıb.
Van Qoq fermer Jan-Batist Denisin evində yaşayıb, bu müddət ərzində o, xeyli əsər çəkib, amma onlardan yalnız altısı məlumdur. Sonradan rəssam Borinajda başqa bir evə köçüb – bu ikinci ev hazırda muzey kimi fəaliyyət göstərir.
Son iyirmi ildə Denisin evində heç kəs yaşamayıb, indi bu ev yarıdağılmış vəziyyətdədir və onun uçma təhlükəsi var. Yerli hakimiyyət evi dövlət əmlakına çevirmək və orada mərkəz açmaq niyyətidnədir. Amma ev sahiblərinin etiraz etməyəcəyi təqdirdə sənədlərin hazırlanması belə, yarım il davam edəcək.

Комментариев нет:

Отправить комментарий