16.01.2012

Küveytdə şok: Şahzadə xristianlığı qəbul etdi


Küveyt şahzadəsi dinini dəyişərək xristianlığı qəbul edib.
ann.az-ın “christiannewstoday”-ə istinadən verdiyi xəbərə görə, şahzadə Abdulla Əl-sabah İslamdan Xristianlığa keçmək barədə audio fayl yayıb.
Audio faylda o deyib :”Əvvəla, mən bu audio faylın yayılması ilə tamamilə razıyam və əgər məni bu audio fayla görə öldürsələr, mən İsa Məsihin hüzuruuna gedəcəm və əbədiyən onunla olacam”
Şahzadə Abdulla Əl Sabah hal-hazırda Küveyti idarə edən kral ailəsinin üzvüdür.
Bu xəbər Ərəb ölkələrində, o cümlədən İran dövlət kanallarında əsas xəbər olub. Bəzi müstəqil şiə internet səhifələri başqa bir Küveyt şahzadəsi Əzbi Əl Sabahın Küveyt kral ailəsinin belə bir üzvü olmadığını dediyi bildirib.

Комментариев нет:

Отправить комментарий