04.01.2012

İstədim

Əli Rais Hüseynli

Bağlanmiş qapılardan uzaqlaşmaq istədim,
Gözləmədi mən gedim, açıldı bağlı qapı,
siralanmış insanlardan, mən qaçmaq istədim
sıra yox oldu yenə, dağıldı getdi hamı.
Mən içində oldğum hal hazırki cemiyyət,
bu gün bunlar vardırsa, demək yox əbədiyyət
mən həyatda əbədi yaratdığım sətirlə,
əbədiyyət yoluna cümlə qatmaq istədim.
Mən sənin gözlərindən uzaq düşmək istədim,
ətrafından yox olmaq, səndən qaçmaq istədim.
Sən yazdığım sətirdə oturdun səssiz bu vaxt,
sakit sənlə yenidən mən barışmaq istədim.

Gözəl səsin yayıldı yenə bütün hər yana,
Təbəssümün apardı məni çox uzaqlara,
Eləki getdin, qoxun qaldı yalnız havada,
Mən hava olub onla, qucağlaşmaq istədim.
Axtardim səni yoxdun Yenə olduğun yerdə,
darıxmışdı mənim tək səndən ağac da yer də,
mən çox sakit onlara, onlar da mənə baxdı,
onlara da səndən bil, mən danışmaq istədim.

Yuxuma gəldin sonra, yaxınlaşdım mən sənə,
yuxu aləmində də uzaq düşdük biz yenə,
sən yoxa çıxdın yuxum da artıq sona çatdı,
nə vaxt ki, mən səninlə salamlaşmaq istədim.

Комментариев нет:

Отправить комментарий