23.01.2012

Köçməliyəm mən?!


Zaur Qəriboğlu kişilik torpağı Ərdəbilə şeir həsr etdi...

(Cizgilər...)

Torpağına diz çöküb,
Baş qoyduğum,
Həsrətindən daş kimi ovulduğum,
Babalarımın ruhunun qovuşduğu,
Mən sənə qovuşa bilmirəm...
Qovuşub,
sevgindən coşa bilmirəm.
Aramızdakı tikanlı sərhədlə,
Yaşaya bilmirəm,
mən bu həsrtlə...
Gəl götürək
aradan sərhədləri,
Qovaq elimizdən yad əsgərləri,
Çəpərsiz yaşayaq bundan sonra biz,
Olsun vahid,
bütöv məmləkətimiz.
Girməsin aramıza düşmən əli,
Ayırmasın bizi “dindar” əməli.
Uca Tanrım,
bu boyda dərdmi olar?!
Əsrlərdir yapışıb taleyimizdən...
Səncə,
Ərdəbilə qovuşmaq üçün,
Özümdən ruhuma,
köçməliyəm mən?!

Zaur Qəriboğlu

Комментариев нет:

Отправить комментарий