11.01.2012

Mavi, Mavi, MasMavi...

Cavidan


Rafiq Tağının ölümündən bu yana ölkə mediası üçün o qədər göydəndüşmə mövzular yarandı ki!
Ateistlərlə İslamçılar arasında yaranmış ab-havada köşə yazan kim, müsahibə verən kim, bəyanat imzalayan kim, bütün bu baş verənlərə kənardan züy tutan kim...
Amma hər bir mövzunun çeynənib dadını itirməsi və boyat olması labüddür və adamların maraqlarının dadını qaçırmamaqdan ötəri ehtiyyatda həmişə bir yeni partlayıcı saxlayanlar var yəqin ki.

İnternet dünyası indi əsl minalanmış sahədir, addımının qismətinə nəsə düşər də partlayar və qəlpələri salamat yer qoymaz virtualda.
Bu cür partlamalara ən çox məruz qalan sosial şəbəkə facebookdur desəm, yanılmaram.

Budur, indi bu dəqiqə milli mediamızın gündəmini masmavi bir bombanın qəlpələri aşsüzənə döndərməkdə artıq.
İlahi, nə az, nə çox, düz dörd gün ərzində Bakının küçələrində homoseksualların paradı keçiriləcəkmiş deyə camaatın qızdırması indidən qalxıb, hamı həyəcan içindədir, təzyiqi yüksələn kim, gizli infarkt keçirən kim, silsilə köşələrini indidən yazıb kompüterinin yaddaşına atan kim...
Zarafat deyil, həmin müdhiş zaman kəsiyində köşə yazmağa vaxt itirmək olmaz, hər kəs mavi parada baxmağa, gözü ilə görməyə tələsəcək.
Nə isə!
Mənim də başıma mövzu qəhətmiş kimi, gör nədən yazdım.
Əslində isə sadəcə gülümsəmişdim və bir lətifəni xatılamışdım, onu yazmaq üçün açmışdım buranı, sonra utanmışdım, sonra demişdim, ehh, oğru qaçır, görəni tuturlar, mavilər qalar bir tərəfdə, məni qınayarlar ədəbsizlikdə...
Neynim, necə eliyim, neynim, necə eliyim deyə-deyə, lənət sənə, kor şeytan, deyərək də, bu lətifəni danışmaqdan vaz keçdim:
Bakıda mavi paradın dördüncü günündə sısqa biri də sıraya gəlir:
- Geylərə azadlıq! Geylərə azadlıq! Məni də sıraya alın, nolar!
Bunu tanımırlar deyə, sıradan itələyirlər:
- Sən də kimsən?
- Geyəm, qardaş!
- Şairsən?
- Yox...
- Müğənnisən?
- Yox, vallah, yox!
- Adə, rəssamsanmı, bəstəkarsanmı, yazarsanmı, desənə!
- Santexnikəm, qardaş canı...
- Fuu, dünyanın harasına gəldik! Santexnik də özünə Gey deyir! Qaqaş, sən sadəcə g-sən, anladınmı??? Di mane olma, çıx sıradan, çuşka!

Комментариев нет:

Отправить комментарий