03.01.2012

Milli kinomuzun qızıl mirvariləri - Fəxrəddin Manafov




Manafov Fəxrəddin Manaf oğlu 2 avqust, 1955-ci ildə Xankəndidə anadan olub.

1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərmişdir.

1989-1993-cü illərdə «Yuğ» Dövlət teatrında aktyor vəzifəsində çalışmışdır. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında aktyor kimi filmlərə çəkilir.

1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti Fəxri adlarına layiq görülmüşdür.


“Bəlkə də tərif yaxşıdır, amma məni ovqatdan çıxarır”

“Tək müsahib cavablarında yox, jurnalist də suallarında düşünməlidir”

- Azərbaycanda qəbul etdiyiniz televiziya kanalı var?

- Nə yaxşı ki, nəhayət Mədəniyyət kanalı açıldı.

- Amma tamaşaçı çoxluğu Mədəniyyət kanalının verilişlərindən narazılıq edirlər...

- Mən o telekanalın vəziyyəti barədə danışmadım, Yaranmasının çox yaxşı olduğunu dedim. Moskva da birdən birə qurulmayıb, elə Bakımız da. İdman kanalı açılan dövrdə dünya olimpiya oyunları artıq bitmişdi, buna baxmayaraq, hər dəfə o kanalı açanda olimpiya oyunlarının təkraraları gedirdi. Bu da aydındı, çünki idman kanalının bazası kasad idi. Bu o demək deyil ki, idman kanalının açılması lazım deyil. Lazımdı və inkişaf da gedir. Təbii ki, Mədəniyyət kanalında da inkişaf olacaq.
Milli kinomuzun qızıl mirvariləri - Fəxrəddin Manafov
- Şəxsən Siz Mədəniyyət telekanalının efirində kimləri görmək istərdiz?

- Çox təəssüflər olsun ki, böyük insan Vaqif İbrahimoğlu dünyasını dəyişdi. Bu insan Mədəniyyət kanalının ən istəkli qonaqlarından biri olmalı idi. Çünki bizə çox şeylər deyə bilərdi.

- Amma haqqında danışdığımız telekanal, o cümlədən başqa televiziyalar Vaqif İbrahimoğlunu son mənzilə yola salanda daha çox göstərdilər...

- Neynək... Mən yenə də iki əlimi göyə qaldırıb, deyirəm ki, nə yaxşı bu kanal açıldı. Zaman keçdikcə hər şey öz yerini tutacaq. Mədəniyyət kanalında maairifçimiz, yazıçı Anar çox gözəl veriliş aparır. Mən o verilişə hər dəfə məmnuniyyətlə baxıram. Köhnə Azərbaycan filmlərini də göstərirlər. “Siz hazır deyilsiniz” deməklə onların qol- qanadını qırmaq düzgün deyil.
Milli kinomuzun qızıl mirvariləri - Fəxrəddin Manafov
- Son vaxtlar mətbuatda səhhətinizdə problem olması barədə məlumatlar tez-tez yayılır. Səhhətiniz necədi?

- Bu, ilk növbədə mənim problemimdi. Başa düşürəm, üzdə olan insan barədə onun özündən asılı olmayaraq, həmişə maraqlanırlar, yazırlar. Səhhətimdə hansısa problemin olması xəbəri məndən çıxmadı. Akademik Milli Dram Teatrın rəhbəri İsrafil İsrafilov müsahibəsində jurnalistin “Fəxrəddin Manafovu Dram Teatrın səhnəsində nə vaxt görəcəyik” sulaına cavabında deyib ki, təəssüf, Fəxrəddinin səhhətində problemlər var və sağalandan sonra tamaşa olacaq. Vəssalam, mətbuat da Fəxrəddin Manafovun səhhətindəki bu problemi işıqlandırdı. Düzdü, onurğamda ağrılar var, o da hərəkət edəndə maneə yaradır. Allahın və həkimlərin köməyi ilə ümid edirəm ki, yaxşı olar.

- Heç düşünmüsüzmü niyə tamaşaçıları riqqətə gətirən kişi obrazları yaratmağı yaxşı bacarırsız?

- Aktyorluğum barəsində tamaşaçıların danışması daha obyektiv olar. Sadəcə, mənim bir konsepsiyam var. Yəqin onu qabarıq göstərə bildiyim üçün rollarımda seçilirəm. Təklik, tənhalıq mənim həyat obrazımdı. İnsan tək gəlir bu həyata, tək də gedir.

- Sizi nə bezdirə bilər?

- Belə bir ingilis deyimi var ki, əgər mən sizinlə nəsə etmişəmsə, bu o demək deyil ki, biz tanışıq. Hədd var, hüdud var, məsafə var. Onların hamısına bir yerdə daxili mədəniyyət deyilir. Həddi aşanda bezə bilərəm. Bir də, təkrar suallardan bezirəm.

Milli kinomuzun qızıl mirvariləri - Fəxrəddin Manafov
Filmoqrafiya
Alman klinikasına şəxsi səfər (film, 1988)
Arzunu yarat (film, 1977)
Bir anın həqiqəti (film, 2003)
Doğma sahillər (film, 1989)
Dronqo (2002)(Rusiya) - Narkobaron
Dünən, Bu Gün, Sabah (1992)
Etimad telefonu (film, 2001)
Evləri köndələn yar (film, 1982)
Əkizlər (2004)(Rusiya) - Ruslan Xocayev
...Əks-səda doğuracaq (film, 1987)
Əlvida, cənub şəhəri (film, 2006)
Əlvida, yaşıl yay (1985)
Gecə qatarında qətl (film, 1990)
Gəmi saatının sirri (film, 1983)
Hökmdarın taleyi (film, 2008)
İşarəni dənizdən gözləyin (film, 1986)
İşgüzar səfər (film, 1982)
Köhnə bərə (film, 1984)
Qaladan tapılan mücrü (film, 1982)
Qəm pəncərəsi (film, 1986)
Qətldən yeddi gün sonra (film, 1991)
Qəzəlxan (film, 1991)
Qocalar, qocalar... (film, 1982)
Qraf Krestovski (2004)(Rusiya)
Lətifə (film, 1989)
Meyl (film, 1988)
Nigarançılıq (film, 1998)
Ölsəm... Bağışla (1989)
Ömrün yolları (film, 1982)
Otel otağı (film, 1998)
Ovsunçu (film, 2003)
Özgə Ömür (1987)
Park (film, 1984)
Silah (2008)(Rusiya)
Şeytan göz qabağında (film, 1987)
Şəhərli biçinçilər (film, 1986)
Təhminə (film, 1993)
Təxribat (film, 1990)
Tənha narın nağılı (film, 1984)
Üzeyir ömrü (film, 1981)



Fəxrəddin Manafov ZAUR obrazı ilə milli kinomuza silinməz bir möhür vurmuşdur.Hər birimiz onu Zaur obrazı ilə gözəl tanıyır və bu filmi dəfələrlə izləməkdən böyük zövq alırıq.Bu dəfə də TƏHMİNƏ VƏ ZAUR filmi tam bütöv versiyada sizlərin hüzurunda.Buyurun seyr edin

Комментариев нет:

Отправить комментарий