15.01.2012

Parçalar 3


Könül Səid

yuxularımda çox dərin bir quyu qazıb 
bir ovuc torpaqda qorxularımı gömdüm, 
sonra ürək dolusu bir bir nəfəs alib 
mən daha qorxmuram deyə çığırdım .
vahiməli səsimdən qulaqlarım belə titrədi 
ətrafa etiraf dolu narın bir yağış yağdı ,
ovuclarımı açdım bu yağışa 
topladım , topladım etiraflarımın məhsulunu .
dadlı , duzlu , sevgisiz ya sevgi dolıu 
bilmirən nə alındı bu qarışıq duyğulardan 
amma qəlbimə , ruhuma bir sərinlik çökdü.

.......................................................
Gəl bu gecə qapıları bərk-bərk bağlayıb
kədərə, acıya əlvida deyek ,
isti bir sevginin əlindən tutub 
soyuq bir otaga sevinc gətirək.
gəl ikimizə bir dünya quraq
təməli sevgi , dirəyi atəş
od tusun tənhalıq yansın , tükənsin .
əlimizə toxunmayan xırda tozlar da 
bu sevginin ahəngindən 
asta rəqs etsin , uçsun. 
.........................................................
gəl keçmişdə yaşanan bir filmə
yeni bir rəng qataq ,
misralar süzülsün kadrlara 
damla-damla, asta-asta .
rəng ahəngi də dəyişsin 
gülümsəsin kədərli anlar .
sağollaşan , ayrılan yollar 
yenidən əl tutsun son gedişlərə. 
yenidən canlansın bitməyən otlar 
cücərsin , yaşıllaşsın sevgimiz kimi .
bəlkə də qoca bir ağac 
yenidən bir kölgə, sərinlik versin .
bəlkə də o vaxtın körpə gülləri 
bu günə uca bir zirvə də olsun.
bəlkə dəmənimlə böyüyən anlar 
sənin qəlbinıə də kök sala bilsin.
bəlkə də mənimlə uşaq olarsan 
yenidən qaçarıq o küçələrdən
yenidən əl-ələ , göz-gözə verib,
itərik keçmişin anılarında. 
eh baxıram gecə də düşür 
yenidən film bitir , solur ahəngi 
süzülür misralar boşalan qəlbimə
damla-damla,asta-asta .
yenidən işıqlar sönür , kadr qaralır 
amma sevgimə kölgə sala bilmir. 
............................................
gecənin yorğun gözlərindən 
kədərli bir nağıl süzülür 
bir-birine bənzəyən iri qablara 
asta-asta dolur və daşır.
..........................................
əllərimə toxunma bu gün 
qoy soyuq və titrək qalsın ,
illərin verdiyi isti nəfəsi 
bu gecə duymadan yuxuya dalsın.
laylaya bənzər asta ahənglə
kəlmələr danışsın , dursun.
.............................
Təbiət belə sənin kimidir 
həmişə eyni , amma maraqlı 
tufanı, seli , qarı , yağışı 
tökdürür , bezdirir hər addımbaşı 
bəlkə bu oxşarlıq bir əlamətdir 
qara sapa düzülən ağ inci kimi 
bəlkə də ömrümə fərqli ruhunla 
bir addım atmaqla sən gəlməliydin 
bəlkə də 
bilmirəm 
Bilmirəm səninlə necə yaşayım ? 
hər günün ömrümə bir fəsil verir 
əvəzində illəri alır...

Kitab belə sənin kimidir 
qəmli , sirli, mənalı, coşqun 
açdıqca vərəqlər ötür ömrümdən 
səni ya yaxın, ya uzaq edir.
arada ömrümə dəli ruhların 
Əlisilahlı , ayagıyalın bir basqın edir 
bilmirəm 
bilmirəm bu kitab ömrə necə inanım 
hər günüm bir əsrə pənah aparır 
bilmirəm , bəlkə də sən elə özün 
ildən -ilə dəyişən bir fəlakətsən.

Комментариев нет:

Отправить комментарий