18.01.2012

PKK-nın İsraillə əlaqələri üzə çıxarıldı

İsrailin pilotsuz uçuş aparatı olan Heron son bir neçə ayda Türkiyənin Hatay və Adana əyalətlərindəki hərbi mövqeləri üzərində müşahidə aparıb. 

“Qafqaznfo”nun Türkiyənin “Zaman” qəzetinə istinadən xəbərinə görə, alınmış informasiyalar kürd seperatçılarına ötürülüb. Qəzet yazır ki, bu məlumatı Türkiyə kəşfiyyat xidmətindəki mənbə verib.

Qəzetə məlumat verən mənbə bildirib ki, PKK terror təşkilatı Türkiyənin ən az qorunan səhrəd hissəsində Suriyanın şimalında döyüşçülərin hazırlığı üçün düşərgələr yerləşdirib. Türkiyə kəşfiyyatının ehtimallarına görə, türk sərhədçilərinin sayı barədə məlumatları PKK İsraildən alıb.

Kəşfiyyat xidmətinin məlumatına görə, İskəndərunda Türkiyə hərbi bazalarına hücum təşkil edən PKK-nın yüksəkvəzifəli üzvü Kənan Yıldızbakan İsrailə birbaşa müraciət edib.

Qeyd edək ki, İskəndərunda baş vermiş hücumdan 18 ay sonra ələ keçirilən PKK-lı terrorçu Barış Kızılçay da Kənan Yıldızbakanın İsraillə əlaqələrinə dair məlumat vermişdi. 2010-cu ildə İskəndərunda Türkiyə hərbi bazasına edilən hücumda 7 əsgər həlak olub, 6 hərbi qulluqçu yaralanmışdı.

Qəzet yazır ki, Türkiyə kəşfiyyatının məlumatına görə, İsrail tərəfindən kürd terrorçulaının dəstəklənməsini Kürd İcmaları İttifaqı (KCK) üzvlərinin telefon danışıqlarının məzmunu da sübut edir.

Комментариев нет:

Отправить комментарий